SON DƏQİQƏ
gundem / sosial

10 ayda 548 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi cari ilin yanvar-oktyabr aylarında 548 mindən çox şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Bu barədə ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlardan 164 min şəxs münasib işlərlə təmin olunub, 6,6 min şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

15 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 362,7 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.