SON DƏQİQƏ
gundem / dunya

Cina Hinoxosa son 30 ildən artıq müddətdə Texasın ilk demokrat qubernatoru oldu


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Demokratlar Partiyasının nümayəndəsi Cina Hinoxosa Texasın hazırkı qubernatoru, respublikaçı Qreq Ebbotu məğlub edərək, 30 ildən artıq müddət ərzində bu vəzifəyə seçilmiş ilk demokrat olub.

azturktv.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

52 yaşlı Hinoxosa Texasın rəhbərliyində ilk latınamerikalı qadın və 1990-cı illərdə bu vəzifəni tutmuş Enn Riçardsdan sonra ilk demokrat qubernator olacaq.

"Onların mənə şübhə etmələri məni heç vaxt narahat etməyib. Məni narahat edən onların bizə şübhə etmələri idi. Texas, sənə olan inamım heç vaxt sarsılmayıb", - o, Ostindəki tərəfdarlarına bildirib.

Hinoxosa 2017-ci ildən ştatın qanunverici məclisində Ostin dairələrindən birini təmsil edir. Kampaniya zamanı o, korrupsiyaya və süni intellekt məlumat emalı mərkəzlərinin genişləndirilməsinə qarşı çıxış edib.