İsmayıllıda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
İsmayıllı rayonunda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb.
azturktv.az xəbər verir ki, noyabrın 3-də saat 19:00 radələrində Muğanlı-İsmayıllı yolunun rayonun Tircan kəndindən keçən hissəsində İlqar Əliyev idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən piyada, 56 yaşlı Oruc Səfərovu vurub.
O.Səfərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.