• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
19.10.26 21:13
gundem / medeniyyet

Ankarada Nəsiminin yaradıcılıq irsinə həsr olunmuş simpozium keçirilib



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Ankarada oktyabrın 19-da Azərbaycanın və türk dünyasının mütəfəkkir şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş Nəsimi Simpoziumu keçirilib.

"Report"un Türkiyə bürosu xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Kültürü Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Türk Kültürü Araşdırmaları İnstitutunun rəhbəri, professor Ahmet Bican Ercilasun çıxışında Nəsiminin Azərbaycan ədəbiyyatına və Türk dünyasının ədəbi-fəlsəfi fikir tarixinə verdiyi töhfələrdən danışıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Nəsimi yaradıcılığının bəşəri əhəmiyyətini vurğulayaraq bildirib ki, şairin əsərləri əsrlər keçməsinə baxmayaraq, bu gün də öz aktuallığını qoruyur. Onun sözlərinə görə, Nəsimi poeziyası insanlara müdriklik aşılayır, mənəvi yüksəlişə və şəxsiyyət azadlığına çağırır.

R. Aslanov Azərbaycanın dünya ədəbiyyatına bəxş etdiyi görkəmli şəxsiyyətlər arasında İmadəddin Nəsiminin xüsusi yer tutduğunu vurğulayıb. O, Nəsimini Azərbaycan türkcəsini və qəzəl janrını fəlsəfi məzmunla zənginləşdirən şairlərdən biri kimi səciyyələndirib. Səfir diqqətə çatdırıb ki, şair yaşadığı dövrdə bəzi dairələr tərəfindən qəbul edilməyib və təqiblərə məruz qalıb.

O, şairin məşhur "Mən bu cahana sığmazam" ifadəsinin dərin fəlsəfi məna daşıdığını, insanın ali varlıq kimi təqdim edilməsini əks etdirdiyini bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov isə Azərbaycan klassik ədəbi irsinin tədqiqi və təbliği istiqamətində həyata keçirilən layihələrdən bəhs edib. O, İmadəddin Nəsimi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli və Şah İsmayıl Xətai kimi mütəfəkkirlərin yaradıcılığının Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya mədəniyyətinə də mühüm töhfələr verdiyini qeyd edib.

Professorlar İsmet Çetin və İbrahim Maraş, AMEA-nın dosenti Səadət Şıxıyeva və Qüdsiyə Məmmədova çıxışlarında Nəsiminin yaradıcılığını, Türk düşüncəsindəki mövqeyini və Azərbaycan ədəbi dilinin inkişafına təsirini təhlil ediblər.

Bildirilib ki, Nəsimi irsinin beynəlxalq səviyyədə tanıdılmasında mühüm mərhələ şairin 600 illik yubileyinin 1973-cü ildə UNESCO çərçivəsində qeyd olunması olub. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən yubiley tədbirləri şairin yaradıcılığının daha geniş miqyasda tədqiqi və təbliğinə təkan verib. 1979-cu ildə Bakıda Nəsiminin abidəsi ucaldılıb.

Oxşar Xəbərlər

backend
Ankarada Füzulinin 530 illiyi ilə əlaqədar beynəlxalq simpozium və bədii gecə keçirilib
10.10.24 21:57
gundem / medeniyyet
backend
Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib - YENİLƏNİB-2
6.06.24 22:49
gundem / siyaset
backend
İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - YENİLƏNİB + FOTO
12.05.24 21:01
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
Prezident: “Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır” - YENİLƏNİB + FOTO
1.09.22 20:56
gundem / siyaset

XƏBƏR LENTİ

21:35 Türkiyədə sel fəlakətindən ölənlərin sayı 9-a çatıb
21:32 Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
21:29 Meloni ölkədə baş verən küçə toqquşmaları ilə əlaqədar müşavirə çağırır
21:25 Emoməli Rahmon və Li Tsyan iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasını nəzərdən keçiriblər
21:23 Tehranda Rusiya və İran XİN başçılarının görüşü başlayıb
21:18 Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
21:16 Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
21:13 Ankarada Nəsiminin yaradıcılıq irsinə həsr olunmuş simpozium keçirilib
21:09 Azərbaycanın karate komandası dünya çempionatını medal sıralamasında ilk "10-luq"da başa vurub
21:04 Azərbaycan Basketbol Liqasının III turunda "Sabah" NTD-yə qalib gəlib
21:01 "Şagird-məzun" sistemi üzrə təqvim planı təsdiqlənib
20:57 Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
20:55 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
20:51 Sabah rayonlara yağış yağacaq
20:47 ARDNF daşınmaz əmlak fondlarına investisiyaları 7 %-dən çox artırıb
20:43 Bolqarıstan 2027-ci ilin yazında nəqliyyat bağlantısı üzrə sammit keçirməyi təklif edir
20:39 Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb
20:34 Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
20:31 Leyla Əliyeva Türkmənistanda səfərdədir
20:27 Azərbaycanın Malayziyadakı səfiri etimadnaməsini Krala təqdim edib
20:22 Türkiyə XİN Azərbaycanı təbrik edib
20:18 Ərdoğan: Qardaşım İlham Əliyevə kədər və sevincdə hər zaman bir olduğumuzu çatdırıram
20:15 Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
20:11 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
20:07 Anar Bayramov səhiyyə naziri təyin edilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyədə sel fəlakətindən ölənlərin sayı 9-a çatıb
19.10.26 21:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
19.10.26 21:32
Meloni ölkədə baş verən küçə toqquşmaları ilə əlaqədar müşavirə çağırır
19.10.26 21:29
Emoməli Rahmon və Li Tsyan iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasını nəzərdən keçiriblər
19.10.26 21:25
Tehranda Rusiya və İran XİN başçılarının görüşü başlayıb
19.10.26 21:23
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
19.10.26 21:18
backend
Türkiyədə sel fəlakətindən ölənlərin sayı 9-a çatıb
19.10.26 21:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
19.10.26 21:32
Meloni ölkədə baş verən küçə toqquşmaları ilə əlaqədar müşavirə çağırır
19.10.26 21:29
Emoməli Rahmon və Li Tsyan iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasını nəzərdən keçiriblər
19.10.26 21:25
Tehranda Rusiya və İran XİN başçılarının görüşü başlayıb
19.10.26 21:23
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
19.10.26 21:18
backend
Türkiyədə sel fəlakətindən ölənlərin sayı 9-a çatıb
19.10.26 21:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
19.10.26 21:32
Meloni ölkədə baş verən küçə toqquşmaları ilə əlaqədar müşavirə çağırır
19.10.26 21:29
Emoməli Rahmon və Li Tsyan iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasını nəzərdən keçiriblər
19.10.26 21:25
Tehranda Rusiya və İran XİN başçılarının görüşü başlayıb
19.10.26 21:23
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
19.10.26 21:18

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.