• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
16.09.26 19:47
gundem / siyaset

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib








MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.

azturktv.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey, "Universal International Holdings Limited" şirkətinin baş icraçı direktoru Yi Nan dövlətimizin başçısını qarşıladılar.

Prezident İlham Əliyevə "Qobustan" Günəş Elektrik Stansiyası, "Universal Energy" şirkəti və onun Azərbaycandakı fəaliyyəti barədə məlumat verildi.

Bildirildi ki, Çinin Şanxay şəhərində yaradılmış şirkət yaşıl enerji və enerji saxlanc sistemləri üzrə həllər təqdim edir.

"Universal Energy" Çinlə yanaşı, Qazaxıstan və Özbəkistanda da bərpaolunan enerji layihələri həyata keçirir.

Nazirlər Kabinetinin 2023-cü ildə qəbul etdiyi qərarla Bakı şəhərinin Qaradağ rayonunun Pirsaat qəsəbəsində 300,77 hektar torpaq sahəsi Günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyənləşdirilib.

Bu ərazi Günəş elektrik stansiyasının tikintisi məqsədilə hərraca çıxarılıb və Çinin "Universal International Holdings Limited" şirkəti 2024-cü ildə hərracın qalibi olub.

"Qobustan" Günəş Elektrik Stansiyası layihəsi Azərbaycanda hərrac vasitəsilə həyata keçirilən ilk, eyni zamanda, "Universal Energy" şirkətinin ölkəmizdə icra etdiyi birinci layihədir.

Stansiyada Günəş panelləri ilə yanaşı, sahə invertorları və transformatorlar quraşdırılıb, kabelləşdirmə işləri tam yerinə yetirilib.

"Qobustan" Günəş Elektrik Stansiyasının istismara verilməsindən sonra hər il təxminən 200 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 45 milyon kubmetr təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 97 min ton azaltmağa imkan verəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri də bərpaolunan enerji mənbələrinin geniş tətbiqidir.

Azərbaycanda yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. İqtisadi potensial 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 QVt, Günəş enerjisi üzrə 23 QVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində qiymətləndirilir. "Qobustan" Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə ölkəmizdə bərpaolunan enerji mənbələrinin ümumi gücü 2170 MVt, stansiyaların sayı isə 85 olacaq. Onların da 65-i su elektrik stansiyası (1443,5 MVt), 6-sı külək elektrik stansiyası (306,5 MVt), 10-u Günəş elektrik stansiyası (378,2 MVt), 3-ü hibrid elektrik stansiyası (7,3 MVt), 1-i isə BİO elektrik stansiyasıdır (37 MVt). Bərpaolunan enerji mənbələri ölkəmizin ümumi enerji gücünün təxminən 21,5 faizini təşkil edir. 2027-ci ilin sonunadək təxminən 1,5 QVt gücündə bərpaolunan enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur. Yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən bu layihələr ölkəmizin elektrik enerjisi ilə təminatı məsələsinə töhfə verməklə yanaşı, təbii qaza qənaət etməyə və atmosferə atılan karbon emissiyalarını xeyli azaltmağa şərait yaradır.

Oxşar Xəbərlər

backend
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4
4.06.24 21:54
gundem / siyaset
backend
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4
4.06.24 21:54
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
24.09.24 20:39
gundem / siyaset
backend
İlham Əliyev “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən sərginin açılış mərasimində - YENİLƏNİB + FOTO
1.06.22 21:16
gundem / siyaset

XƏBƏR LENTİ

20:53 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri ilk turda qələbə qazanıblar - YENİLƏNİB
20:45 Sumqayıtda iki avtomobil toqquşub, ölən var
20:42 Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib
20:38 ARDNF-dən büdcəyə transfertlər 7 %-dən çox azaldılır
20:35 Azərbaycan gələn il 3 milyard manata yaxın borc alacaq
20:26 Maliyyə Nazirliyi 2027-ci ilin ilkin büdcə göstəricilərinə dair açıqlama yayıb
20:22 Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
20:09 Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib
20:07 Azərbaycan XİN Meksika və Papua Yeni Qvineyanı milli günləri münasibətilə təbrik edib
20:02 Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə regionda baş verən son hadisələri müzakirə edib
19:59 Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
19:52 İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
19:47 İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
19:41 Prezidentin sosial media hesablarında "Qobustan" GES-in açılışı ilə bağlı paylaşım edilib
19:37 Pan-Afrika Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
21:29 Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
21:13 Gürcüstanın yeni mədəniyyət naziri təyin edilib
21:10 Özbəkistanda dəyəri 4 milyard dollardan çox olan 120 layihə həyata keçiriləcək
21:07 Ankarada axtarışda olan FETÖ üzvü saxlanılıb
21:03 Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı başa çatıb
20:58 Atletika üzrə dünya çempionatı tarixdə ilk dəfə Afrikada keçiriləcək
20:55 Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var
20:51 İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilib
20:43 Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib
20:36 "AzərEnerji" Naxçıvanda 114 milyon manata yarımstansiya tikəcək
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri ilk turda qələbə qazanıblar - YENİLƏNİB
16.09.26 20:53
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
16.09.26 20:45
Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib
16.09.26 20:42
ARDNF-dən büdcəyə transfertlər 7 %-dən çox azaldılır
16.09.26 20:38
Azərbaycan gələn il 3 milyard manata yaxın borc alacaq
16.09.26 20:35
Maliyyə Nazirliyi 2027-ci ilin ilkin büdcə göstəricilərinə dair açıqlama yayıb
16.09.26 20:26
backend
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri ilk turda qələbə qazanıblar - YENİLƏNİB
16.09.26 20:53
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
16.09.26 20:45
Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib
16.09.26 20:42
ARDNF-dən büdcəyə transfertlər 7 %-dən çox azaldılır
16.09.26 20:38
Azərbaycan gələn il 3 milyard manata yaxın borc alacaq
16.09.26 20:35
Maliyyə Nazirliyi 2027-ci ilin ilkin büdcə göstəricilərinə dair açıqlama yayıb
16.09.26 20:26
backend
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri ilk turda qələbə qazanıblar - YENİLƏNİB
16.09.26 20:53
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
16.09.26 20:45
Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib
16.09.26 20:42
ARDNF-dən büdcəyə transfertlər 7 %-dən çox azaldılır
16.09.26 20:38
Azərbaycan gələn il 3 milyard manata yaxın borc alacaq
16.09.26 20:35
Maliyyə Nazirliyi 2027-ci ilin ilkin büdcə göstəricilərinə dair açıqlama yayıb
16.09.26 20:26

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.