• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
2.09.26 20:25
gundem / cemiyyet

Tibb işçilərinin əməyinə yüksək qiymət: Yeni islahat



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Sosial müdafiənin gücləndirilməsi, əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin inkişafı və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması Azərbaycan dövlətinin hər zaman əsas prioritetləri sırasında olub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü də məhz bu məqsədlərə xidmət edən mühüm addımlardan biridir.

Birinci vitse-prezidentin bu təşəbbüsünü Prezident İlham Əliyev də müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib və tibb işçilərinin maaşlarını artırıb. Yeni mexanizmdə nələr nəzərdə tutulub? İlk növbədə bu təşəbbüs mövcud kadrların motivasiyasını artıracaq, bölgələrdə xidmət göstərmək istəyən və xaricdə çalışan həkimlər üçün əlverişli zəmin yaradacaq, həm də pasiyentlərin səhiyyə sisteminə olan inamını yeni mərhələyə qaldıracaq.

Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq.

Bu islahat dalğası çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisi artımlardan yararlanacaq.

Tibb işçilərinin sosial rifahının gücləndirilməsinə və yeni əməkhaqqı mexanizmlərinin tətbiqinə yönəldilməsi üçün TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb.Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq. Yəni bu qərar xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlər üçün əhəmiyyətli artımlar nəzərdə tutur.

Xüsusilə kritik və dar ixtisaslar üzrə çalışan həkimlərin əməkhaqqında kəskin faiz artımları diqqət çəkir. Belə ki, neonatoloqların əməkhaqqı 66 faiz (950 manat), hemodializ həkimlərinin maaşı 55 faiz (800 manat) artırılıb. Regionlarda kadr çatışmazlığı yaşanan dar ixtisaslar, mama-ginekologiya, neyrocərrahiyyə, uşaq, ürək-damar, üz-çənə cərrahiyyəsi və travmatologiya həkimlərinin aylıq əməkhaqqında isə 48 faizlik (700 manat) ciddi artım nəzərdə tutulub. Bununla yanaşı, islahat kütləvi xarakter daşıyaraq 36 mindən çox orta tibb işçisinin maaşını 17 faiz, 20 mindən çox kiçik tibb işçisinin əməkhaqqını isə 18 faiz yüksəldir.

Regionlarda kadr çatışmazlığının aradan qaldırılması və həkimlərin bölgələrdə işləmə həvəsinin artırılması da bu islahatın ana xəttini təşkil edir. Bu çərçivədə regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr və müəyyən xidmətlər üzrə işin nəticələrinə görə əlavə ödənişlərə 1,3 əmsalı tətbiq olunacaq. Yaradılan əlverişli maliyyə və iş şəraiti, eyni zamanda, xaricdə fəaliyyət göstərən yüksəkixtisaslı azərbaycanlı mütəxəssislərin yenidən ölkə səhiyyəsinə cəlb olunmasına və dövlət tibb müəssisələrində çalışmalarına güclü təkan verəcək.

Xüsusi vurğulanmalıdır ki, son illər Azərbaycanda səhiyyə sisteminin modernləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Yeni xəstəxanaların və tibb müəssisələrinin istifadəyə verilməsi, müasir tibbi avadanlıqlarla təminat, icbari tibbi sığorta sisteminin tətbiqi və idarəetmədə aparılan islahatlar səhiyyənin inkişafında yeni mərhələ yaradıb. Lakin bütün bu yeniliklərin mərkəzində insan amili dayanır.

Məhz buna görə də tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması səhiyyə islahatlarının ayrılmaz hissəsi hesab olunmalıdır. Mehriban Əliyevanın təşəbbüsü bu baxımdan yalnız əməkhaqqının artırılması məsələsi deyil, həm də səhiyyə sahəsində insan kapitalına qoyulan sərmayənin gücləndirilməsi deməkdir.Digər mühüm bir məsələ ondan ibarətdir ki, əməkhaqqının artırılması tibb işçilərinin sosial rifahına müsbət təsir etməklə yanaşı, onların peşə fəaliyyətinə motivasiyasını da artırır. Səhiyyə kimi məsuliyyətli bir sahədə isə motivasiya xüsusi əhəmiyyət daşıyır. Çünki burada söhbət yalnız bir peşədən deyil, insan həyatından və sağlamlığından gedir. Bu baxımdan 72 mindən çox tibb işçisini əhatə edən sosial təşəbbüs Azərbaycan səhiyyəsində yeni motivasiya mühitinin yaranmasına mühüm töhfə verəcək.

Beləliklə, Mehriban Əliyevanın sosial təşəbbüsü təkcə minlərlə tibb işçisinin əməkhaqqının artırılması ilə məhdudlaşmır. Bu addım səhiyyə sistemində insan kapitalının gücləndirilməsi, sosial ədalətin təmin olunması, tibb işçilərinin peşə nüfuzunun artırılması və bütövlükdə daha güclü səhiyyə sisteminin formalaşdırılması istiqamətində mühüm mərhələdir.

72 mindən çox tibb işçisi üçün bu qərar xoş xəbər olmaqla yanaşı, Azərbaycan dövlətinin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə işçilərinin əməyinə, sosial rifahına və gələcəyinə verdiyi dəyərin növbəti bariz ifadəsidir.

Ümumiyyətlə, Mehriban Əliyeva uzun illərdir sosial, humanitar və səhiyyə sahələrində həyata keçirilən layihələrə xüsusi diqqət yetirir. Onun fəaliyyəti cəmiyyətdə sosial həmrəyliyin, humanizm prinsiplərinin və insanların rifahının yüksəldilməsi ideyalarının təşviqi ilə seçilir. Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təşəbbüs də bu siyasətin məntiqi davamı kimi dəyərləndirilə bilər.Bu addımın digər əhəmiyyəti ondan ibarətdir ki, səhiyyə işçilərinin problemlərinə yalnız peşə məsələsi kimi deyil, dövlətin sosial siyasətinin mühüm istiqaməti kimi yanaşılır. Həkimin və tibb işçisinin sosial rifahı nə qədər yüksək olarsa, onun öz peşəsinə daha böyük diqqət və enerji sərf etməsi üçün imkanlar da bir o qədər geniş olar.

Beləliklə, TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sistemində çalışan minlərlə insanın sosial vəziyyətinə müsbət təsir göstərəcək mühüm sosial addım kimi qiymətləndirilir. Bu, həmçinin gənclərin tibb peşəsinə marağının artmasına, peşəkar kadrların səhiyyə sistemində fəaliyyətini davam etdirməsinə və insan resurslarının daha da güclənməsinə şərait yarada bilər.

Nəticə etibarilə tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü səhiyyə sahəsində çalışan insanların əməyinə verilən yüksək dəyərin, onların sosial müdafiəsinə göstərilən diqqətin və insan kapitalının inkişafına yönəlmiş siyasətin mühüm ifadəsidir və bu təşəbbüs də bütövlükdə Azərbaycan səhiyyəsinin gələcək inkişafına xidmət edir.

Oxşar Xəbərlər

backend
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
13.01.26 19:35
gundem / siyaset
backend
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO
22.07.23 22:09
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB
24.02.22 20:43
gundem / siyaset
backend
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - CANLI YAYIM + YENİLƏNİB + TAM MƏTN
12.01.22 20:14
gundem / siyaset

XƏBƏR LENTİ

20:34 AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
20:29 Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
20:25 Qazaxıstan Prezidenti Azərbaycana gəlib
20:22 Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
20:19 Emoməli Rəhmon Azərbaycanda səfərdədir
20:17 Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
20:14 İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib
20:12 Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib
20:09 Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb
20:07 İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib
20:05 İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub
20:03 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
20:00 İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
19:58 İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - yenilənib
19:55 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
19:52 Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib – yenilənib-2
19:50 MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
19:47 Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlığı müzakirə olunub
19:44 İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
19:38 Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadılıb
19:33 Çin Azərbaycanın AQEM-də sədrliyinin uzadılmasını alqışlayır
19:29 Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
19:24 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
19:21 Mirziyoyev və Al Tani Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər
19:18 Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
15.10.26 20:34
Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
15.10.26 20:29
Qazaxıstan Prezidenti Azərbaycana gəlib
15.10.26 20:25
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:22
Emoməli Rəhmon Azərbaycanda səfərdədir
15.10.26 20:19
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:17
backend
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
15.10.26 20:34
Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
15.10.26 20:29
Qazaxıstan Prezidenti Azərbaycana gəlib
15.10.26 20:25
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:22
Emoməli Rəhmon Azərbaycanda səfərdədir
15.10.26 20:19
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:17
backend
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
15.10.26 20:34
Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
15.10.26 20:29
Qazaxıstan Prezidenti Azərbaycana gəlib
15.10.26 20:25
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:22
Emoməli Rəhmon Azərbaycanda səfərdədir
15.10.26 20:19
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:17

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.