• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
22.06.26 21:13
gundem / iqtisadiyyat

SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Serbiyanın "Elektroprivreda Serbiya" (EPS) şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bu ölkənin Niş şəhərində qaz elektrik stansiyasının (QES) inkişafı, tikintisi və idarə edilməsi üzrə səhmdarlar müqaviləsinin yaxın həftələrdə imzalanması gözlənilir.

azturktv.az xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç Niş şəhərinin meri Draqoslav Pavloviç ilə görüşdə deyib.

Tərəflər görüş zamanı, ümumilikdə, Nişdə qazla işləyən elektrik stansiyasının tikintisi layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətləri müzakirə ediblər.

D. Handanoviç 2030-cu ildə elektrik stansiyasının tikintisinin başa çatdırılmasının planlaşdırıldığını vurğulayıb: "Planlaşdırma sənədlərinin hazırlanması və uyğunlaşdırılması istiqamətində fəaliyyətlərə başlanılıb. Niş şəhərinin məkan planı artıq qəbul olunub və bu, planlaşdırma sənədləri üzərində gələcək işlər üçün əsas yaradır. Layihədə iştirak edən bütün aidiyyəti tərəflərin görüşündə layihəçidən 2030-cu ilin sonunadək həyata keçiriləcək əsas fəaliyyətlər və icra qrafiki barədə məlumat almaq imkanımız olub. Məhz həmin ildə elektrik stansiyasının tikintisinin başa çatdırılması planlaşdırılır. Yeni obyekt elektrik enerjisi təchizatının etibarlılığını artıracaq və Serbiyanın enerji sabitliyini gücləndirəcək, eyni zamanda Niş sakinlərinin istilik enerjisi ilə təminatının yaxşılaşdırılmasına əlavə töhfə verəcək".

Nazir vurğulayıb ki, layihənin hazırlanması üçün zəruri olan bütün tədbirlərin mümkün qədər tez həyata keçirilməsi məqsədilə bütün iştirakçıların tam səfərbər olması vacibdir: "Bu prosesə həmçinin EPS və SOCAR arasında birgə müəssisənin yaradılması da daxildir. Hazırda gələcək birgə şirkət üçün EPS və SOCAR arasında səhmdarlar müqaviləsinin razılaşdırılması prosesi davam edir və sənədin yaxın həftələrdə imzalanması gözlənilir".

Niş şəhərinin meri Draqoslav Pavloviç isə bildirib ki, Niş şəhər administrasiyası və bütün yerli qurumlar layihənin mümkün qədər tez hazırlanmasına və tikintinin qısa zamanda başlaması üçün lazım olan bütün addımların atılmasına maksimum dərəcədə sadiqdirlər.

Qeyd edək ki, iyunun əvvəlində Bakıda EPS və SOCAR Nişdə qazla işləyən elektrik stansiyasının inkişafı, tikintisi və idarə olunması üzrə əməkdaşlığın əsas şərtlərini müəyyən edən sənəd imzalayıblar. Bu sənəddə layihənin hazırlanması və həyata keçirilməsi üçün birgə səhmdar cəmiyyətinin yaradılmasının əsas prinsipləri, eləcə də gələcək əməkdaşlığın başlıca kommersiya aspektləri müəyyən edilib.

D. Handanoviç xatırladıb ki, Niş QES Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən strateji layihədir. Bu layihə üzrə dövlətlərarası saziş bu ilin fevral ayında Belqradda, hər iki ölkənin prezidentlərinin iştirakı ilə imzalanıb.

Oxşar Xəbərlər

backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4
4.06.24 21:54
gundem / siyaset
backend
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4
4.06.24 21:54
gundem / siyaset
backend
İlham Əliyev “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən sərginin açılış mərasimində - YENİLƏNİB + FOTO
1.06.22 21:16
gundem / siyaset
backend
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - CANLI YAYIM + YENİLƏNİB + TAM MƏTN
12.01.22 20:14
gundem / siyaset

XƏBƏR LENTİ

21:59 Pezeşkian: Biz diplomatiyanı davam etdirməyə hazırıq – YENİLƏNİB
21:56 Ərdoğan İraqın Baş naziri ilə regional məsələləri müzakirə edib
21:52 Pezeşkian İslamabadda ABŞ ilə əldə olunan razılaşmanı müzakirə edəcək – YENİLƏNİB
21:49 Türkiyə XİN: Qara dənizdə ölkəmizə məxsus gəmiyə hücum nəticəsində iki vətəndaşımız yaralanıb
21:46 Qaradağda tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb, araşdırma aparılır
21:43 Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
21:39 Fərid Qayıbov ilə Allaberdi Saparov işçi qrupunun Bakı səfərini müzakirə ediblər
21:35 BŞTİ: 46 mindən çox şagirdin yerdəyişməsi aparılıb
21:31 Sabah Azərbaycanda 35 dərəcə isti gözlənilir
21:28 Salyanda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
21:25 AQTA: Mağazalardakı bir qəpiklik yumurtalarda uyğunsuzluq aşkarlanmayıb
21:13 SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
21:04 Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb
20:56 İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
20:51 İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib
20:47 Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
20:40 Mozambikin spikeri Azərbaycanda səfərdədir
20:35 Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
20:30 Şavkat Mirziyoyev Azərbaycan səfirinə "Mehnat Shuhrati" ordenini təqdim edib
20:27 Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib
20:23 Azərbaycan və Türkmənistan 13 sənədi mübadilə edib - YENİLƏNİB
20:14 Azərbaycan Türkmənistana tanker hədiyyə edib
20:07 İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
20:02 Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
19:57 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Pezeşkian: Biz diplomatiyanı davam etdirməyə hazırıq – YENİLƏNİB
22.06.26 21:59
Ərdoğan İraqın Baş naziri ilə regional məsələləri müzakirə edib
22.06.26 21:56
Pezeşkian İslamabadda ABŞ ilə əldə olunan razılaşmanı müzakirə edəcək – YENİLƏNİB
22.06.26 21:52
Türkiyə XİN: Qara dənizdə ölkəmizə məxsus gəmiyə hücum nəticəsində iki vətəndaşımız yaralanıb
22.06.26 21:49
Qaradağda tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb, araşdırma aparılır
22.06.26 21:46
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
22.06.26 21:43
backend
Pezeşkian: Biz diplomatiyanı davam etdirməyə hazırıq – YENİLƏNİB
22.06.26 21:59
Ərdoğan İraqın Baş naziri ilə regional məsələləri müzakirə edib
22.06.26 21:56
Pezeşkian İslamabadda ABŞ ilə əldə olunan razılaşmanı müzakirə edəcək – YENİLƏNİB
22.06.26 21:52
Türkiyə XİN: Qara dənizdə ölkəmizə məxsus gəmiyə hücum nəticəsində iki vətəndaşımız yaralanıb
22.06.26 21:49
Qaradağda tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb, araşdırma aparılır
22.06.26 21:46
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
22.06.26 21:43
backend
Pezeşkian: Biz diplomatiyanı davam etdirməyə hazırıq – YENİLƏNİB
22.06.26 21:59
Ərdoğan İraqın Baş naziri ilə regional məsələləri müzakirə edib
22.06.26 21:56
Pezeşkian İslamabadda ABŞ ilə əldə olunan razılaşmanı müzakirə edəcək – YENİLƏNİB
22.06.26 21:52
Türkiyə XİN: Qara dənizdə ölkəmizə məxsus gəmiyə hücum nəticəsində iki vətəndaşımız yaralanıb
22.06.26 21:49
Qaradağda tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb, araşdırma aparılır
22.06.26 21:46
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
22.06.26 21:43

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.