• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
16.05.26 20:42
gundem / siyaset

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Prezident İlham Əliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.

azturktv.az xəbər verir ki, Anaklaudia Rossbax Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı gördüyü işlərin onda dərin təəssürat hissi yaratdığını deyərək, bu mötəbər tədbirin təşkili ilə əlaqədar Azərbaycanın tətbiq etdiyi innovativ yanaşmaları alqışladığını vurğuladı, onların sessiyanın daha məzmunlu keçirilməsinə zəmin yaratdığını qeyd etdi.

Bütün bunlara görə Azərbaycan tərəfinə minnətdarlıq edən qonaq ölkənin bu tədbirə möhtəşəm ev sahibliyi edəcəyinə əminliyini bildirdi.

Anaklaudia Rossbax COP29-un Azərbaycanda yüksək səviyyədə keçirildiyini xatırladaraq, bunun ardınca ölkədə WUF13 kimi tədbirin təşkilinin önəminə toxundu. O, COP və WUF-un BMT sistemində ən böyük tədbirlər hesab olunduğunu deyərək vurğuladı ki, mahiyyəti etibarilə Azərbaycan bu tədbirlər arasında əlaqə yaradıb.

Qonaq ölkənin BMT-nin Məskunlaşma Proqramının fəaliyyətinə verdiyi könüllü maliyyə töhfələrini yüksək qiymətləndirdi, Azərbaycan-UN-Habitat əməkdaşlığını, o cümlədən ölkədə keçirilən Milli Şəhərsalma forumları ənənəsini təqdir etdiyini dedi. O, bundan sonra da əməkdaşlığın uğurla davam edəcəyinə ümidvarlığını bildirdi.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən dövlət başçısı vurğuladı ki, Azərbaycan tərəfindən tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri addımlar atılıb. Prezident İlham Əliyev bir neçə gün əvvəl Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə yerində tanış olduğunu xatırlatdı, bu tədbirin nəticəyönümlü olacağına ümidvarlığını ifadə etdi.

Dövlət başçısı Azərbaycanın Ümumdünya Şəhərsalma Forumu təcrübəsinin, həmçinin ölkədə şəhərsalma sahəsində tətbiq olunan innovativ yanaşmaların, işğaldan azad edilmiş ərazilərdə postmünaqişə şəraitində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasının digər ölkələr üçün də nümunəvi xarakter daşıdığını bildirdi və ölkənin bu təcrübəni bölüşməyə hazır olduğunu dedi.

Söhbət zamanı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının fəaliyyətini dəstəklədiyi məmnunluqla vurğulandı, ölkə ilə bu qurum arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparıldı.

Görüşdən sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında WUF13 Bakı standartlarına əsasən gələcəkdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumun sessiyalarına ev sahibliyi üzrə əməliyyat təlimatının birgə hazırlanmasında əməkdaşlıq etmək məqsədilə Niyyət Məktubu imzalandı. Gələcək sessiyalara ev sahibliyi edəcək tərəflərə qərarqəbuletmə prosesinə dəstək olmaq üçün nəzərdə tutulan sənəd Bakıda keçirilən WUF13-ün uğurlu hazırlıq mərhələsinə əsaslanmaqla, növbəti tədbirlərin operativ səmərəliliyini artırmağı hədəfləyir.

Oxşar Xəbərlər

backend
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4
4.06.24 21:54
gundem / siyaset
backend
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4
4.06.24 21:54
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - CANLI YAYIM + YENİLƏNİB + TAM MƏTN
12.01.22 20:14
gundem / siyaset

XƏBƏR LENTİ

21:28 Hakan Fidan iranlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
21:25 Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 31 nəfər saxlanılıb
21:21 Böyük Britaniyanın İrandakı səfiri XİN-ə çağırılıb
21:19 Fərid Qayıbov: "ROİL Azərbaycan idmanının inkişafı üçün vacib təhsil ocağıdır"
21:15 Azərbaycanın qadın güləşi millisinin üzvləri Qazaxıstana yollanıblar
21:12 Bu il qəbul imtahanlarında 3 mindən çox abituriyent 600-dən yüksək bal toplayıb
21:09 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
21:06 Naxçıvanda "PeşəFest-2026" festivalı keçirilib.
21:03 Azərbaycanda avqust-sentyabr aylarında 65 mindən çox uşaq vaksinasiyaya cəlb olunub
20:58 Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşüb
20:56 Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
20:53 Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib
20:49 Sunniya Durani-Camal Naxçıvanda Zəngəzur dəhlizini müzakirə edib
20:42 İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub
20:38 Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
20:34 Azərbaycan XİN vətəndaşları bir daha Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinməyə çağırıb
20:29 Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
20:24 İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
20:16 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək
20:12 Sadır Japarov sabah Azərbaycana səfər edəcək
20:05 Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
20:05 Sumqayıtda sərnişin avtobusu minik avtomobili ilə toqquşub: xəsarət alanlar var
19:56 Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:48 Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
21:13 Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan iranlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
13.10.26 21:28
Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 31 nəfər saxlanılıb
13.10.26 21:25
Böyük Britaniyanın İrandakı səfiri XİN-ə çağırılıb
13.10.26 21:21
Fərid Qayıbov: "ROİL Azərbaycan idmanının inkişafı üçün vacib təhsil ocağıdır"
13.10.26 21:19
Azərbaycanın qadın güləşi millisinin üzvləri Qazaxıstana yollanıblar
13.10.26 21:15
Bu il qəbul imtahanlarında 3 mindən çox abituriyent 600-dən yüksək bal toplayıb
13.10.26 21:12
backend
Hakan Fidan iranlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
13.10.26 21:28
Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 31 nəfər saxlanılıb
13.10.26 21:25
Böyük Britaniyanın İrandakı səfiri XİN-ə çağırılıb
13.10.26 21:21
Fərid Qayıbov: "ROİL Azərbaycan idmanının inkişafı üçün vacib təhsil ocağıdır"
13.10.26 21:19
Azərbaycanın qadın güləşi millisinin üzvləri Qazaxıstana yollanıblar
13.10.26 21:15
Bu il qəbul imtahanlarında 3 mindən çox abituriyent 600-dən yüksək bal toplayıb
13.10.26 21:12
backend
Hakan Fidan iranlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
13.10.26 21:28
Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 31 nəfər saxlanılıb
13.10.26 21:25
Böyük Britaniyanın İrandakı səfiri XİN-ə çağırılıb
13.10.26 21:21
Fərid Qayıbov: "ROİL Azərbaycan idmanının inkişafı üçün vacib təhsil ocağıdır"
13.10.26 21:19
Azərbaycanın qadın güləşi millisinin üzvləri Qazaxıstana yollanıblar
13.10.26 21:15
Bu il qəbul imtahanlarında 3 mindən çox abituriyent 600-dən yüksək bal toplayıb
13.10.26 21:12

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.