• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
13.05.26 20:05
gundem / siyaset

"Heydər Əliyev və Azərbaycan Ədliyyəsi" kitabının təqdimatı olub






MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Hüquq və İnsan Haqları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

azturktv.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin hakimi, əməkdar hüquqşünas, uzun illər ədliyyə naziri və Məhkəmə-Hüquq Şurasının sədri işləmiş Fikrət Məmmədovun müəllifi olduğu nəşr Heydər Əliyevin Azərbaycan hüquq sisteminin inkişafındakı tarixi roluna həsr olunub.

Eyni zamanda, kitabda Ulu Öndərin siyasi kursunu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan yüksək nailiyyətlər və parlaq qələbələr, o cümlədən ədliyyə və məhkəmə sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Ümummilli Liderin irsinin öyrənilməsi və təbliği ilə bağlı mühüm fəaliyyəti əksini tapıb.

Tədbiri giriş sözü ilə açan İnstitutun idarə heyətinin sədri Məhəmməd Quluzadə nəşrdə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, xalq və dövlət qarşısında misilsiz xidmətləri, həyata keçirdiyi hüquqi sahədə, xüsusilə ədliyyə sisteminin təkmilləşdirilməsi, yeni məhkəmə sisteminin formalaşdırılması ilə bağlı islahatların geniş yer aldığını bildirib.

Müəllif, həmçinin Ulu Öndərin rəhbərliyi altında işlədiyi dövrə dair şəxsi xatirələrini və müşahidələrini də oxucularla bölüşüb. Heydər Əliyevin imzası ilə qəbul edilmiş tarixi əhəmiyyətli hüquqi sənədlər, arxiv foto-materialları barədə məlumatlar verilib.

Tədbirdə çıxış edən Fikrət Məmmədov Ulu Öndər Heydər Əliyev haqqında kitab yazmağın olduqca məsuliyyətli olduğunu, bu dahi şəxsiyyətin dövlət və xalq qarşısında xidmətlərinin misilsizliyini vurğulayıb. Zaman keçdikcə Ulu Öndərin dahiliyinin, uzaqgörənliyinin, müdrikliyinin daha dərindən dərk edildiyini, belə şəxsiyyətlərin nəinki əsrdə, minillikdə bir yarandığını bildirib.

F.Məmmədov qeyd edib ki, Heydər Əliyevin həyat və çoxşaxəli fəaliyyəti haqqında yüzlərlə kitablar nəşr edilib: "Ulu Öndərin etimadı ilə məsul vəzifələrdə çalışmış bir şəxs kimi özümə mənəvi borc bildim ki, Heydər Əliyevin hüquq institutlarının, xüsusilə ədliyyə orqanlarının və məhkəmələrin səmərəli fəaliyyəti ilə bağlı gördüyü işləri və həyata keçirdiyi islahatları tarix üçün həkk edim. Kitabda 1969-cu ildən başlayaraq Ümummilli Liderin bütün dövrlərdəki fəaliyyəti əks olunub. Bu zaman dahi şəxsiyyət Heydər Əliyevin dövlət fəaliyyətinə, xüsusilə də Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş işlərə nəzər salınıb".

Təqdimat mərasimində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəməsinin sədri İnam Kərimov, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisinin komitə sədrləri Əli Hüseynli və Zahid Oruc, Bakı Dövlət Universiteti hüquq fakültəsinin dekanı Zaur Əliyev, ictimaiyyət nümayəndələri çıxış edib, Ümummilli Liderin Azərbaycan hüquq sisteminin formalaşdırılmasında müstəsna xidmətlərindən danışıblar. Bundan başqa, onun hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatların və dövlətçilik irsinin təbliğinin və gələcək nəsillərə çatdırılmasının vacibliyi, "Heydər Əliyev və Azərbaycan Ədliyyəsi" kitabının bu sahədə yaxşı vasitə olduğu, kitabın dərs vəsaiti kimi istifadəsinin əhəmiyyəti vurğulanıb.

Oxşar Xəbərlər

backend
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
8.04.24 19:47
gundem / siyaset
backend
Prezident Arbitraj haqqında Qanunu təsdiqlədi
25.01.24 20:15
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
27.05.22 21:17
gundem / siyaset
backend
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - CANLI YAYIM + YENİLƏNİB + TAM MƏTN
12.01.22 20:14
gundem / siyaset

XƏBƏR LENTİ

20:34 AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
20:29 Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
20:25 Qazaxıstan Prezidenti Azərbaycana gəlib
20:22 Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
20:19 Emoməli Rəhmon Azərbaycanda səfərdədir
20:17 Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
20:14 İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib
20:12 Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib
20:09 Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb
20:07 İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib
20:05 İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub
20:03 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
20:00 İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
19:58 İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - yenilənib
19:55 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
19:52 Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib – yenilənib-2
19:50 MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
19:47 Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlığı müzakirə olunub
19:44 İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
19:38 Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadılıb
19:33 Çin Azərbaycanın AQEM-də sədrliyinin uzadılmasını alqışlayır
19:29 Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
19:24 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
19:21 Mirziyoyev və Al Tani Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər
19:18 Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
15.10.26 20:34
Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
15.10.26 20:29
Qazaxıstan Prezidenti Azərbaycana gəlib
15.10.26 20:25
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:22
Emoməli Rəhmon Azərbaycanda səfərdədir
15.10.26 20:19
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:17
backend
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
15.10.26 20:34
Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
15.10.26 20:29
Qazaxıstan Prezidenti Azərbaycana gəlib
15.10.26 20:25
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:22
Emoməli Rəhmon Azərbaycanda səfərdədir
15.10.26 20:19
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:17
backend
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
15.10.26 20:34
Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
15.10.26 20:29
Qazaxıstan Prezidenti Azərbaycana gəlib
15.10.26 20:25
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:22
Emoməli Rəhmon Azərbaycanda səfərdədir
15.10.26 20:19
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
15.10.26 20:17

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.