• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
5.05.26 19:43
gundem / siyaset

İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

azturktv.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlanıb, onun 2025-ci ildə ölkəyə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edilib.

Kaya Kallas Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Antonio Koştaya çatdırmağı xahiş etdi.

Kaya Kallas Antonio Koştanın ölkəyə səfəri zamanı dövlət başçısı və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən birgə bəyanatın qəbul edilməsinin, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji xarakterinin vurğulanmasının əhəmiyyətinə toxunub.

Qonaq Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu deyib.

Prezident İlham Əliyev ölkəsi ilə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub. Dövlət başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəsinin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Bu xüsusda dövlət başçısı qeyd edib ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb.

Söhbət zamanı Azərbaycan-Ermənistan sülh prosesinə toxunulub, ölkənin sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar vurğulanıb. Azərbaycanla Ermənistan arasında artıq iqtisadi-ticari münasibətlərin yaradıldığı qeyd edilərək, bu xüsusda ölkənin Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyəti birtərəfli qaydada aradan qaldırdığı bildirilib. Ötən gün İrəvanda keçirilmiş "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı tarixi hadisə kimi dəyərləndirilib.

Görüşdə vurğulanıb ki, hazırda Azərbaycanla Avropa İttifaqının gündəliyində rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər var.

Söhbət zamanı Avropa İttifaqının minatəmizləmə sahəsində Azərbaycana dəstəyi təqdir edilib, TRIPP layihəsinin fəaliyyətə başlaması ilə onun regionda bağlantılar baxımından yaxşı imkanlar yaradacağı qeyd olunub.

Dövlət başçısı və Kaya Kallas Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Oxşar Xəbərlər

backend
İlham Əliyev Xocalının Ballıca kəndində bir qrup sakinlə görüşüb - YENİLƏNİB-2
19.02.25 20:11
gundem / siyaset
backend
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO
22.07.23 22:09
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
27.05.22 21:17
gundem / siyaset
backend
Prezident “Media haqqında” qanunu təsdiqləyib - TAM MƏTN
8.02.22 20:33
gundem / siyaset

XƏBƏR LENTİ

20:24 İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
20:20 Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər – YENİLƏNİB
20:18 Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb
20:16 Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
20:13 Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Aİ münasibətlərini müzakirə edib
20:11 Azərbaycan və Kolumbiya qarşılıqlı şəkildə viza rejimini ləğv ediblər
20:09 Azərbaycan-Sinqapur əməkdaşlığının genişləndirilməsi nəzərdən keçirilib
20:07 Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələri nəzərdən keçirilib
20:04 İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
20:00 İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
19:57 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Nyu-Yorkda işə başlayıb
19:54 Azərbaycan və Fransanın XİN başçıları görüşüb
19:51 Nyu-Yorkda Azərbaycan-Belarus strateji tərəfdaşlığı müzakirə olunub
19:48 Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
19:43 İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
19:39 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulub
19:34 Ceyhun Bayramovla Serbiyanın XİN rəhbəri ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
21:32 Ərdoğan ilə Quterreş qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar
21:27 Ərdoğan: Fələstin Prezidenti iki ildir ki, Baş Assambleyanın iclasında iştirak edə bilmir
21:25 SEPAH: Hörmüz boğazında müharibə davam edir
21:23 Qalibaf: Danışıqlar ABŞ ilə mübarizə üsuludur
21:18 Pakistan təhlükəsizlik qüvvələri 6 yaraqlını öldürüb
21:11 Azərbaycanlı pianoçu Serbiyada keçirilən konsert proqramında çıxış edib
21:06 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri bəlli olub
21:00 Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha iki qızıl medal qazanıblar
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
23.09.26 20:24
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər – YENİLƏNİB
23.09.26 20:20
Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb
23.09.26 20:18
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
23.09.26 20:16
Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Aİ münasibətlərini müzakirə edib
23.09.26 20:13
Azərbaycan və Kolumbiya qarşılıqlı şəkildə viza rejimini ləğv ediblər
23.09.26 20:11
backend
İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
23.09.26 20:24
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər – YENİLƏNİB
23.09.26 20:20
Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb
23.09.26 20:18
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
23.09.26 20:16
Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Aİ münasibətlərini müzakirə edib
23.09.26 20:13
Azərbaycan və Kolumbiya qarşılıqlı şəkildə viza rejimini ləğv ediblər
23.09.26 20:11
backend
İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
23.09.26 20:24
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər – YENİLƏNİB
23.09.26 20:20
Azərbaycan-BMT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb
23.09.26 20:18
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
23.09.26 20:16
Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Aİ münasibətlərini müzakirə edib
23.09.26 20:13
Azərbaycan və Kolumbiya qarşılıqlı şəkildə viza rejimini ləğv ediblər
23.09.26 20:11

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.