• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
25.04.26 21:12
gundem / siyaset

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Qəbələdə aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər.

azturktv.az xəbər verir ki, əvvəl Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident, hörmətli qonaqlar.

Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Bizim Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.

Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.

Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi.

Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.

Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik.

Qeyd etdiyim kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.

Bir daha Sizi və bütün ukraynalı qonaqlarımızı səmimiyyətlə salamlayıram.

x x x

Sonra Ukrayna Prezidenti bəyanatla çıxış etdi.

Prezident Volodimir Zelenskinin bəyanatı

-Hörmətli cənab Prezident, çox sağ olun.

Mən Sizə təşəkkürümü bildirmək istəyirəm. O cümlədən nümayəndə heyətimizə göstərilən diqqətə görə minnətdaram.

Bizim müxtəlif beynəlxalq platformalarda görüşlərimiz olub. Ötən il görüşlərimizdə qeyd etmişik ki, biz hər zaman bir-birimizi dəstəkləmişik. Mən qeyd etmişəm ki, biz Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini hər zaman dəstəkləmişik, eyni zamanda, biz Ukraynaya eyni münasibəti görmüşük.

Əlbəttə ki, müharibə başladıqdan sonra bu, mənim Azərbaycana ilk səfərimdir və mən buraya nümayəndə heyətimlə gəlmişəm. Sizə təşəkkür edirəm.

Bu gün 6 sənəd imzaladıq. Heyətlərimiz birmənalı olaraq onların təfərrüatları ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bu gün sahələrə gəldikdə, bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir. Biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq.

Digər mühüm sahələr var. Əlbəttə ki, bunlar bizim xalqlarımızın, ölkələrimizin təhlükəsizliyinə töhfə verir və sözün əsl mənasında biz istərdik ki, ölkələrimiz arasında bu əlaqələr daha da artsın. Əlavə olaraq, mən cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bizim tərəfdaşlığımız bu çox sərt qış şəraitində də davam etmişdir. Eyni zamanda, əlbəttə ki, biz hava hücumundan müdafiə tədbirlərini görmüşük. Lakin buna baxmayaraq, enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz Azərbaycandan 11 yardım paketini almışıq. Biz bu yardıma görə öz təşəkkürümüzü bildiririk. Biz bu haqda xeyli söhbət etdik. Biz, həmçinin, cənab Prezident, xüsusi olaraq Sizə təşəkkürümüzü bildiririk ki, bizim uşaqlarımıza kömək edirsiniz. O uşaqlar, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Dəstəyinizə görə təşəkkür edirik. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu humanitar dəstəyə görə Sizə minnətdarıq.

Əvvəlcə biz energetika sahəsini müzakirə etdik, əməkdaşlığımıza nəzər saldıq. Bu gün, əslində, nəinki Ukrayna üçün, bütün dünya üçün, Avropa üçün bu, böyük bir çağırışdır. İranla müharibə aparılır. Bizə bu halda etibarlı tərəfdaşlarımız lazımdır. Buna görə Sizə təşəkkür edirik. Biz çox şadıq ki, azərbaycanlı tələbələr əksər hallarda məhz Ukraynanı öz təhsil ocağı kimi seçirlər. Biz buna görə də təşəkkür edirik.

Biz, eyni zamanda, sülh sahəsində səyləri müzakirə etdik. Bu, Ukrayna üçün olduqca vacibdir ki, yekun nəticədə müharibəyə son qoyulsun. Əlbəttə, biz bu prosesdə vasitəçilik edən tərəfdaşlara minnətdarıq. Biz Azərbaycan Prezidentinə minnətdarıq. Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə.

Cənab Prezident, düşünürəm, müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, orada biz çox dərin əməkdaşlıq qura bilərik və çox çalışmalıyıq ki, bu məqsədə nail olaq.

Silahların istehsalına gəldikdə, bu, bizim xalqlarımız üçün sabitlik gətirə bilər. Bizim ölkələrimizin kifayət qədər imkanları var ki, bütün çağırışlarla üzləşərək tab gətirsin. İstənilən bir ölkəni götürsək, hətta nəzəri baxımdan əgər o, təcavüzlə üzləşərsə bilməlidir ki, öz hərbi əməliyyatlarını apararaq özünü müdafiə edə bilsin. Bu baxımdan biz sabitliyə, sülhə gedən yolda Azərbaycana uğurlar arzulayırıq. Eyni arzularımızı biz, həmçinin öz ünvanımıza bildiririk.

Bu gün biz ən çətin, ən ağır müharibə şəraitindəyik. Sizə səmimi deyim, cənab Prezident, mən bir hesabatı gördüm. Rusiya müxtəlif yerlərə yenidən aviazərbələr endirib. Dağıntılar göz qarşısındadır. Onlar dəmir yollarına, enerji infrastrukturuna, mülki təyinatlı obyektlərə hücum çəkirlər. Əfsuslar olsun ki, bu gün artıq bəzi şəxslər öz həyatını itirib və xəsarət alan da var.

Cənab Prezident, Sizə minnətdaram ki, başsağlığı verdiniz. Bütün bu səfəri təşkil etdiyinizə görə Sizə çox təşəkkür edirəm.

X X X

Daha sonra Azərbaycan və Ukrayna prezidentləri qısa söhbət etdilər.

13:49

Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 25-də mətbuata bəyanatlarla çıxış ediblər.

azturktv.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar Xəbərlər

backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO
22.07.23 22:09
gundem / siyaset
backend
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - CANLI YAYIM + YENİLƏNİB + TAM MƏTN
12.01.22 20:14
gundem / siyaset
backend
Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib - YENİLƏNİB-2
6.06.24 22:49
gundem / siyaset
backend
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB
24.02.22 20:43
gundem / siyaset

XƏBƏR LENTİ

21:33 İsrail ordusu Qəzzada HƏMAS silahlılarına zərbə endirib
21:24 Pezeşkian 30 milyon könüllüdən kömək istəyib
21:20 Abbas Əraqçi Omana gedib
21:16 Macarıstanın Baş naziri Orban deputat mandatından imtina edib
21:12 Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
21:08 Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
21:04 Qəbələdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
21:02 Volodimir Zelenski: Rusiya razı olsa, danışıqları Azərbaycanda keçirə bilərik
20:59 Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
20:57 Prezident: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir
20:54 Zelenski: Bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə Azərbaycana səfəri nəzərdə tutulub
20:51 İlham Əliyev: Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir
20:46 Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
21:23 "Sükut içində addımlar" filmi Beynəlxalq Film Festivalında təqdim olunacaq
21:21 Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə cüdo birinciliyi keçiriləcək
21:18 Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib
21:16 Azərbaycan Cüdo Federasiyası Goranboyda məşqçilər üçün dan seminarı keçirib
21:13 MİQ müsabiqəsində iştirak üçün ödənişin məbləği təsdiqlənib
21:11 Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
21:07 Prezidentin II Dünya müharibəsi iştirakçılarına yardım sərəncamı 2 minə yaxın şəxsə şamil olunacaq
21:02 Məktəblərə "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı təlimat göndərilib
20:59 Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb
20:56 IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır
20:53 TBNM üzrə 2026-cı il iş planı Astanada təsdiq olunub
20:49 "Urban Crew" "LUKOIL Azərbaycan" QSC-nin Füzuli şəhərində keçirilən tədbirini innovativ yanaşma ilə həyata keçirdi
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İsrail ordusu Qəzzada HƏMAS silahlılarına zərbə endirib
25.04.26 21:33
Pezeşkian 30 milyon könüllüdən kömək istəyib
25.04.26 21:24
Abbas Əraqçi Omana gedib
25.04.26 21:20
Macarıstanın Baş naziri Orban deputat mandatından imtina edib
25.04.26 21:16
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
25.04.26 21:12
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
25.04.26 21:08
backend
İsrail ordusu Qəzzada HƏMAS silahlılarına zərbə endirib
25.04.26 21:33
Pezeşkian 30 milyon könüllüdən kömək istəyib
25.04.26 21:24
Abbas Əraqçi Omana gedib
25.04.26 21:20
Macarıstanın Baş naziri Orban deputat mandatından imtina edib
25.04.26 21:16
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
25.04.26 21:12
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
25.04.26 21:08
backend
İsrail ordusu Qəzzada HƏMAS silahlılarına zərbə endirib
25.04.26 21:33
Pezeşkian 30 milyon könüllüdən kömək istəyib
25.04.26 21:24
Abbas Əraqçi Omana gedib
25.04.26 21:20
Macarıstanın Baş naziri Orban deputat mandatından imtina edib
25.04.26 21:16
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
25.04.26 21:12
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb
25.04.26 21:08

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.