• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
28.02.26 20:23
gundem / siyaset

İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Prezident İlham Əliyev "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

azturktv.az xəbər verir ki, sənəd uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsi məqsədi daşıyır.

Sərəncamda qeyd olunub ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniş tətbiqi sosial şəbəkələrin ictimai münasibətlər sistemində əhəmiyyətli yer tutmasına səbəb olmuşdur.

Sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.

Beynəlxalq təşkilatların və elmi tədqiqat qurumlarının araşdırmaları, digər ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunmasına diqqət yetirilməsi, onların psixoloji rifahı və təhlükəsizliyi, sağlam inkişafı üçün xüsusi hüquqi müdafiə və texnoloji mühafizə mexanizmlərinin tətbiqi tələb olunur. Bu yanaşmada rəqəmsal mühitdə uşaqların şəxsi həyatının, ləyaqətinin və təhlükəsizliyinin bilavasitə dövlətlər tərəfindən qorunması tövsiyə edilir. Beynəlxalq təcrübədə, ilk növbədə, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçün risklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərin tətbiqinin geniş vüsət alması müşahidə olunur.

Bu yeni tələblər sosial şəbəkələrin fəaliyyətinin sistemli hüquqi çərçivədə tənzimlənməsi, valideyn nəzarəti, platformadaxili təhlükəsizlik mexanizmləri və yaşa uyğun məzmun filtrləri vasitəsilə uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyini təmin edir, həmçinin onların kritik informasiyanı təhliletmə, davranış və bilgi mədəniyyətinin inkişafına şərait yaradır.

Nazirlər Kabineti aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməli, məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsini təmin etməli, məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görməli, sosial şəbəkələrdən qanunauyğun istifadənin, belə istifadə zamanı uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işinin həyata keçirilməsi, o cümlədən uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasının təşviq edilməsi məqsədilə tədbirlər görməlidir.

Oxşar Xəbərlər

backend
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
28.09.24 19:41
gundem / siyaset
backend
Prezident Arbitraj haqqında Qanunu təsdiqlədi
25.01.24 20:15
gundem / siyaset
backend
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO
22.07.23 22:09
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
Prezident “Media haqqında” qanunu təsdiqləyib - TAM MƏTN
8.02.22 20:33
gundem / siyaset

XƏBƏR LENTİ

20:26 Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb
20:23 İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb
20:20 Elmar Məmmədov Bolqarıstana səfir təyin edilib
20:16 Azərbaycan İrandakı vətəndaşlarını təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb
20:14 XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır
20:11 İranın Bakıdakı səfirliyi Azərbaycandakı vətəndaşlarına müraciət edib
20:08 Fidan İran, İraq, Səudiyyə Ərəbistanı, Suriya və digər ölkələrdən olan həmkarları ilə danışıb
20:01 BMT TŞ-nin İranla bağlı təcili iclası çağırılıb
19:57 Rəsmi Ankara ABŞ, İsrail və İranı hücumları dayandırmağa çağırıb
19:54 Əraqçi: Xamenei və Pezeşkian sağdır - ƏLAVƏ OLUNUB
19:49 Pakistan 12 hərbçisinin öldüyünü açıqlayıb
19:47 ABŞ Pakistanın "Taliban"dan özünü müdafiə hüququnu dəstəkləyib
19:43 Pakistan 331 əfqan hərbçinin öldüyünü açıqlayıb
19:36 Hersoq: İrana qarşı əməliyyatın regionda tarixi dəyişikliklərə gətirib çıxaracağına ümid edirəm
19:34 Tramp İran hərbçilərini təslim olmağa çağırıb
19:32 Netanyahu: ABŞ-la İran tərəfindən təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlamışıq - YENİLƏNİB
19:29 Xameneinin Tehrandakı ofisinə hücum edilib - YENİLƏNİB
19:25 ABŞ İsrailin İrana zərbələrində iştirak edir - YENİLƏNİB
19:21 Efiopiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
20:31 Ərdoğan: Xocalı qətliamını heç vaxt unutmayacağıq
20:28 Hakan Fidan: Türkiyə "tək millət, iki dövlət" anlayışı ilə hər zaman Azərbaycanın yanındadır
20:26 Türkiyə XİN: Xocalıda yaşanan vəhşət vicdanlarda qara ləkə olaraq qalır
20:23 Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
20:16 Natiq Qasımovun bacısı Prezidentə: Qardaşımın əziyyəti itmədi
20:14 Prezident: Heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb
28.02.26 20:26
İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb
28.02.26 20:23
Elmar Məmmədov Bolqarıstana səfir təyin edilib
28.02.26 20:20
Azərbaycan İrandakı vətəndaşlarını təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb
28.02.26 20:16
XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır
28.02.26 20:14
İranın Bakıdakı səfirliyi Azərbaycandakı vətəndaşlarına müraciət edib
28.02.26 20:11
backend
Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb
28.02.26 20:26
İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb
28.02.26 20:23
Elmar Məmmədov Bolqarıstana səfir təyin edilib
28.02.26 20:20
Azərbaycan İrandakı vətəndaşlarını təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb
28.02.26 20:16
XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır
28.02.26 20:14
İranın Bakıdakı səfirliyi Azərbaycandakı vətəndaşlarına müraciət edib
28.02.26 20:11
backend
Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb
28.02.26 20:26
İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb
28.02.26 20:23
Elmar Məmmədov Bolqarıstana səfir təyin edilib
28.02.26 20:20
Azərbaycan İrandakı vətəndaşlarını təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb
28.02.26 20:16
XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır
28.02.26 20:14
İranın Bakıdakı səfirliyi Azərbaycandakı vətəndaşlarına müraciət edib
28.02.26 20:11

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.