• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
31.01.26 20:13
gundem / siyaset

Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, Caspisnet elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə "Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksəksəviyyəli panel müzakirələri keçirilib.

azturktv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin rəsmi hissəsində çıxış edən Leyla Əliyeva Xəzər dənizinin qlobal əhəmiyyəti, üzləşdiyi ekoloji təhdidlər və onun gələcək nəsillər üçün qorunması məqsədilə elmi tədqiqatlara əsaslanan birgə fəaliyyətlərin əhəmiyyəti barədə məlumat verib. Leyla Əliyeva vurğulayıb ki, dəniz səviyyəsinin azalması və biomüxtəlifliyin itirilməsi prosesləri vaxtında və əlaqələndirilmiş tədbirlər görülmədiyi təqdirdə daha ciddi nəticələrə gətirib çıxara bilər. O, tədbir iştirakçılarını Xəzər dənizi ilə bağlı müzakirələri real nəticələrə gətirən konkret addımlarla davam etdirməyə çağırıb.

BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov tədbirdə çıxış edərək bu cür müzakirələrin dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspert icması arasında dialoqun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar ətraf mühitin idarə olunması sahəsində institusional əməkdaşlığın, eləcə də məlumat və təcrübə mübadiləsinin genişləndirilməsinin Xəzər dənizinin qorunması istiqamətində səylərə töhfə verəcəyini bildiriblər.

Daha sonra müxtəlif panel sessiyaları çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə regional direktoru Arnold Kraylhuber, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Ətraf Mühit və Səhiyyə Mərkəzinin rəhbəri Françeska Raçioppi, eləcə də Cenevrə Universiteti, "Geneva Water Hub", Caspisnet və bir sıra digər beynəlxalq təşkilat və beyin mərkəzlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə ətraf mühitin idarə olunması, elmi tədqiqatların əhəmiyyəti, eləcə də Xəzərin qorunması istiqamətində beynəlxalq əməkdaşlıq və su diplomatiyasının roluna dair fikir mübadiləsi aparılıb, müxtəlif təşəbbüslər irəli sürülüb.

İştirakçılar üçün, həmçinin Xəzər dənizinin ekoloji problemlərinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub. Tədbir sual-cavab formatında təşkil olunan interaktiv sessiya ilə yekunlaşıb.

Oxşar Xəbərlər

backend
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4
4.06.24 21:54
gundem / siyaset
backend
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4
4.06.24 21:54
gundem / siyaset
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
İlham Əliyev Qlobal Bakı Forumunda çıxış etdi - YENİLƏNİB + FOTO
16.06.22 21:32
gundem / siyaset
backend
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - CANLI YAYIM + YENİLƏNİB + TAM MƏTN
12.01.22 20:14
gundem / siyaset

XƏBƏR LENTİ

21:02 Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır
20:58 Pakistanda məscid yaxınlığında törədilən terrorda ölənlərin sayı 31-ə çatıb
20:55 Qırğızıstan Prezidentinin ABŞ-yə səfəri başlayıb
20:51 İran və Oman Hörmüzdə təhlükəsiz marşrutla bağlı razılığa gəlib
20:49 İCESCO-nun ofis direktoru: Üzeyir bəy yaradıcılığı bütün dünyaya bir daha sübut edir ki, musiqinin dili olmur
20:47 Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
20:43 Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilib - YENİLƏNİB
20:40 Azərbaycan boksçuları Qazaxıstanda keçirilən turnirdə üç medal qazanıblar
20:36 Məktəb direktorlarının işə qəbul mexanizmləri təkmilləşdiriləcək
20:33 Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
20:29 Azərbaycanda gömrük daxilolmalarının gələn il gözlənilən strukturu açıqlanıb
20:26 İlham Əliyev neft sənayesi işçilərini təltif edib
20:23 Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
20:20 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
20:17 Türkiyə MMN-dən Azərbaycana: "Birlikdə güclü, birlikdə qardaşıq"
20:14 Səbinə Əliyeva: Erməni əsilli məhbusların hüquqlarının pozulması ilə bağlı xəbərlər qərəzli siyasi məqsəd daşıyır
20:09 XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
20:06 Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyasının açılışı olub
21:28 Mustafa Çiftçi: Türkiyə Suriya, İran və İraqla terrorsuz bölgə mexanizmi yarada bilər
21:26 Pakistanda məscid yaxınlığında baş vermiş terror aktında ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB
21:22 Vaşinqton və Varşava Polşada ABŞ bazası yaratmaq barədə razılığa gəlib
21:20 Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 67 şübhəli həbs edilib
21:17 Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək
21:15 Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
21:11 Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır
19.09.26 21:02
Pakistanda məscid yaxınlığında törədilən terrorda ölənlərin sayı 31-ə çatıb
19.09.26 20:58
Qırğızıstan Prezidentinin ABŞ-yə səfəri başlayıb
19.09.26 20:55
İran və Oman Hörmüzdə təhlükəsiz marşrutla bağlı razılığa gəlib
19.09.26 20:51
İCESCO-nun ofis direktoru: Üzeyir bəy yaradıcılığı bütün dünyaya bir daha sübut edir ki, musiqinin dili olmur
19.09.26 20:49
Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
19.09.26 20:47
backend
Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır
19.09.26 21:02
Pakistanda məscid yaxınlığında törədilən terrorda ölənlərin sayı 31-ə çatıb
19.09.26 20:58
Qırğızıstan Prezidentinin ABŞ-yə səfəri başlayıb
19.09.26 20:55
İran və Oman Hörmüzdə təhlükəsiz marşrutla bağlı razılığa gəlib
19.09.26 20:51
İCESCO-nun ofis direktoru: Üzeyir bəy yaradıcılığı bütün dünyaya bir daha sübut edir ki, musiqinin dili olmur
19.09.26 20:49
Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
19.09.26 20:47

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.