• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
19.01.26 20:20
gundem / siyaset

Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub










MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub.

azturktv.az xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Berhan Gözdən Əlillər üçün İnternat Məktəbini ziyarət edib.

Efiopiyanın birinci xanımı Zinaş Tayaçevin təşəbbüsü və himayəsi ilə inşa olunan məktəb ölkənin bütün bölgələrindən seçilmiş 9-cu sinifdən 12-ci sinfə qədər gözdən əlilliyi olan və görmə məhdudiyyətli 300-dən çox şagirdə xidmət göstərir. Məktəb milli tədris proqramını şagirdlərinin ehtiyaclarına uyğunlaşdıraraq Brayl əlifbasından, audioresurslar və kompüter ekran oxuyucusu texnologiyasından istifadə edir. Əsas akademik fənlərlə yanaşı, şagirdlər Brayl əlifbasını, orientasiya və hərəkətlilik, həyat bacarıqları və musiqi, əl işləri, kompüter istifadəsi üzrə təlimlər keçirlər. Akademik öyrənməni praktiki bacarıqlarla birləşdirərək, Berhan Gözdən Əlillər üçün İnternat Məktəbi şagirdləri ali təhsildə uğur qazanmağa və cəmiyyətdə müstəqil, məhsuldar həyata hazırlaşmağa imkan verir.

X X X

Sonra Leyla Əliyeva "Lenegewa" Qadınların Reabilitasiya və Bacarıqların İnkişafı Mərkəzində olub.

Bildirilib ki, Əddis-Əbəbə şəhərinin meri xanım Adaneç Abiebenin təşəbbüsü ilə tikilən mərkəzin fəaliyyəti səfil həyatı ilə üzləşən və insan alverinin qurbanı olan minə yaxın qadının həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Kompleks yanaşma prinsipi ilə fəaliyyət göstərən mərkəz 13 binadan ibarətdir. Buraya müasir sinif otaqları, yataqxanalar, peşə təlimi mərkəzləri, emalatxanalar, həmçinin psixoloji və tibbi yardım şöbələri daxildir.

Bildirilib ki, müəssisəyə qəbul edilən həssas təbəqədən olan qadınlar gələcəkdə işə düzəlmək üçün zəruri bacarıqlarla təmin edən 3–6 aylıq intensiv təlim proqramlarına cəlb olunurlar.

Onların potensialını maksimum səviyyədə istifadə etmək üçün kompüter savadlılığı, tekstil və tikiş, elektronika, gözəllik xidmətləri, tədbirlərin təşkili üçün qida xidmətləri və digər istiqamətlər üzrə kurslar təklif olunur.

X X X

Leyla Əliyeva həmçinin Efiopiyanın Milli Sarayı ilə tanış olub.

Saray bu ölkənin monarxlarının mirasını və xalqın sarsılmaz ruhunu təcəssüm etdirir. Sarayın tarixi, əsrlər boyu ölkəni formalaşdıran hakimiyyət, ənənə və müasirlik hekayələri ilə sıx bağlıdır. 1955-ci ildə imperator Hayle Selassienin gümüş yubileyini qeyd etmək üçün inşa edilən saray, ona həyat yoldaşı Menen Asfav tərəfindən hədiyyə edilib. İtalyan memar Raffaele Petrone tərəfindən layihələndirilən bina, yerli memarlıq motivlərini beynəlxalq üslublarla birləşdirərək ölkənin mədəni müxtəlifliyini və qlobal əlaqələrini əks etdirir.

Muzeydə imperatorun zəngin avtomobil kolleksiyası, həmçinin fəvvarələr, heykəllər və sıx yaşıllıqlarla bəzədilmiş saray kompleksi nümayiş etdirilir.

Oxşar Xəbərlər

backend
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO
22.07.23 22:09
gundem / siyaset
backend
130 məktəbdə nöqsan aşkar edildi: Hamısı cərimələdi - SİYAHI
12.04.23 21:45
gundem / cemiyyet
backend
İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB+FOTO
17.07.22 21:30
gundem / siyaset
backend
İlham Əliyev və Mehriban Əliyeva “Ağıllı kənd”in açılış mərasimində iştirak ediblər - YENİLƏNİB + FOTO
27.05.22 21:34
gundem / siyaset
backend
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - CANLI YAYIM + YENİLƏNİB + TAM MƏTN
12.01.22 20:14
gundem / siyaset

XƏBƏR LENTİ

21:11 Ərdoğan Kanadanın Baş nazirini Türkiyəyə dəvət edib
21:08 Çin İrana dərman yardımı göndərəcək
21:05 Hörmüzdən ABŞ-nin təhdidlərinə baxmayaraq növbəti İran gəmisi keçib
21:02 Türkiyə və Pakistan hərbçilərinin birgə təlimi keçirilib
20:58 Mustafa Çiftçi: Məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-5
20:55 Asim Muniri Tehran hava limanında Abbas Əraqçi qarşılayıb
20:52 Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib
20:49 Toiu: Azərbaycan və Rumıniya bu il hökumətlərarası komissiyanın iclasını keçirəcək - YENİLƏNİB
20:45 Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib
20:40 "Uşaq hüquqları haqqında" yeni hazırlanmış qanun qüvvəyə minib
20:36 Ukraynanın İrpen şəhərində akademik Zərifə Əliyevanın vəfatının ildönümü ilə bağlı tədbir keçirilib
20:31 Ramil Rzayev etimadnaməsini Filippin Prezidentinə təqdim edib
21:04 Hakan Fidan ilə Abbas Əraqçi İran-ABŞ danışıqlarını müzakirə ediblər
21:00 Ərdoğan Madyarı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib
20:55 Hakan Fidan pakistanlı həmkarı ilə ABŞ-İran danışıqlarını müzakirə edib
20:50 Pezeşkian altı ölkənin mövqeyini dəstəkləyib
20:47 Modi və Tramp Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin vacibliyini qeyd ediblər
20:44 Şanlıurfadakı məktəbə hücumla bağlı 1 nəfər saxlanılıb – YENİLƏNİB-3
20:40 İlham Əliyev Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
20:37 Leyla Əliyeva: Azərbaycanda qadınlara hörmət mədəniyyətin və ənənələrin ayrılmaz hissəsidir
20:34 İlham Əliyev Esvatininin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
20:31 İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
20:28 Sahibə Qafarova Türkiyədə işgüzar səfərdədir
20:23 Bakıda AQEM-in qadınların liderliyinə həsr olunmuş beynəlxalq konfransı keçirilib - YENİLƏNİB
20:18 Yanvar-fevral ayında Azərbaycanda 5 250 nikah, 3 376 boşanma qeydə alınıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan Kanadanın Baş nazirini Türkiyəyə dəvət edib
15.04.26 21:11
Çin İrana dərman yardımı göndərəcək
15.04.26 21:08
Hörmüzdən ABŞ-nin təhdidlərinə baxmayaraq növbəti İran gəmisi keçib
15.04.26 21:05
Türkiyə və Pakistan hərbçilərinin birgə təlimi keçirilib
15.04.26 21:02
Mustafa Çiftçi: Məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-5
15.04.26 20:58
Asim Muniri Tehran hava limanında Abbas Əraqçi qarşılayıb
15.04.26 20:55
backend
Ərdoğan Kanadanın Baş nazirini Türkiyəyə dəvət edib
15.04.26 21:11
Çin İrana dərman yardımı göndərəcək
15.04.26 21:08
Hörmüzdən ABŞ-nin təhdidlərinə baxmayaraq növbəti İran gəmisi keçib
15.04.26 21:05
Türkiyə və Pakistan hərbçilərinin birgə təlimi keçirilib
15.04.26 21:02
Mustafa Çiftçi: Məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-5
15.04.26 20:58
Asim Muniri Tehran hava limanında Abbas Əraqçi qarşılayıb
15.04.26 20:55

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.