• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
13.10.25 19:21
gundem / siyaset

Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü olub - YENİLƏNİB


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü keçirilib.

azturktv.az xəbər verir ki, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq çıxışında parlament platformasının ölkələr və xalqlar arasındakı əlaqələrin daha da dərinləşməsi baxımından mühüm istiqamət olduğunu vurğulayıb.

O, Azərbaycan, Pakistan və Türkiyənin dost və qardaş ölkələr olduğunu qeyd edərək taleyüklü məsələlərdə üç qardaş dövlətin daim bir yerdə olduğunu bildirib. Sərdar Ayaz Sadiq Kəşmir məsələsinə münasibətdə Azərbaycan və Türkiyənin göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü ifadə edib və Pakistan xalqının bu dost münasibəti heç vaxt unutmayacağını vurğulayıb.

Xalqların və dövlətlərin beynəlxalq münasibətlər sistemində bəzən haqsızlıq və ədalətsizliklə üzləşdiyini deyən Sərdar Ayaz Sadiq qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin, eləcə də xalqların firavanlığının təmin olunması üçün bu hallara son qoyulmalıdır. O, hər üç ölkənin parlamentarilərinin bir çox sahələrdə, o cümlədən beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova çıxışında parlamentlərin əməkdaşlığının ortaq tarixi, mədəni, dini və mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrin və xalqların qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslandığını söyləyib. O vurğulayıb ki, Azərbaycan, Pakistan və Türkiyə hər zaman bir-birinin yanında olublar və bir-birini dəstəkləyiblər.

Azərbaycanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyinin də birmənalı olduğunu deyən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan bu münaqişənin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş çıxışında beynəlxalq hüquqda mövcud olan problemlərin, xüsusilə ikili standartların müşahidə olunduğu bugünkü şəraitdə üç qardaş ölkə arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

O söyləyib ki, Türkiyə, Azərbaycan və Pakistan parlamentləri ilə üçtərəfli əməkdaşlığın daha da gücləndirilməsinə böyük önəm verir. Qlobal problemlərə qarşı ortaq həll yollarının müəyyənləşdirilməsində parlamentlərin rolu olduqca vacibdir.

N.Kurtulmuş həmçinin terror təhdidlərinə qarşı mübarizənin əhəmiyyətinə toxunaraq deyib ki, Türkiyə dövlətlərin suverenliyini və müstəqilliyini hədəf alan terrora qarşı mübarizəyə böyük önəm verir.

Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani isə çıxışında parlamentlərin üçüncü görüşünün əhəmiyyətini vurğulayaraq müasir geosiyasi şərait fonunda qardaş ölkələr arasında əməkdaşlığın vacibliyini, eləcə də parlamentlərarası əlaqələrin gücləndirilməsinin önəmini qeyd edib.

10:00

Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü başlayıb.

azturktv.az xəbər verir ki, əvvəlcə görüşün İcraiyyə Toplantısı keçirilib və tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iştirak ediblər.

Tərəflər üç ölkə və parlamentləri arasında yüksək səviyyəli qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayaraq bu görüşün də üçtərəfli parlament əməkdaşlığı üzrə qarşıya qoyulan məqsəd və hədəflərə çatmağa güclü təkan verəcəyinə inam ifadə ediblər.

İcraiyyə Toplantısında gündəlikdəki mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, üçtərəfli görüş bu gün parlament spikerlərinin çıxışı və deputatların da iştirakı ilə keçiriləcək geniş müzakirələrlə davam edəcək.

Oxşar Xəbərlər

backend
TBMM sədri: Pakistan, Azərbaycan və Türkiyə bir millət, üç dövlətdir
13.10.25 19:24
gundem / siyaset
backend
Pakistan Milli Assambleyasının sədri Azərbaycanın İslamabaddakı səfirliyində olub
2.01.25 19:36
gundem / siyaset
backend
Azərbaycan Prezidenti Pakistan Senatının sədrini qəbul edib - YENİLƏNİB
30.06.22 20:36
gundem / siyaset
backend
Azərbaycan, Türkiyə və Pakistan gənclərinin İstanbulda forumu keçirilib - FOTO
18.06.22 20:57
gundem / siyaset
backend
Pakistan Parlament nümayəndə heyəti Azərbaycana gəlib - FOTO
18.03.22 20:58
gundem / siyaset

XƏBƏR LENTİ

20:06 Ərdoğan İtaliyanın Baş nazirinə siqareti tərgirməyi tövsiyə edib
20:03 Tramp Şarm əl-Şeyxə gedib - YENİLƏNİB
20:00 Nişandan qayıdan qardaşlar qəzaya düşdü
19:57 Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb
19:54 İdman könüllülərinin mükafatlandırma mərasimi keçirilib
19:51 Xocalının Ballıca kəndində badam ağacları əkilib
19:49 Jurnalistlər qrip əleyhinə vaksinasiyada iştirak edib
19:45 Avqustda BTC ilə neft ixracı 7 % artıb
19:43 "Azərbaycan Beynəlxalq Bankı" maliyyə vəziyyətini açıqlayıb
19:33 Prezident bir qrup dəmir yolçunu təltif edib - SİYAHI
19:29 Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - YENİLƏNİB-2
19:26 İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb
19:24 TBMM sədri: Pakistan, Azərbaycan və Türkiyə bir millət, üç dövlətdir
19:21 Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü olub - YENİLƏNİB
19:19 Bakıda Azərbaycan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü olub
19:17 İlham Əliyev Misirdə bir sıra ölkələrin liderləri ilə görüşüb
19:14 İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirib
21:33 Hakan Fidan: Qəzzada atəşkəslə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub
21:30 HƏMAS Qətər və Türkiyənin Misirdəki danışıqlara qoşulmasını alqışlayır
21:24 Azıx mağarası ilə bağlı ingilis dilində nəşr edilmiş kitabın təqdimat mərasimi keçirilib
21:18 Gəncə stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib - YENİLƏNİB
21:09 I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
21:05 Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
20:57 Azərbaycan Almaniya ilə maliyyə əməkdaşlığının genişləndirilməsini müzakirə edib
20:51 Əbdüssalam Əl-Murşidi: "Azərbaycanla əməkdaşlıq qabaqcıl texnologiyalara çıxış imkanı yaradır"
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan İtaliyanın Baş nazirinə siqareti tərgirməyi tövsiyə edib
13.10.25 20:06
Tramp Şarm əl-Şeyxə gedib - YENİLƏNİB
13.10.25 20:03
Nişandan qayıdan qardaşlar qəzaya düşdü
13.10.25 20:00
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb
13.10.25 19:57
İdman könüllülərinin mükafatlandırma mərasimi keçirilib
13.10.25 19:54
Xocalının Ballıca kəndində badam ağacları əkilib
13.10.25 19:51
backend
Ərdoğan İtaliyanın Baş nazirinə siqareti tərgirməyi tövsiyə edib
13.10.25 20:06
Tramp Şarm əl-Şeyxə gedib - YENİLƏNİB
13.10.25 20:03
Nişandan qayıdan qardaşlar qəzaya düşdü
13.10.25 20:00
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb
13.10.25 19:57
İdman könüllülərinin mükafatlandırma mərasimi keçirilib
13.10.25 19:54
Xocalının Ballıca kəndində badam ağacları əkilib
13.10.25 19:51
backend
Ərdoğan İtaliyanın Baş nazirinə siqareti tərgirməyi tövsiyə edib
13.10.25 20:06
Tramp Şarm əl-Şeyxə gedib - YENİLƏNİB
13.10.25 20:03
Nişandan qayıdan qardaşlar qəzaya düşdü
13.10.25 20:00
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb
13.10.25 19:57
İdman könüllülərinin mükafatlandırma mərasimi keçirilib
13.10.25 19:54
Xocalının Ballıca kəndində badam ağacları əkilib
13.10.25 19:51

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.