• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
3.07.25 20:53
gundem / iqtisadiyyat

ICGB Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun mövcud gücləri üzrə illik hərraclar keçirəcək



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

ICGB qaz nəqli sisteminin müstəqil operatoru Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun (IGB) mövcud gücləri üzrə illik hərracların keçiriləcəyini elan edib.

Bu barədə azturktv.az operatorun məlumatına istinadən xəbər verir.

IGB qaz kəməri Yunanıstanın milli qaz nəqli sisteminə (DESFA SA) və Komotini regionunda (Yunanıstan) Trans-Adriatik Boru Kəmərinə (TAP AG), eləcə də Stara Zaqora rayonunda Bolqarıstanın qaz nəqli sisteminə ("Bulgartransgaz EAD") birləşir.

Zəmanətli (firm) güclər üzrə hərraclar iyulun 7-də, fasiləli (interruptible) güclər üzrə isə iyulun 21-də keçiriləcək.

IGB qaz kəmərinin TAP və DESFA ilə birləşmə nöqtələrindəki güclər PRISMA platformasında təklif ediləcək. "Stara Zaqora" IP-dəki güc üzrə ticarət “Regional Booking Platform”da (RBP) keçiriləcək.

ICGB ardıcıl 5 qaz ili müddətinə təminatlı güclər təklif edəcək. DESFA və TAP ilə birləşmə nöqtələrində giriş gücləri rəqabətli əsasda paylanacaq.

Fasiləli geri ötürmə (virtual) gücü “Bulgartransgaz” (giriş) və TAP (çıxış) ilə birləşmə üçün 1 qaz ili (2025/2026) müddətinə təklif ediləcək.

ICGB rəhbərliyi bazar iştirakçılarını müraciətlərini əvvəlcədən hazırlamağa çağırıb.

"Bu, regionun enerji müstəqilliyinə doğru yolda vacib addımdır", - şirkətin icraçı direktorları Teodora Georgieva və Corc Satlas bildiriblər.

IGB kommersiya istismarına üç ildən az müddət əvvəl başlayıb və artıq 45-dən çox qeydiyyatdan keçmiş istifadəçisi var.

İnterkonnektor Cənub-Şərqi Avropaya qaz təchizatının şaxələndirilməsində əsas rol oynayır və qış dövründə Bolqarıstanın ehtiyaclarının 40 %-dən çoxunu, yay dövründə isə 60 %-dən çoxunu təmin edir. İstismarın başlanğıcından bəri boru kəməri vasitəsilə 34,5 milyon MVt/saat-dan çox qaz nəql edilib.

Boru kəmərinin ümumi uzunluğu 182 kilometr, borunun diametri 32 düymdür. Layihə üzrə illik ötürücülük qabiliyyəti isə Yunanıstan–Bolqarıstan istiqamətində 3 milyard kubmetr qaz təşkil edir. Bazar marağı və qonşu qaz nəqli sistemlərinin imkanlarından asılı olaraq, bu həcmin illik 5 milyard kubmetrə qədər artırılması mümkündür.

Oxşar Xəbərlər

backend
Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB-nin tədarük həcmi açıqlanıb
6.06.25 21:11
gundem / iqtisadiyyat
backend
BP TANAP-dakı payının 25 %-lik qeyri-nəzarət paketini "Apollo" fonduna satır
21.03.25 20:41
gundem / iqtisadiyyat
backend
Moldova Türkiyədən qaz nəql edəcək
27.10.22 19:57
gundem / iqtisadiyyat
backend
Ekspert: “IGB Balkan və Cənub-Şərqi Avropada qaz qiymətlərinin sabit olması üçün münbit şərait yaradacaq”
2.10.22 19:47
gundem / iqtisadiyyat
backend
IGB-nin müstəqil operatoru Azərbaycan təbii qazını Yunanıstana nəql etmək üçün lisenziya alıb
25.07.22 21:18
gundem / iqtisadiyyat

XƏBƏR LENTİ

20:25 Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir
20:22 SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
20:15 Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır
20:04 Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşa şəhərində bir araya gəliblər
19:55 AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
19:50 Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
19:43 Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb
21:23 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
21:19 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
21:14 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
21:08 ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
21:02 Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
20:53 Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
20:49 Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
20:45 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
20:41 Azərbaycan XİN Türkmənistanı Milli Günü münasibətilə təbrik edib
20:35 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
20:33 DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər
20:29 Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
20:26 Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib
20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir
1.10.26 20:25
SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
1.10.26 20:22
Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır
1.10.26 20:15
Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşa şəhərində bir araya gəliblər
1.10.26 20:04
AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
1.10.26 19:55
Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
1.10.26 19:50
backend
Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir
1.10.26 20:25
SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
1.10.26 20:22
Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır
1.10.26 20:15
Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşa şəhərində bir araya gəliblər
1.10.26 20:04
AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
1.10.26 19:55
Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
1.10.26 19:50

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.