• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
30.06.25 20:48
gundem / iqtisadiyyat

Azərbaycan və Estoniya aqrar sahədə əməkdaşlıq məsələlərini müzakirə edib



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 44-cü sessiyası çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Estoniyanın regional işlər və kənd təsərrüfatı naziri Hendrik Yohannes Terras ilə görüşüb.

azturktv.az bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub. M.Məmmədov ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Estoniya ilə iqtisadi və ticari əməkdaşlığın gücləndirilməsi istiqamətində bütün təşəbbüsləri dəstəkləyir.

H.Y.Terras isə öz növbəsində Estoniyanın Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun yenilənməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, Azərbaycanda istehsal olunan meyvə və tərəvəz məhsullarının Estoniyaya ixracı, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, müasir texnologiyaların transferi, heyvandarlıq (embrion transferi) sahəsində təcrübə mübadiləsi, aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.

Oxşar Xəbərlər

backend
Azərbaycanla Türkiyə Qarabağda emal sənayesinin yaradılmasını müzakirə edib
22.04.25 20:26
gundem / iqtisadiyyat
backend
İmişlidə Aqrar Biznes Festivalı keçirilib
19.02.25 20:31
gundem / iqtisadiyyat
backend
Nazir: “Azərbaycan Misir ilə aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır”
28.12.24 20:34
gundem / iqtisadiyyat
backend
Əli Əsədov TDT-nin Bakıdakı tədbirlərində iştirak edən nazirlərlə görüşüb
26.09.23 21:09
gundem / siyaset
backend
Yeni kənd təsərrüfatı naziri kollektivə təqdim olunub - YENİLƏNİB
14.04.23 20:28
gundem / siyaset

XƏBƏR LENTİ

20:25 Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir
20:22 SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
20:15 Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır
20:04 Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşa şəhərində bir araya gəliblər
19:55 AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
19:50 Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
19:43 Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb
21:23 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
21:19 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
21:14 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
21:08 ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
21:02 Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
20:53 Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
20:49 Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
20:45 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
20:41 Azərbaycan XİN Türkmənistanı Milli Günü münasibətilə təbrik edib
20:35 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
20:33 DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər
20:29 Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
20:26 Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib
20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir
1.10.26 20:25
SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
1.10.26 20:22
Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır
1.10.26 20:15
Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşa şəhərində bir araya gəliblər
1.10.26 20:04
AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
1.10.26 19:55
Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
1.10.26 19:50
backend
Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni qaydalar tətbiq edilir
1.10.26 20:25
SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
1.10.26 20:22
Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır
1.10.26 20:15
Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşa şəhərində bir araya gəliblər
1.10.26 20:04
AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
1.10.26 19:55
Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
1.10.26 19:50

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.