• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
21.05.25 20:56
gundem / siyaset

TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb - YENİLƏNİB


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Macarıstanın paytaxtı Budapeştdə mayın 21-də keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb.

azturktv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir.

Türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər.

Türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər “Türk Dünyası Xartiyası”nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar.

Qırğız Respublikasının sədrliyinin və Macarıstanın TDT-yə üzv dövlətlər arasında çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsinə olan əzminin yüksək qiymətləndirildiyi Bəyannamədə müşahidəçi ölkə Macarıstan tərəfindən ilk dəfə keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşünə verilən böyük dəyər xüsusi vurğulanır.

Tərəflər Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildirir, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışlayırlar. Eyni zamanda, Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olunmasının zəruriliyi qeyd edilir.

Üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılır.

Təşkilatın üzvləri regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdid və çağırışlar yaradan terrorizm və transmilli mütəşəkkil cinayətkarlığın bütün formaları, terrorizmin maliyyələşdirilməsi və kibercinayətkarlıqla mübarizədə birgə səyləri davam etdirməyə sadiqliklərini bir daha təsdiqləyirlər. Bu kontekstdə Suriyanın ərazi bütövlüyü və birliyi əsasında təhlükəsizliyin və sabitliyin bərqərar olması, ona qarşı sanksiyaların aradan qaldırılması istiqamətində Türkiyənin konstruktiv rolu yüksək qiymətləndirilir.

Qəzzadakı fəlakətli humanitar vəziyyətdən dərin narahatlıq ifadə olunur, daimi və hərtərəfli atəşkəs, girovların, məhbusların azad edilməsi və Qəzzaya humanitar yardımların maneəsiz çatdırılması istiqamətində danışıqlara dəstək bir daha təsdiqlənir. İsrail-Fələstin münaqişəsinin BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ikidövlətli həlli variantının zəruriliyi qeyd edilir. Həmçinin Əfqanıstanla bağlı məsələlər üzrə TDT-nin İşçi Qrupunun yaradılması təqdir olunur.

TDT çərçivəsində müdafiə sənayesi sahəsində məhsuldar çoxtərəfli əməkdaşlığı genişləndirmək niyyəti bir daha bəyan olunur və üzv dövlətlərin müvafiq orqanlarına bu məqsədlə səylərini sürətləndirmək tapşırılır.

İrqçiliyin, ayrı-seçkiliyin, ksenofobiyanın, İslama qarşı nifrətin, nifrət nitqinin və dezinformasiyanın bütün formaları ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi məqsədilə beynəlxalq platformalarda səylərin əlaqələndirilməsi öhdəliyi xatırladılır.

Qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi “Bakı Prosesi”nin uğuru yüksək qiymətləndirilir və Azərbaycan bu istiqamətdə davamlı liderliyinə görə təqdir edilir, 2026-cı ildə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə dəstək ifadə olunur.

Türk Dövlətləri Təşkilatı Katibliyinin büdcəsinin əhəmiyyətli dərəcədə artırılması təklifi dəstəklənir, TDT-nin ilk birgə maliyyə institutu kimi yaradılmış Türk İnvestisiya Fondunun layihə fəaliyyətinə başlanmasının vacibliyi vurğulanır.

Türk Yaşıl Baxış prinsipləri rəhbər tutularaq, iqlim dəyişikliyinə və ətraf mühitin mühafizəsində davamlı yaşıl inkişafa sadiqlik bir daha təsdiqlənir, yaşıl enerji avadanlığının və texnologiyalarının inkişafının, iqlimədavamlı infrastrukturun, enerji səmərəliliyinin və tullantıların səmərəli idarə olunmasının təşviqinin vacibliyi qeyd edilir.

Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdir olunur.

Region boyu yaşıl enerji dəhlizlərinin inkişafının vacibliyi qeyd edilir, yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə layihələrin həyata keçirilməsində irəliləyiş, Təşkilatın üzv dövlətlərinin hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Sazişin qüvvəyə minməsi alqışlanır.

Bəyannamədə TDT-nin müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsini təşviq etməyə, mümkün olduqda bir-birinin namizədliklərini, qətnamələrini, bəyanatlarını və beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara əsaslanan digər təşəbbüsləri daha güclü qarşılıqlı əlaqələndirməyə və dəstəkləməyə çağırış ifadə olunur, o cümlədən Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına və ECOSOC-un 2028-2030-cu illər üçün üzvlüyünə namizədliyi dəstəklənir.

Özbəkistanın 2035-2036-cı illər üçün BMT Təhlükəsizlik Şurasının və 2027-2031-ci illər üçün UNESCO-nun İcraiyyə Şurasının qeyri-daimi üzvlüyünə namizədliyi, Qazaxıstanın 2031-2032-ci illər üçün BMT Baş Assambleyasının 86-cı sessiyasının, 2039-2040-cı illər üçün BMT Təhlükəsizlik Şurasının və 2027-2031-ci illər üçün UNESCO-nun İcraiyyə Şurasının sədri vəzifələrinə namizədliyi, Türkiyənin 2037-2038-ci illər üçün BMT Təhlükəsizlik Şurasının, 2025-2029-cu illər üçün UNESCO-nun İcraiyyə Şurasının, 2026-2028-ci illər üçün ECOSOC-un qeyri-daimi üzvlüyünə namizədliyi, Azərbaycanın 2025-2029-cu illər üçün UNESCO-nun Ümumdünya İrs Komitəsinə və həmin illərdə BMT-HABITAT-ın İcraiyyə Şurasının üzvlüyünə namizədliyi alqışlanır.

Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı professor Əziz Sancarın Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına “Türk dünyasının birliyinə töhfələrinə görə” beynəlxalq mükafatının verilməsi yüksək qiymətləndirilir.

Üzv dövlətlərin Türk dövlətləri arasında qarşılıqlı anlaşma, həmrəylik və ortaq gələcəyə yardım etmək məqsədi daşıyan mədəni və humanitar əlaqələrin gücləndirilməsinin vacib elementi kimi gənclərlə bağlı məsələlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və strukturlaşdırılması niyyəti ifadə olunur, TDT çərçivəsində gənclər və idman sahəsində mübadilə proqramlarının qabaqcıl nailiyyətləri, Qazaxıstanın Aktau şəhərinin TÜRKSOY-un təşəbbüsü ilə 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi təqdir olunur. Eyni zamanda, Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmaq üçün müraciəti dəstəklənir.

Sənəddə silahlı münaqişələr zamanı mədəni irsin qorunmasının vacibliyi vurğulanır, münaqişədən sonra mədəni irsin bərpasında Türk dövlətlərinin səyləri təqdir edilir.

Mədəniyyətlərarası körpü və ümumbəşəri dəyərlərin rəmzi kimi çıxış edən Novruzun transmədəni mahiyyəti ifadə edilərək, Türk mədəniyyətinin dərin zənginliyini və Türk xalqlarının ortaq dəyərlərini gələcək nəsillərə ötürmək əzmi bir daha vurğulanır, Azərbaycanın və TDT-yə üzv dövlətlərin, həmçinin Türkiyə Prezidentinin təşəbbüsü ilə Novruz bayramının Təşkilat çərçivəsində qeyd olunması barədə Katibliyə tapşırıq verilir.

Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu yüksək qiymətləndirilir.

Həmçinin Əfqanıstan üzrə Birgə Bəyanatın qəbul edilməsinin vacibliyi vurğulanır.

TDT-yə üzv dövlətlərin başçıları Macarıstanın Baş naziri Viktor Orbana Türk dünyasının həmrəyliyinə və rifahına verdiyi töhfələrə, habelə təşkilatın Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşünə, Macarıstan hökumətinin və xalqının səmimi qonaqpərvərliyinə görə təşəkkürünü bildiriblər.

Bəyannamə Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanıb.

14:35
Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Budapeşt Bəyannaməsi qəbul edilib.

azturktv.az xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında danışıb.

O qeyd edib ki, bu gün TDT liderləri gələcəyə baxan və hərtərəfli sənədi imzalamaqla növbəti əməkdaşlıq mərhələsi üçün ortaq baxışı rəsmiləşdirdilər:

“Sənəd gücləndirilmiş ticarət, gömrük prosedurlarının uyğunlaşdırılması və Orta Dəhlizlə Transxəzər marşrutları boyunca müasir infrastrukturun inkişafı vasitəsilə regional iqtisadi inteqrasiyanı həyata keçirmək üçün konkret yol xəritəsi təqdim edir”.

Baş katib onu da bildirib ki, Bəyannamədə həmçinin texnoloji əməkdaşlığa, o cümlədən rəqəmsallaşma, transformasiya, kritik xammal resursları, birgə elmi tədqiqat və innovasiyalara xüsusi önəm verilir:

“Ətraf mühitin davamlılığı əsas prioritet olaraq qalır. Bəyannamədə yaşıl enerji dəhlizləri sahəsində gələcək irəliləyişin vacibliyi vurğulanır. Həmçinin regional təhlükəsizliyin təmin edilməsi, beynəlxalq hüququn qorunması və Əfqanıstandakı vəziyyət kimi təcili geosiyasi məsələlərdə koordinasiyalı səylərin əhəmiyyəti qeyd olunur”.

Oxşar Xəbərlər

backend
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB-4
21.05.25 20:44
gundem / siyaset
backend
Şuşada TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü: İlham Əliyev tədbirdə çıxış edib
6.07.24 23:19
gundem / siyaset
backend
Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının baş katibini qəbul edib - YENİLƏNİB
8.02.24 20:38
gundem / siyaset
backend
Gələn il Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi toplantısı keçiriləcək
3.11.23 19:59
gundem / siyaset
backend
Ankarada TDT-nin Fövqəladə Zirvə Toplantısı keçirilib - YENİLƏNİB
16.03.23 20:24
gundem / siyaset

XƏBƏR LENTİ

21:13 Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
21:00 Ərdoğan bir sıra ölkələrə səfirlər təyin edib
20:51 İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib
20:43 İsrail İrana qarşı genişmiqyaslı zərbələr dalğasına başlayıb
20:24 "Hizbullah" İsrail hərbi bazasına zərbə endirdiyini bildirib
20:13 Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər - YENİLƏNİB-2
19:57 XİN: Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib
19:47 Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini qəbul edib
19:26 Efiopiyanın Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
19:12 Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki hərbi eskalasiyanı müzakirə edib
19:03 Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
18:58 Sahibə Qafarova BƏƏ Federal Milli Şurasının sədri ilə regiondakı prosesləri müzakirə edib
20:32 Hakan Fidan Ankaranın Türkiyə və Azərbaycana hərbi hücumlarla bağlı ciddi narahatlığını ifadə edib
20:28 İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib
20:26 Pezeşkian: Bir sıra ölkələr Yaxın Şərqdəki münaqişənin həlli üçün vasitəçilik təklif ediblər
20:24 Ərdoğan İtaliyanın Baş naziri ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
20:22 Türkiyədən beş ölkəyə uçuşların təxirə salınması müddəti uzadılıb
20:20 İsrailin Tehran və İsfahana 15-ci hücum dalğası başlayıb
20:18 İsrail ordusu Beyrutda "Hizbullah"ın hərbi infrastrukturuna zərbələr endirib
20:14 Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib
20:11 Heydər Əliyev Sarayında "Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub
20:09 Əli Əsədovla Cevdet Yılmaz İranın dron hücumlarını müzakirə edib
20:06 Moldova Baş nazirinin müavini Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
20:04 Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu qınayıb
20:01 ƏTİT Baş direktoru TÜRKPA Baş katibi ilə görüşüb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
7.03.26 21:13
Ərdoğan bir sıra ölkələrə səfirlər təyin edib
7.03.26 21:00
İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib
7.03.26 20:51
İsrail İrana qarşı genişmiqyaslı zərbələr dalğasına başlayıb
7.03.26 20:43
"Hizbullah" İsrail hərbi bazasına zərbə endirdiyini bildirib
7.03.26 20:24
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər - YENİLƏNİB-2
7.03.26 20:13
backend
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
7.03.26 21:13
Ərdoğan bir sıra ölkələrə səfirlər təyin edib
7.03.26 21:00
İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib
7.03.26 20:51
İsrail İrana qarşı genişmiqyaslı zərbələr dalğasına başlayıb
7.03.26 20:43
"Hizbullah" İsrail hərbi bazasına zərbə endirdiyini bildirib
7.03.26 20:24
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər - YENİLƏNİB-2
7.03.26 20:13
backend
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
7.03.26 21:13
Ərdoğan bir sıra ölkələrə səfirlər təyin edib
7.03.26 21:00
İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib
7.03.26 20:51
İsrail İrana qarşı genişmiqyaslı zərbələr dalğasına başlayıb
7.03.26 20:43
"Hizbullah" İsrail hərbi bazasına zərbə endirdiyini bildirib
7.03.26 20:24
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər - YENİLƏNİB-2
7.03.26 20:13

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.