• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
14.05.25 19:52
gundem / siyaset

Səbinə Əliyeva İƏT Ombudsmanlar Assosiasiyasının iclasında iştirak edib


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İranda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) İdarə Heyətinin iclasında və Assosiasiyanın Baş Assambleyasında iştirak edib.

azturktv.az xəbər verir ki, tədbirlərdə çıxışı zamanı Ombudsman Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilən fəaliyyətlərdə fəal şəkildə iştirak etdiyini, bir sıra mühüm qlobal tədbirlərə ev sahibliyi etdiyini bildirib.

Müvəkkil ötən il Assosiasiya çərçivəsində üzv təsisatlar arasında əlaqələrin gücləndirilməsi və birgə fəaliyyətin artırılmasından məmnunluqla bəhs edib, əhalinin həssas qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təşviqi istiqamətində işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Ombudsmanının mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi üzrə həyata keçirdiyi fəaliyyəti, eləcə də təsisatın ötən müddətdə fəaliyyəti barədə məlumat verən Səbinə Əliyeva əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlərdən, əldə olunmuş müsbət təcrübədən bəhs edib.

Müasir dövrün mühüm problemlərindən biri kimi məcburi miqrasiyanı xüsusi qeyd edən Səbinə Əliyeva Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma torpaqlarından zorla qovularaq qaçqın düşdüyünü və onların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu bildirib.

Ombudsman həmin şəxslərin hüquqlarının müdafiəsi və doğma torpaqlarına qayıdışının təmini istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Müvəkkil Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların insanların həyat və sağlamlıqlarının itirilməsinə səbəb olduğunu, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıdışı və təhlükəsiz yaşaması üçün ciddi təhdid yaratdığını, basdırılmış minaların dəqiq xəritələrinin hələ də ölkəmizə təhvil verilmədiyini bildirib.

Ombudsman bununla bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə müraciət etdiyini, bu problemin həlli istiqamətində əməli tədbirlərin görülməsi ilə bağlı çağırışlar edildiyini, lakin bu günədək hər hansı bir nəticənin əldə olunmadığını vurğulayıb.

İƏT OA çərçivəsində cari ildə məcburi miqrasiyaya dair maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini vurğulayan Ombudsman bu təşəbbüslərin insan hüquqlarının qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Tədbirlərdə Assosiasiyaya üzv ölkələrin ombudsman və milli insan hüquqları təsisatları arasında əməkdaşlığın artırılmasının vacibliyi diqqətə çatdırılıb, qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılıb.

Ombudsman, həmçinin beynəlxalq media nümayəndələrinə, eləcə də İran İslam Respublikasının yerli media nümayəndələrinə müsahibələr verib, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Oxşar Xəbərlər

backend
Ombudsman Ankarada Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbirində iştirak edib
24.02.25 20:21
gundem / siyaset
backend
Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib
24.11.24 19:32
gundem / siyaset
backend
Ombudsman Ciddədə İƏT MDİHK-nin 24-cü sessiyası çərçivəsində tematik müzakirələrdə iştirak edib
24.11.24 19:26
gundem / siyaset
backend
Ombudsman Aparatında türkiyəli professor İlber Ortaylı ilə görüş keçirilib
2.11.24 20:14
gundem / siyaset
backend
Səbinə Əliyeva: Əməkdaşlarımız Penitensiar Xidmətin müəssisələrində də səsvermənin gedişini izləyəcəklər
12.08.24 20:00
gundem / siyaset

XƏBƏR LENTİ

21:33 Hakan Fidan: Qəzzada atəşkəslə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub
21:30 HƏMAS Qətər və Türkiyənin Misirdəki danışıqlara qoşulmasını alqışlayır
21:24 Azıx mağarası ilə bağlı ingilis dilində nəşr edilmiş kitabın təqdimat mərasimi keçirilib
21:18 Gəncə stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib - YENİLƏNİB
21:09 I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
21:05 Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
20:57 Azərbaycan Almaniya ilə maliyyə əməkdaşlığının genişləndirilməsini müzakirə edib
20:51 Əbdüssalam Əl-Murşidi: "Azərbaycanla əməkdaşlıq qabaqcıl texnologiyalara çıxış imkanı yaradır"
20:44 Azərbaycan Prezidenti Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə təşəkkür edib
20:40 Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşüb
20:35 Azərbaycan və İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:30 Onların Azərbaycana səfərləri başa çatdı - Fotolar
20:25 Gürcüstanın dövlət naziri Azərbaycana səfər edəcək
20:23 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi
20:17 TDT-nin 12-ci Zirvə görüşü çərçivəsində Qəbələ bəyannaməsi imzalanıb
19:53 Xırdalanda yaşayış kompleksində yanğın olub, sakinlər təxliyə edilib
19:49 Bu gün Beynəlxalq Müəllimlər Günüdür
19:47 Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb
19:45 Sabah külək güclənəcək, çiskin olacaq
19:40 Prezident İlham Əliyev Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
19:38 Cəbrayıl şəhərinin azad olunmasından 5 il ötür
19:34 Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqları artırılıb
19:31 Azərbaycanın Türkiyədəki səfirliyinə yeni müşavir təyin edilib
20:13 Prezident həmkarlarını təbrik etdi - Yenilənib
20:07 Ərdoğan və Tramp arasında telefon danışığı olub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan: Qəzzada atəşkəslə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub
8.10.25 21:33
HƏMAS Qətər və Türkiyənin Misirdəki danışıqlara qoşulmasını alqışlayır
8.10.25 21:30
Azıx mağarası ilə bağlı ingilis dilində nəşr edilmiş kitabın təqdimat mərasimi keçirilib
8.10.25 21:24
Gəncə stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib - YENİLƏNİB
8.10.25 21:18
I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
8.10.25 21:09
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
8.10.25 21:05
backend
Hakan Fidan: Qəzzada atəşkəslə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub
8.10.25 21:33
HƏMAS Qətər və Türkiyənin Misirdəki danışıqlara qoşulmasını alqışlayır
8.10.25 21:30
Azıx mağarası ilə bağlı ingilis dilində nəşr edilmiş kitabın təqdimat mərasimi keçirilib
8.10.25 21:24
Gəncə stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib - YENİLƏNİB
8.10.25 21:18
I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
8.10.25 21:09
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
8.10.25 21:05

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.