• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
6.05.25 21:27
gundem / siyaset

Azərbaycan-Türkiyə Milli Müdafiə Universitetləri arasında Yüksək Dialoq tədbiri keçirilib








MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Mayın 6-da Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü münasibətilə Azərbaycan-Türkiyə Milli Müdafiə Universitetləri (MMU) arasında "Təlim-Tədris Prosesinin Təkmilləşdirilməsi üzrə Yüksək Dialoq" tədbiri keçirilib. Tədbirdə hər iki ölkənin MMU rektorları, baş idarə, idarə rəisləri, təhsil müəssisələrinin rəhbərləri, zabitlər və professor-müəllim heyəti iştirak ediblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin institutun ərazisində ucaldılmış abidəsi və şəhidlərin memorial kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Heydər Əliyev adına Hərbi İnstitutun klubunda davam edən tədbirin rəsmi hissəsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və hər iki ölkənin suverenliyi və azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov tədbir iştirakçılarını salamlayıb, Azərbaycan-Türkiyə MMU-ları arasında hərbi təhsil sahəsində Yüksək Dialoq tədbirinin keçirilməsini əlamətdar hadisə adlandırıb və bu gün qardaş Türkiyə heyətinin bu tədbirdə iştirakını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iki strateji tərəfdaş dövlətin inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasətin, strateji müttəfiqlik münasibətlərinin hərbi təhsil sahəsində təzahürü olduğunu xüsusi vurğulayıb. Hərbi qulluqçuların, xüsusilə də zabitlərin hazırlığının aktual məsələlərini müzakirə etmək üçün təhsil müəssisələri və qoşun növlərini bir araya gətirən bu yanaşmanın Türkiyə təcrübəsi əsasında Azərbaycan Ordusunda ilk dəfə tətbiq olunduğunu qeyd edən general-mayor G.Əbdülov, son illərdə keçirilən görüşlərin, təşkil olunan tədbirlərin hər iki qardaş ölkə üçün hərbi təhsil sahəsində öz səmərəliliyi ilə seçildiyini qeyd edib.

Daha sonra çıxış edən Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu Azərbaycan və Türkiyənin uzun illərdir davam etdirdiyi və bu gün dövrünün ən pik çağlarını yaşayan əməkdaşlığın müəyyən hissəsi olan hərbi təhsil sahəsində əldə olunan innovativ yeniliklərin tətbiqini iki ölkə arasındakı qardaşlıq bağlarının, sarsılmaz əlaqələrin göstəricisi olduğunu qeyd edib.

Sonda tədris prosesinin təkmilləşdirilməsi üzrə işçi qruplar tərəfindən plana uyğun fəaliyyətlər icra olunub.

Oxşar Xəbərlər

backend
Qvineya-Bisau Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
27.02.25 20:39
gundem / siyaset
backend
Baş Qərargah rəisi Türkiyənin milli müdafiə naziri ilə görüşüb - YENİLƏNİB + FOTO
11.09.23 19:31
gundem / siyaset
backend
Zakir Həsənov Ankarada Heydər Əliyev Parkını ziyarət edib - YENİLƏNİB + FOTO
30.08.23 20:31
gundem / siyaset
backend
Pakistan HDQ komandanı Hərbi İnstitutu və N hərbi hissəsini ziyarət etdi - FOTO
3.12.22 19:23
gundem / siyaset
backend
Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirildi - FOTO
25.09.22 21:09
gundem / cemiyyet

XƏBƏR LENTİ

20:52 Bir qrup incəsənət xadiminə Azərbaycan Prezidentinin mükafatı veriləcək
20:47 Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
20:45 İlham Əliyev: Bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb
20:41 Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib
20:37 Sahibə Qafarova vyetnamlı həmkarını Azərbaycana səfərə dəvət edib
22:34 Putin və Netanyahu arasında telefon danışığı baş tutub
22:28 İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib
22:24 Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb
22:19 Mərakeşin xanım Şahzadəsi Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub
22:14 Azərbaycanın iki güləşçisi Türkiyədə keçirilən yarışda medal qazanıb
22:09 "Baku Open-2025" Beynəlxalq Şahmat Festivalının medalçıları mükafatlandırılıb
22:07 Baş Prokurorluqda media subyektləri və gənclərin iştirakı ilə tədbir keçirilib
21:59 Ərdoğan "Haber Global"a mükafat təqdim edib
21:55 Ağdaşda piyada ölümü ilə nəticələnən avtoqəza olub
21:52 Hikmət Hacıyev Medianın İnkişafı Agentliyində media subyektlərinin rəhbərləri ilə görüşüb
21:47 Güclü yağış Bakı-Şamaxı yolunda avtomobillərin hərəkətində maneə yaradıb
21:44 Türkiyə ADB-nin regional üzvü olub
21:39 Azərbaycan və Pakistan arasında gömrük sahəsində Anlaşma Memorandumu təsdiqlənib
21:33 Azərbaycan Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verib
21:30 Belarus Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
21:27 Azərbaycan-Türkiyə Milli Müdafiə Universitetləri arasında Yüksək Dialoq tədbiri keçirilib
21:23 Azərbaycan-İran ikitərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər müzakirə olunub
21:19 Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurasının sədri ilə görüşüb
21:16 Belarusun Baş naziri Ağdamın Sarıcalı kəndində bərpa işlərinin gedişi ilə tanış olub
21:02 Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb - YENİLƏNİB - 2
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Bir qrup incəsənət xadiminə Azərbaycan Prezidentinin mükafatı veriləcək
8.05.25 20:52
Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
8.05.25 20:47
İlham Əliyev: Bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb
8.05.25 20:45
Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib
8.05.25 20:41
Sahibə Qafarova vyetnamlı həmkarını Azərbaycana səfərə dəvət edib
8.05.25 20:37
backend
Bir qrup incəsənət xadiminə Azərbaycan Prezidentinin mükafatı veriləcək
8.05.25 20:52
Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
8.05.25 20:47
İlham Əliyev: Bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb
8.05.25 20:45
Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib
8.05.25 20:41
Sahibə Qafarova vyetnamlı həmkarını Azərbaycana səfərə dəvət edib
8.05.25 20:37
Putin və Netanyahu arasında telefon danışığı baş tutub
6.05.25 22:34
backend
Bir qrup incəsənət xadiminə Azərbaycan Prezidentinin mükafatı veriləcək
8.05.25 20:52
Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
8.05.25 20:47
İlham Əliyev: Bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb
8.05.25 20:45
Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib
8.05.25 20:41
Sahibə Qafarova vyetnamlı həmkarını Azərbaycana səfərə dəvət edib
8.05.25 20:37
Putin və Netanyahu arasında telefon danışığı baş tutub
6.05.25 22:34

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.