• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
23.01.25 20:51
gundem / siyaset

Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib









MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyeva yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “İnnovasiya və əməkdaşlıq vasitəsilə dayanıqlılığın sürətləndirilməsi” mövzusunda tədbirdə iştirak ediblər.

azturktv.az xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva regiondakı ekoloji problemlərə toxunub, xüsusilə Xəzər dənizində ekoloji vəziyyətin təcili diqqətə ehtiyacı olduğunu bildirib. Qeyd edib ki, son 10 ildə Xəzər dənizinin səviyyəsinin kəskin azalması müşahidə olunur. O, Xəzərin dünyanın ən böyük gölü olduğunu və dünya göllərinin ümumi su ehtiyatlarının 40 faizindən çoxunu təşkil etdiyini vurğulayaraq, onun nadir ekosistemi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Xəzər dənizində müşahidə olunan problemlərin bir sıra canlıların, o cümlədən Xəzər suitisi, nərə və qızılbalıq kimi qiymətli balıq növlərinin populyasiyasına mənfi təsir etdiyini bildirib. Xüsusilə Xəzər suitilərinin sayının əhəmiyyətli dərəcədə azaldığını qeyd edib və bu növün qorunmasının vacibliyini vurğulayıb.

Həmçinin Xəzər dənizində müşahidə olunan kompleks problemlərin elmi şəkildə öyrənilməsi, monitorinqi və onların mümkün həlli yollarına dair təkliflərin irəli sürülməsi məqsədilə IDEA tərəfindən COP29-da təqdim olunan Xəzər Dənizi Tədqiqat Mərkəzinin yaradıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Mərkəzin regional əməkdaşlığı gücləndirməyə və Xəzər dənizinin gələcək davamlılığını təmin etməyə töhfə verəcəyi qeyd olunub.

Çıxışının yekununda Leyla Əliyeva Xəzər dənizinin nadir ekoloji sisteminin qorunması naminə davamlı monitorinq və təhlillərin aparılmasının, elmi tədqiqatların dəstəklənməsinin vacibliyini vurğulayaraq, beynəlxalq ekspertləri, tədqiqat mərkəzlərinin nümayəndələrini və digər maraqlı tərəfləri bu istiqamətdə birgə layihə və təşəbbüslərlə çıxış etməyə, əməkdaşlıq qurmağa çağırıb.

Qeyd edək ki, dövrün ən aktual problemlərinə innovativ həll yollarını araşdırmaq üçün uzaqgörən liderləri, innovatorları və maraqlı tərəfləri bir araya gətirən tədbirdə müxtəlif ölkələrdən müvafiq sahədə fəaliyyət göstərən təşkilatların yüksəksəviyyəli nümayəndələri çıxış ediblər.

Oxşar Xəbərlər

backend
Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb
15.11.24 20:38
gundem / medeniyyet
backend
Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO
10.02.24 21:18
gundem / medeniyyet
backend
Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında olub - FOTO
9.01.24 19:22
gundem / siyaset
backend
“Qızılağac Milli Parkı - Xəzər nağılı” sənədli filminin təqdimatı keçirilib - FOTO
31.12.23 21:09
gundem / medeniyyet
backend
Leyla Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
28.06.23 20:58
gundem / siyaset

XƏBƏR LENTİ

20:36 Hakan Fidan: İrandakı savaş dərhal dayandırılmalıdır
20:33 Türkiyə vətəndaşlarını İraqa səfər etməməyə çağırıb
20:31 BƏƏ-nin Füceyra limanı PUA hücumuna görə neft yükləmə əməliyyatlarını dayandırıb
20:29 Livanın Səhiyyə Nazirliyi: İsrailin zərbələri nəticəsində ölən tibb işçilərinin sayı 26 nəfərə çatıb
20:27 İrandan İsrailə raket buraxılışı qeydə alınıb
20:24 Əraqçi: İran enerji obyektlərinə qarşı istənilən hücuma cavab verəcək
20:21 Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə Trans-Xəzər və TRIPP layihələrini müzakirə edib
20:19 Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB-2
20:17 XIII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb - YENİLƏNİB
20:13 Prezidentin köməkçisi Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi ilə görüşüb
20:10 Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
20:07 Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatıb
20:53 Pezeşkian İran hökumətinin qarşısında duran iki əsas vəzifəni açıqlayıb
20:50 Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib - YENİLƏNİB
20:48 İsrail "Əl-Qərd əl-Həsən"in obyektlərinə və "Hizbullah"ın anbarlarına zərbələr endirib
20:45 İranda "Müqəddəs Qüds" günü yürüşü zamanı partlayış olub
20:42 ABŞ təyyarəsinin İraqda qəzaya uğraması nəticəsində bütün heyət üzvləri ölüb - YENİLƏNİB-3
20:38 Ceyhun Bayramov Türkiyəyə növbəti raket hücumunu qınayıb
20:32 Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentəriləri Qazaxıstana səfər ediblər
20:28 Əli Əsədov türkiyəli nazirlə iqlim dəyişikliklərini müzakirə edib
20:22 Əli Əhmədov: Son bir neçə ildə Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunur
20:17 Ceyhun Bayramov BMT-nin Cenevrədəki Ofisinin baş direktoru ilə görüşüb
20:13 XIII Qlobal Bakı Forumunun ikinci günü keçirilib - YENİLƏNİB
20:58 Tanınmış güləşçilər Xırdalanda şagirdlərlə görüş keçirib
20:55 Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan: İrandakı savaş dərhal dayandırılmalıdır
14.03.26 20:36
Türkiyə vətəndaşlarını İraqa səfər etməməyə çağırıb
14.03.26 20:33
BƏƏ-nin Füceyra limanı PUA hücumuna görə neft yükləmə əməliyyatlarını dayandırıb
14.03.26 20:31
Livanın Səhiyyə Nazirliyi: İsrailin zərbələri nəticəsində ölən tibb işçilərinin sayı 26 nəfərə çatıb
14.03.26 20:29
İrandan İsrailə raket buraxılışı qeydə alınıb
14.03.26 20:27
Əraqçi: İran enerji obyektlərinə qarşı istənilən hücuma cavab verəcək
14.03.26 20:24
backend
Hakan Fidan: İrandakı savaş dərhal dayandırılmalıdır
14.03.26 20:36
Türkiyə vətəndaşlarını İraqa səfər etməməyə çağırıb
14.03.26 20:33
BƏƏ-nin Füceyra limanı PUA hücumuna görə neft yükləmə əməliyyatlarını dayandırıb
14.03.26 20:31
Livanın Səhiyyə Nazirliyi: İsrailin zərbələri nəticəsində ölən tibb işçilərinin sayı 26 nəfərə çatıb
14.03.26 20:29
İrandan İsrailə raket buraxılışı qeydə alınıb
14.03.26 20:27
Əraqçi: İran enerji obyektlərinə qarşı istənilən hücuma cavab verəcək
14.03.26 20:24

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.