• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
18.12.24 20:24
gundem / iqtisadiyyat

Naxçıvanda Maliyyə Forumu keçirilib - YENİLƏNİB



Naxçıvanda Maliyyə Forumu keçirilib - YENİLƏNİB



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş maliyyə forumu keçirilib.

azturktv.az-nin yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvanın muxtariyyət və inkişaf tarixinə nəzər salıb.

Qeyd edib ki, Naxçıvan muxtariyyət qazandıqdan sonra 1970-ci ilə qədər məqsədli şəkildə inkişafdan kənarda saxlanılıb. Lakin Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə muxtar respublikanın həyatında yeni mərhələ başlanıb. Ulu Öndərin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi isə muxtar respublikanı növbəti işğal təhlükəsindən qoruyub, müstəqil dövlətçiliyimizin əsasları bu torpaqda işlənib hazırlanıb. Bu gün 100 illik muxtariyyət tarixini qeyd edən Naxçıvan Zəngəzur dəhlizinin açılması və Dövlət Proqramının icrası perspektivlərində daha böyük inkişaf və tərəqqiyə hədəflənib.Bu da müdrik dövlət xadimi, ölkə Prezidenti cənab İlham Əliyevin liderlik fəaliyyətinin nəticəsidir.

Son 2 ildə muxtar respublikada yeni idarəetmə metodunun tətbiqi sahəsində aparılan islahatların həm də maliyyə sektorunu əhatə etdiyini diqqətə çatdıran səlahiyyətli nümayəndə xüsusilə vurğulayıb ki, ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq maliyyə intizamının gücləndirilməsi, büdcənin düzgün tərtibi və icrası, yerli gəlirlərin artırılması və dotasiyanın azaldılması istiqamətində ardıcıl işlər aparılır. Əgər 2 il bundan öncə Naxçıvan Muxtar Respublikası büdcəsində yerli gəlirlər 20-25 faiz idisə, bu ilin sonunda yerli gəlirlərin həcmi 50 faizdən yüksək olacaqdır. Ötən 2 ildə muxtar respublikada dövlət satınalmalarının qanunvericiliyin tələblərinə uyğun tətbiqi sahəsində də sistemli iş aparılır ki, bu da dövlət vəsaitindən təyinata uyğun düzgün istifadəni təmin edir.

F.Nəcəfli maliyyə forumunda yeni hədəflərin müəyyənləşəcəyini və muxtar respublikada dövlət-maliyyə siyasətinin həyata keçirilməsi sahəsində faydalı olacağını bildirib, forumun işinə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə təbriklərini çatdıran Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkə başçısının maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı verdiyi tapşırıqların muxtar respublikanın inkişafı üçün hazırlanan strateji sənədlərdə də öz əksini tapdığını diqqətə çatdırıb. Qeyd edib ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın tədbirlər planında "Dövlət müəssisə və şirkətlərinin fəaliyyətində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi" bəndi nəzərdə tutulub.

V.Gülməmmədov vurğulayıb ki, ötən ildən muxtar respublikada aparılan audit və təhlillər bəzi sahələr üzrə irəliləyişlərin olduğunu göstərir. Belə ki, büdcənin icrası barədə və satınalmalara dair hesabatların əsasən vaxtında təqdim olunması, malların, iş və xidmətlərin "Dövlət satınalmaları haqqında" Qanunda göstərilmiş prosedur və metodlar tətbiq olunmaqla alınmasının genişləndirilməsi, əmtəəsiz alış əməliyyatlarının azalması kimi bir çox istiqamətlərdə müsbət dəyişikliklər qeydə alınıb. Bununla belə dövlət auditinin nəticələri hələ də təkmilləşdirilməli sahələrin olduğunu göstərir.

Hesablama Palatasının sədri rəhbərlik etdiyi qurumun 2021-2025-ci illəri əhatə edən Strateji Planında hədəflərdən birinin də maraqlı tərəflərlə əməkdaşlığın genişləndirilməsi olduğunu vurğulayıb. Qeyd edib ki, bu hədəf üzrə görüləcək ən vacib tədbirlər sırasında dövlət orqanları üçün dövlət maliyyəsinin müxtəlif sahələrində təlimlərin keçirilməsi ilə dəstəyin verilməsidir. Gələcəkdə muxtar respublikada fəaliyyət göstərəcək kadr potensialının gücləndirilməsi üçün Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa başlanılıb. Növbəti ildən "Dövlət auditi" proqramı üzrə praktik təlimlər keçiriləcəkdir.

Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azər Bayramov çıxışında qeyd edib ki, son 22 ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin həcmi 13,2 dəfə artaraq 539,3 milyon manata çatıb. Bununla yanaşı muxtar respublikanın büdcəsinin öz gəlirləri 16,5 dəfə artaraq 202,8 milyon manata yüksəlib. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda icrası planlaşdırılan tədbirlərin maliyyə təminatı məqsədilə Milli Məclis tərəfindən qəbul edilən gələn ilin dövlət büdcəsində 150 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Gələn il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən muxtar respublikaya ayrılan dotasiya 285,7 milyon manat təşkil edəcəkdir. Naxçıvan Muxtar Respublikasının öz gəlirləri isə 219,5 milyon manat proqnozlaşdırılır.

Maliyyə nazirinin müavini bildirib ki, bu il Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Naxçıvan Xəzinədarlıq İdarəsi yaradılıb. Artıq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 15-dən çox mərkəzi icra hakimiyyəti orqanının yerli bölmələrinə xəzinə xidmətlərinin göstərilməsi sözügedən idarə tərəfindən həyata keçirilir. Ümumilikdə idarə tərəfindən il ərzində 500 milyon manatdan çox məbləğdə vəsait üzərində xərc əməliyyatlarının aparılması nəzərdə tutulur. Bununla yanaşı hazırda, muxtar respublikanın dövlət Xəzinədarlığın İnformasiya İdarəetmə Sisteminə və Büdcə Məlumat İdarəetmə Sisteminə qoşulması istiqamətində işlər aparılır.

Forum maliyyə və vergi istiqamətləri üzrə panel müzakirələrlə öz işini davam etdirib.

Qeyd edək ki, muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının, iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxslərinin iştirak etdiyi maliyyə forumunun məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə işi aparmaqdır.

12:44
Bu gün Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş Maliyyə Forumu öz işinə başlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, Forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, maliyyə nazirinin müavini Azər Bayramov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər, muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri, iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri iştirak edir.

Tədbir çərçivəsində rəsmi çıxışlar, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş videoçarxın təqdimatı və panel müzakirələr nəzərdə tutulub.

Qeyd edək ki, Maliyyə Forumunun əsas məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə və məlumatlandırmadan ibarətdir.

Oxşar Xəbərlər

backend
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
25.04.24 22:14
gundem / siyaset
backend
Naxçıvan Muxtar Respublikasının 100 illik yubiley loqotipi təsdiq olunub
9.02.24 21:15
gundem / cemiyyet
backend
Naxçıvanda nazir və müavini vəzifəsindən azad edildilər
20.05.23 20:34
gundem / siyaset
backend
İlham Əliyev Naxçıvana təyin etdiyi nümayəndəyə TAPŞIRIQLAR VERDİ
22.12.22 20:57
gundem / siyaset
backend
İlham Əliyevdən Naxçıvan Muxtar Respublikası ilə bağlı FƏRMAN
22.12.22 20:33
gundem / siyaset

XƏBƏR LENTİ

21:02 Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır
20:58 Pakistanda məscid yaxınlığında törədilən terrorda ölənlərin sayı 31-ə çatıb
20:55 Qırğızıstan Prezidentinin ABŞ-yə səfəri başlayıb
20:51 İran və Oman Hörmüzdə təhlükəsiz marşrutla bağlı razılığa gəlib
20:49 İCESCO-nun ofis direktoru: Üzeyir bəy yaradıcılığı bütün dünyaya bir daha sübut edir ki, musiqinin dili olmur
20:47 Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
20:43 Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilib - YENİLƏNİB
20:40 Azərbaycan boksçuları Qazaxıstanda keçirilən turnirdə üç medal qazanıblar
20:36 Məktəb direktorlarının işə qəbul mexanizmləri təkmilləşdiriləcək
20:33 Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
20:29 Azərbaycanda gömrük daxilolmalarının gələn il gözlənilən strukturu açıqlanıb
20:26 İlham Əliyev neft sənayesi işçilərini təltif edib
20:23 Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
20:20 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
20:17 Türkiyə MMN-dən Azərbaycana: "Birlikdə güclü, birlikdə qardaşıq"
20:14 Səbinə Əliyeva: Erməni əsilli məhbusların hüquqlarının pozulması ilə bağlı xəbərlər qərəzli siyasi məqsəd daşıyır
20:09 XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
20:06 Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyasının açılışı olub
21:28 Mustafa Çiftçi: Türkiyə Suriya, İran və İraqla terrorsuz bölgə mexanizmi yarada bilər
21:26 Pakistanda məscid yaxınlığında baş vermiş terror aktında ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB
21:22 Vaşinqton və Varşava Polşada ABŞ bazası yaratmaq barədə razılığa gəlib
21:20 Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 67 şübhəli həbs edilib
21:17 Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək
21:15 Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
21:11 Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır
19.09.26 21:02
Pakistanda məscid yaxınlığında törədilən terrorda ölənlərin sayı 31-ə çatıb
19.09.26 20:58
Qırğızıstan Prezidentinin ABŞ-yə səfəri başlayıb
19.09.26 20:55
İran və Oman Hörmüzdə təhlükəsiz marşrutla bağlı razılığa gəlib
19.09.26 20:51
İCESCO-nun ofis direktoru: Üzeyir bəy yaradıcılığı bütün dünyaya bir daha sübut edir ki, musiqinin dili olmur
19.09.26 20:49
Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
19.09.26 20:47
backend
Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır
19.09.26 21:02
Pakistanda məscid yaxınlığında törədilən terrorda ölənlərin sayı 31-ə çatıb
19.09.26 20:58
Qırğızıstan Prezidentinin ABŞ-yə səfəri başlayıb
19.09.26 20:55
İran və Oman Hörmüzdə təhlükəsiz marşrutla bağlı razılığa gəlib
19.09.26 20:51
İCESCO-nun ofis direktoru: Üzeyir bəy yaradıcılığı bütün dünyaya bir daha sübut edir ki, musiqinin dili olmur
19.09.26 20:49
Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
19.09.26 20:47

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.