• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
12.12.24 19:40
gundem / siyaset

Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür

Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür
MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümüdür.

azturktv.az-nin məlumatına görə, Ulu Öndərin vəfatından 21 il ötür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

Təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zaman rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Prezidenti seçilib.

1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. Həmin il dekabrın 12-də Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib.

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub. O, Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov adına mükafata layiq görülüb. Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanıb. 20 yanvar 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilib. 13 aprel 1999-cu ildə Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu - "Atatürk Sülh Mükafatına" layiq görülüb. 27 mart 1997-ci ildə isə Kiyevdə H.Əliyevə Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilib.

Ulu Öndər Azərbaycanda sosial rifahın bərbad vəziyyətdə olduğu, iqtisadiyyatın tənəzzülə uğradığı, vətəndaş qarşıdurmasının, eləcə də ermənilərlə müharibə şəraitinin hökm sürdüyü bir dövrdə hakimiyyətə gəlib. Bununla yanaşı dünyada Azərbaycana qarşı yürüdülən ikili standartlar ölkənin az qala müvazinətinin itirilməsinə səbəb olmuşdu. Bütün bunların fonunda Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməklə ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi.

Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə gələn zaman başlıca amalı Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından azad etmək olub. O, ölkə rəhbəri olduğu müddətdə müasir Azərbaycanın qurucusuna çevrildi və gördüyü işlərlə, yürütdüyü siyasətlə xalqın əbədi rəğbətini qazandı. Qarabağın, Şərqi Zəngəzurun azad olunması üçün səylərini əsirgəməyən mərhum lider Azərbaycanda davamlı siyasətin əsasını qoydu. Ömrünün 80-ci ilində dünyasını dəyişsə də, onun adı, siyasəti və dəsti xətti əbədiyaşar ideologiyaya çevrildi. Məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin davamı olaraq, bu gün Qarabağ da, Şərqi Zəngəzur da azaddır.

Ümummilli Llderin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev uzun illər işğal altında olan torpaqları azad etməklə Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirdi. Bununla da Ali Baş Komandanımız 30 illik erməni işğalına, məcburi köçkünlərin intizarına, yurd həsrətinə son qoymaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.

Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 29-da imzaladığı Sərəncamla Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Həmin il ərzində 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq, Azərbaycanda və ölkə hüdudlarından kənarda Ulu Öndərin xatirəsinə həsr olunan təbdirlər, beynəlxalq konfranslar keçirilib.

Oxşar Xəbərlər

backend
Naxçıvan şəhərinə yeni icra başçısı təyin edilib
4.11.24 19:56
gundem / siyaset
backend
Naxçıvan Baş nazirinin müavini vəzifəsindən azad edilib
24.09.24 20:03
gundem / siyaset
backend
XİN Heydər Əliyevin anım günü münasibəti ilə paylaşım edib - FOTO
12.12.23 18:56
gundem / siyaset
backend
Zərifə Əliyeva xatirələrdə
27.04.23 21:15
gundem / cemiyyet
backend
Cıdır düzünə Heydər Əliyevin imzasını çəkdilər
10.05.22 20:29
gundem / siyaset

XƏBƏR LENTİ

20:09 Fidan və İshaq Dar Trampın İrana qarşı əməliyyatların dayandırılması ilə bağlı bəyanatını müzakirə ediblər
20:05 Abbas Əraqçi və Hakan Fidan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
20:01 İsrail Ordusu Tehrandakı hökumət obyektlərinə zərbələr endirir
19:58 İran İsrail HHQ-nin "Təl-Nof" bazasına zərbələr endirib
19:56 İran parlamentinin sədri Tehranın Vaşinqtonla danışıqlar aparmadığını bildirib
19:52 Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
19:47 Azərbaycan XİN Pakistanı milli bayram münasibətilə təbrik edib
19:44 Prezident İlham Əliyev Şamaxıda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında iştirak edib
19:40 Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib
19:35 Pakistanın Bakıdakı səfirliyi ölkə müstəqilliyinin 79-cu ildönümünü qeyd edib
19:25 Si Cinpin Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik edib
19:21 Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib
19:18 İlham Əliyev: İslamabadda "ASAN xidmət"in açılması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir
19:15 İlham Əliyev Pakistanın Baş nazirinə təbrik məktubu göndərib
21:31 Türkiyə və Oman liderləri İranın bölgə ölkələrinə hücumlarını müzakirə ediblər
21:28 İraq bu gündən Türkiyəyə neft nəqlini bərpa edəcək
21:25 Əraqçi: Hörmüz boğazında naviqasiya qaydaları müharibədən sonra dəyişdiriləcək
21:21 İran BƏƏ-dəki Əl-Minhad hava bazasına raket zərbəsi endirib
21:18 İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
21:15 Pezeşkian: Xətib, Laricani və Nasirzadənin öldürülməsi bizi dərin matəmə qərq etdi - YENİLƏNİB
21:11 Pakistan və Əfqanıstan arasında hərbi əməliyyatlar beş gün müddətinə dayandırılır
21:08 İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
21:05 İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı minə yaxınlaşır
21:02 İlham Əliyev: Biz öz milli qürurumuzu bərpa etdik
20:58 İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Fidan və İshaq Dar Trampın İrana qarşı əməliyyatların dayandırılması ilə bağlı bəyanatını müzakirə ediblər
23.03.26 20:09
Abbas Əraqçi və Hakan Fidan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
23.03.26 20:05
İsrail Ordusu Tehrandakı hökumət obyektlərinə zərbələr endirir
23.03.26 20:01
İran İsrail HHQ-nin "Təl-Nof" bazasına zərbələr endirib
23.03.26 19:58
İran parlamentinin sədri Tehranın Vaşinqtonla danışıqlar aparmadığını bildirib
23.03.26 19:56
Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
23.03.26 19:52
backend
Fidan və İshaq Dar Trampın İrana qarşı əməliyyatların dayandırılması ilə bağlı bəyanatını müzakirə ediblər
23.03.26 20:09
Abbas Əraqçi və Hakan Fidan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
23.03.26 20:05
İsrail Ordusu Tehrandakı hökumət obyektlərinə zərbələr endirir
23.03.26 20:01
İran İsrail HHQ-nin "Təl-Nof" bazasına zərbələr endirib
23.03.26 19:58
İran parlamentinin sədri Tehranın Vaşinqtonla danışıqlar aparmadığını bildirib
23.03.26 19:56
Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
23.03.26 19:52
backend
Fidan və İshaq Dar Trampın İrana qarşı əməliyyatların dayandırılması ilə bağlı bəyanatını müzakirə ediblər
23.03.26 20:09
Abbas Əraqçi və Hakan Fidan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
23.03.26 20:05
İsrail Ordusu Tehrandakı hökumət obyektlərinə zərbələr endirir
23.03.26 20:01
İran İsrail HHQ-nin "Təl-Nof" bazasına zərbələr endirib
23.03.26 19:58
İran parlamentinin sədri Tehranın Vaşinqtonla danışıqlar aparmadığını bildirib
23.03.26 19:56
Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
23.03.26 19:52

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.