• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
18.11.24 19:32
gundem / siyaset

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov BHİK-nın baş katibi ilə görüşüb



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya səfər edən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) baş katibi Luk Trianql ilə görüşüb.

azturktv.az xəbər verir ki, görüşdə Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən, o cümlədən beynəlxalq əlaqələrindən, COP29-un gedişindən söz açılıb, qarşıda duran vəzifələr müzakirə olunub.

Konfederasiya sədri Sahib Məmmədov bildirib ki, Azərbaycanın yüksək peşəkarlıqla ev sahibliyi etdiyi COP29 şəffaf, qərəzsiz və inklüziv şəkildə keçir, tədbirin bütün aspektləri çərçivəsində dayanıqlılıq və həmrəylik tərənnüm olunur. O, COP29-un nəticələrinin ekoloji təsirlərin azalmasına, iqlim dəyişmələri ilə mübarizədə yüksək nəticələrin əldə olunmasına və geniş ictimai iştiraka gətirib çıxaracağını qonağın diqqətinə çatdırıb.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratiyanın bütün təzahürləri tam bərqərar olub, insan hüquq və azadlıqları, o cümlədən əmək hüquqları ən ali səviyyədə təmin edilir. Qeyd olunub ki, dövlətimiz tərəfindən həyata keçirilən kompleks tədbirlərin bilavasitə nəticəsidir ki, Azərbaycan vətəndaşlarının rifahı davamlı olaraq yüksəlir, əməkhaqları, müavinətlər və digər sosial ödənişlərin məbləğləri müntəzəm olaraq artırılır. Təbii ki, bunlar Azərbaycan həmkarlar ittifaqlarının güclənməsinə, azad və sərbəst fəaliyyətinə, əmək hüquqlarını daha effektiv şəkildə müdafiə etməsinə səbəb olur.

Konfederasiya sədri Azərbaycanda təhlükəsiz və layiqli əmək şəraitinin yaradılması istiqamətində atılan addımlardan da söz açıb, həmkarlar ittifaqları tərəfindən işçilərin sağlamlıqlarına göstərilən qayğını, normal istirahətləri üçün yaradılan şəraiti qeyd edib.

Həmçinin vurğulanıb ki, qurum fəaliyyətində beynəlxalq əməkdaşlığı prioritet hesab edir, əmək hüquqları sahəsində dünyanın mütərəqqi təcrübələrinin öyrənilməsi və tətbiqi istiqamətində iş aparır. Bu aspektdə BHİK ilə əməkdaşlığın faydalarından danışan Sahib Məmmədov münasibətlərin bundan sonra da genişləndirilməsi istiqamətində müvafiq addımlar atmaq, daha sıx təmaslar qurmaq niyyətində olduqlarını baş katibin nəzərinə çatdırıb.

BHİK-nın baş katibi Luk Trianql isə Azərbaycanda olmaqdan, COP29-da iştirak etməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, COP29 yüksək səviyyədə təşkil olunub və nəticələri iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə xeyli faydalı olacaq.

O, COP29 çərçivəsində BHİK və AHİK-in birgə təşkil etdiyi “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbirə də toxunub, burada aparılan müzakirələrin və bölüşülən uğurlu təcrübələrin həmkarlar ittifaqlarının ədalətli keçidlə bağlı fəaliyyətində əsas olacağını bildirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti ilə yaxından tanış olduğunu qeyd edən qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsinə maraq göstərdiklərini deyib.

Görüşdə həmçinin tərəfləri maraqlandıran digər istiqamətlər üzrə də geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.

Oxşar Xəbərlər

backend
Muxtar Babayev ATƏT-in baş katibi ilə görüşüb
13.07.24 21:47
gundem / iqtisadiyyat
backend
FIFA prezidenti COP29-a dəvət olunub - FOTO
7.05.24 20:58
gundem / idman
backend
COP29 prezidenti Kopenhagendə iqlim məsələləri üzrə dünya liderləri ilə görüşüb - FOTO
24.03.24 20:46
gundem / iqtisadiyyat
backend
Ceyhun Bayramov BMT rəsmisi ilə COP29-a hazırlıq işlərini müzakirə edib
1.02.24 20:46
gundem / siyaset
backend
İlham Əliyevə təbriklər gəlməkdə davam edir
27.12.22 20:34
gundem / siyaset

XƏBƏR LENTİ

22:30 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib
22:27 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb
22:24 Əliyevlə Ərdoğana simvolik hədiyyə edildi - FOTO
22:21 Prezident İlham Əliyev: "Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub"
22:18 Liderlər bayramı Həkəri sahilində qeyd edir
22:15 Liderlərin təkbətək görüşü keçirilib
22:12 Mehriban Əliyevadan Müstəqillik Günü təbriki - Foto
22:10 Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - FOTOLAR
22:04 Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirildi - Fotolar - Yenilənib
22:17 Kreml Putin-Fidan görüşünün bəzi detallarını açıqlayıb
22:12 İran Prezidenti Omanda səfərdədir
22:08 Mədəniyyət Nazirliyi 2024-cü ildə dövlət büdcəsindən ayrılmış vəsaitin 83 faizə yaxınını istifadə edib
22:05 Azərbaycan millisi Bursada toplanışa başlayıb
22:02 Azərbaycan stolüstü tennisçiləri Daşkənddə beynəlxalq yarışda iştirak edəcəklər
21:59 Ümumdünya Halal Standartları Günü ilə əlaqədar sahibkarlarla görüş keçirilib
21:56 Lisey və gimnaziyalara qəbul prosesinə dəyişikliklərə aydınlıq gətirilib
21:52 May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları bu gün ödənilib
21:48 Bu il ikinci Azərbaycan-İran biznes forumu da Bakıda keçiriləcək
21:44 Azərbaycanda apreldə maliyyə auditi müqavilələrinin 41 %-i könüllü bağlanıb
21:36 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİİTA-nın idmançı və məşqçi-müəllimləri ilə görüş olub
21:31 Laçında Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü keçirilib - YENİLƏNİB-2
21:26 Şahbaz Şərif: İlham Əliyevlə gözəl və sakit Laçın şəhərində görüşməkdən şərəf duydum
21:18 Əlcəzair Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb
21:13 Mixeil Kavelaşvili: Gürcüstan Azərbaycanın davamlı inkişafına verdiyi dəstəyə sadiq qalır
21:10 Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Prezident İlham Əliyevi təbrik edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib
29.05.25 22:30
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb
29.05.25 22:27
Əliyevlə Ərdoğana simvolik hədiyyə edildi - FOTO
29.05.25 22:24
Prezident İlham Əliyev: "Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub"
29.05.25 22:21
Liderlər bayramı Həkəri sahilində qeyd edir
29.05.25 22:18
Liderlərin təkbətək görüşü keçirilib
29.05.25 22:15
backend
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib
29.05.25 22:30
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb
29.05.25 22:27
Əliyevlə Ərdoğana simvolik hədiyyə edildi - FOTO
29.05.25 22:24
Prezident İlham Əliyev: "Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub"
29.05.25 22:21
Liderlər bayramı Həkəri sahilində qeyd edir
29.05.25 22:18
Liderlərin təkbətək görüşü keçirilib
29.05.25 22:15
backend
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib
29.05.25 22:30
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb
29.05.25 22:27
Əliyevlə Ərdoğana simvolik hədiyyə edildi - FOTO
29.05.25 22:24
Prezident İlham Əliyev: "Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub"
29.05.25 22:21
Liderlər bayramı Həkəri sahilində qeyd edir
29.05.25 22:18
Liderlərin təkbətək görüşü keçirilib
29.05.25 22:15

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.