• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
25.10.24 19:59
gundem / bolge

Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür.

azturktv.az xatırladır ki, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.

Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə bir şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.

Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2 010 m, Pirdağ-1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1 075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılıb. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.

Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir.

Oxşar Xəbərlər

backend
Hadrutun işğaldan azad olunmasından 4 il ötür
9.10.24 18:28
gundem / bolge
backend
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
4.10.24 20:27
gundem / bolge
backend
Qubadlı rayonunun Zilanlı kəndində birinci mərhələdə 159 ev tikiləcək – FOTO
4.05.23 21:12
gundem / siyaset
backend
Prezidentin xüsusi nümayəndəsi Qubadlı sakinlərinə görülən işlər barədə məlumat verib - FOTO
7.01.23 19:17
gundem / siyaset
backend
General Bərxudarov Əliyar Əliyevin məzarı önündə - FOTO
3.10.22 19:55
gundem / cemiyyet

XƏBƏR LENTİ

21:00 Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər
20:58 Rusiyanın Dnepropetrovsk vilayətinə zərbələri nəticəsində 4 nəfər ölüb
20:55 İran sərhədçiləri 382 min litr dizel daşıyan gəmini ələ keçirib
20:52 ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək
20:48 Almatıda Xalq rəssamı Lətif Kərimovun 120 illiyi münasibətilə sərgi açılacaq
20:46 Adil Kərimli Naxçıvanda vətəndaş qəbulu keçirəcək
20:44 Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
20:41 Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
20:38 Bakıda ustanı elektrik cərəyanı vurub
20:36 BŞTİ: XI sinif məzunlarından 42-si qızıl, 29-u gümüş nişana layiq görülüb
20:33 İcra Hakimiyyəti: Goranboyda sursat anbarında yanğından sonra sakinlərin evlərinə ziyan dəyməyib
20:30 Goranboy RİH: Yanğının genişlənməsinin qarşısının alınması üçün tədbirlər həyata keçirilib
20:27 Yasamalda 57 yaşlı kişi skuterdən yıxılaraq ölüb
20:25 Tibb işçilərinin əməyinə yüksək qiymət: Yeni islahat
20:20 Azərbaycan İspaniya bankı ilə investisiya layihələrinin maliyyələşdirilməsini müzakirə edib
20:14 Azərbaycanda daha 28 nəqliyyat vasitəsi özəlləşdirilib
20:11 İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
20:08 Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
20:05 İlham Əliyev Çinin Baş prokurorunu qəbul edib
20:00 Azərbaycan və Türkmənistan viza rejiminin sadələşdirilməsini müzakirə edib
19:55 Azərbaycan-Latviya münasibətləri müzakirə olunub
22:14 Ərdoğan Bişkekdə Putinlə görüşüb
22:12 Şahbaz Şərif dünya ölkələri üçün 3 əsas təhlükəni açıqlayıb
22:10 Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
22:07 Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər
2.09.26 21:00
Rusiyanın Dnepropetrovsk vilayətinə zərbələri nəticəsində 4 nəfər ölüb
2.09.26 20:58
İran sərhədçiləri 382 min litr dizel daşıyan gəmini ələ keçirib
2.09.26 20:55
ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək
2.09.26 20:52
Almatıda Xalq rəssamı Lətif Kərimovun 120 illiyi münasibətilə sərgi açılacaq
2.09.26 20:48
Adil Kərimli Naxçıvanda vətəndaş qəbulu keçirəcək
2.09.26 20:46
backend
Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər
2.09.26 21:00
Rusiyanın Dnepropetrovsk vilayətinə zərbələri nəticəsində 4 nəfər ölüb
2.09.26 20:58
İran sərhədçiləri 382 min litr dizel daşıyan gəmini ələ keçirib
2.09.26 20:55
ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək
2.09.26 20:52
Almatıda Xalq rəssamı Lətif Kərimovun 120 illiyi münasibətilə sərgi açılacaq
2.09.26 20:48
Adil Kərimli Naxçıvanda vətəndaş qəbulu keçirəcək
2.09.26 20:46

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.