• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
7.09.24 20:48
gundem / cemiyyet

Abşeron Milli Parkında Mavi Səma üçün Beynəlxalq Təmiz Hava Günü qeyd edilib

Abşeron Milli Parkında Mavi Səma üçün Beynəlxalq Təmiz Hava Günü qeyd edilib





MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu gün Beynəlxalq Mavi Səma üçün Təmiz Hava Günü ilə münasibətilə Abşeron Milli Parkında "Açıq qapı" günü elan edilib və maarifləndirici və əyləncəli tədbir keçirilib.

azturktv.az xəbər verir ki, tədbir çərçivəsində "Mavi səma, təmiz hava - bizi birləşdirən həllərə doğru" çağırışı ilə qaçış marafonu, veloyürüş, təlimlər, masterklass, viktorina, yoqa, musiqili proqram, rəsm çəkilişi, uşaq guşəsi kimi maraqlı və interaktiv proqramlar təşkil edilib.

Ziyarətçilərin diqqətinə çatdırılıb ki, 7 sentyabr - Mavi səma üçün təmiz hava günü hava keyfiyyətinin yaxşılaşdırılması, atmosferə atılan tullantıların azaldılması və cəmiyyətin bu mövzuda maarifləndirilməsi məqsədilə təsis olunub.

Tədbirdə jurnalistlərə açıqlama verən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bu günün 2020-ci ildən bütün dünyada, o cümlədən də Azərbaycanda da qeyd olunduğunu vurğulayıb.

Nazir müavini deyib ki, məqsəd qlobal iqlim dəyişmələrinə ictimaiyyətin diqqətinin artırılması və bu sahədə təşəbbüslərin dəstəklənməsidir:

"Bu məqsədlə Abşeron Milli Parkında qaçış yarışı keçirildi, həm atletlər, həm də əməkdaşlıq etdiyimiz qurumların nümayəndələri iştirak etdi. Bütün yaş kateqoriyalarından iştirakçılar var. Məqsədimiz cəmiyyəti havanın təmiz saxlanılması üçün həmrəyliyə dəvət etməkdir".

V.Kərimov xatırladıb ki, qlobal iqlim dəyişmələri dünyanın ən çox müzakirə olunan mövzularındandır:

"Qaçış yarışının məqsədi insanları piyada gəzintilərə təşviq etmək, qlobal iqlim dəyişikliklərinin təsirinin azaldılmasına töhfə verməkdir. Atmosferi tullantılarla çirkləndirən nəqliyyat vasitələrindən nə qədər az istifadə etsək, atmosfer havası da bir o qədər təmiz qalar".

Bu il Azərbaycanda COP29 tədbirinin keçiriləcəyini qeyd edən nazir müavini dünyanın 200-dən çox ölkəsindən 60-70 min iştirakçının bu tədbirə qatılacağını söyləyib:

"Düşünürük ki, həm qlobal istiləşməyə, həm də qlobal iqlim dəyişikliklərinin təsirinin azaldılmasına Bakıda keçiriləcək COP tədbirinin, müzakirə olunacaq məsələlərin və alınacaq qərarların müsbət təsiri olacaq. Bu tədbir də COP çərçivəsində görüləcək tədbirlərdən biridir" -V.Kərimov əlavə edib.

Tədbirin təşkilatçılarından olan Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov isə bildirib ki, Mavi səma üçün təmiz hava tədbirinin əsas məqsədi həm gəncləri, həm də könüllüləri idman və ayrı-ayrı ekoloji aksiyalar vasitəsilə ekoloji problemlərə yönəltməkdir:

"Gənclərlə ekoloji problemlərin həllində birgə fəaliyyətdə olmaq və bunun müsbət nəticələrini gələcək nəsillərə ötürmək niyyətindəyik.
Eyni zamanda ayrı-ayrı masterklasslar vasitəsilə gənclərimizə təbliğatlar göstərilib. Bunlar vasitəsilə maksimum çalışacağıq ki, həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə ekoloji problemlərin həllində gənclər fəal olsunlar".

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

22:18 Ərdoğan Ukraynanın yeni səfirini qəbul edib
22:16 Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olunub
22:14 ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
22:12 Rusiyanın yeni nəqliyyat naziri təyin edilib - YENİLƏNİB-2
22:10 İsrail aviasiyası Livanın şimalını bombalayıb
22:08 Vaqif Poeziya Günlərinin keçiriləcəyi şəhərlər açıqlanıb
22:06 Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyin olunub
22:02 Azərbaycan gimnastları beynəlxalq turnirdə uğurlu nəticələr göstəriblər
22:01 Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirilib
21:58 Zığ şosesinin yaxınlığında baş verən yanğın söndürülüb - YENİLƏNİB
21:55 Ötən tədris ilində 13 min 908 şagird məktəbi fərqlənmə ilə bitirib
21:51 Azərbaycanda evliliklərin davametmə müddəti açıqlanıb
21:48 Bakıda “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib
21:44 Ağdamda lift və eskalator istehsalı müəssisəsi yaradılacaq
21:40 Gürcüstan və Özbəkistan Orta Dəhliz üzrə qarşılıqlı fəaliyyəti müzakirə edib
21:38 Azərbaycan və Qazaxıstan Transxəzər marşrutu üzrə yükdaşımaların artırılmasını müzakirə edib
21:32 Pakistan XİN ECO-nun Xankəndi sammitində xoş münasibətə görə Azərbaycana təşəkkür edib
21:30 Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
21:27 İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib
21:24 Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib
21:21 Rövşən Rzayev vətəndaş qəbulu keçirib
21:17 İlham Əliyev Donald Trampa başsağlığı verib
22:09 Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
22:07 Almaniya Ukrayna SQ-yə 1 milyard avrodan çox ianə ayırıb
22:03 Tramp Koreya və Yaponiyanın bütün mallarına 25 % rüsum tətbiq edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan Ukraynanın yeni səfirini qəbul edib
8.07.25 22:18
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olunub
8.07.25 22:16
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
8.07.25 22:14
Rusiyanın yeni nəqliyyat naziri təyin edilib - YENİLƏNİB-2
8.07.25 22:12
İsrail aviasiyası Livanın şimalını bombalayıb
8.07.25 22:10
Vaqif Poeziya Günlərinin keçiriləcəyi şəhərlər açıqlanıb
8.07.25 22:08
backend
Ərdoğan Ukraynanın yeni səfirini qəbul edib
8.07.25 22:18
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olunub
8.07.25 22:16
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
8.07.25 22:14
Rusiyanın yeni nəqliyyat naziri təyin edilib - YENİLƏNİB-2
8.07.25 22:12
İsrail aviasiyası Livanın şimalını bombalayıb
8.07.25 22:10
Vaqif Poeziya Günlərinin keçiriləcəyi şəhərlər açıqlanıb
8.07.25 22:08

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.