• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
12.07.24 22:26
gundem / siyaset

Azərbaycan Prezidenti ilə Pakistanın baş naziri arasında geniş tərkibdə görüş keçirilib




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif görüşdə çıxış edərək dedi:

-Mənim çox əziz qardaşım Prezident Əliyev və nümayəndə heyətinizin hörmətli üzvləri. İcazə verin, Sizi və nümayəndə heyətinizi Pakistan hökuməti və xalqı adından bir daha səmimi-qəlbdən salamlayım. Astanadakı görüşümüzdən sonra Sizinlə bir daha görüşməkdən böyük şərəf və iftixar hissi duyuruq.

Telefon söhbəti zamanı ölkəmizə səfərə dəvətimi qəbul etdiyinizə görə Sizə olduqca minnətdaram. Siz dəvəti qəbul edərək, tez bir zamanda səfərin tarixini müəyyənləşdirdiniz. Sizi əmin etmək istəyirəm ki, Pakistan xalqı Sizi televiziyada və sosial mediada gördüyü üçün bu gün çox məmnundur. Onlar bilirlər ki, mənim əziz qardaşım Prezident Əliyev Pakistanı və Pakistan xalqını güclü dəstəkləyən şəxsdir. Azərbaycan xalqı Pakistan xalqını sevir. Qarşılıqlı olaraq Pakistan xalqı da Azərbaycan xalqına çox minnətdardır və onu sevir. Bu, sanki bir qəlbdə döyünən iki ürəkdir. Bu dostluq, qardaşlıq yeni deyil. O, onillikləri əhatə edir. Pakistan həmişə hər məsələdə Azərbaycanın yanında olub və Azərbaycan da hər zaman bütün hallarda Pakistanın yanında olub. İstər söhbət BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində təsbit edilmiş hüquqları ilə bağlı Kəşmir əhalisinə dəstəkdən və əlbəttə ki, istərsə də bir çoxlarının dəstəklədiyi referendum keçirmək hüququndan getsin. Pakistan Qarabağ məsələsində həmişə Azərbaycanın mövqeyini dəstəkləmişdir və heç vaxt dəstəyini dayandırmamışdır. Hesab edirəm ki, bu, bizim dostluq və qardaşlıq münasibətlərimizin gücüdür. Bu gün Sizin səfəriniz vəziyyəti dəyişdirəcək, münasibətlərimizi transformasiya edəcək.

Bizdə imzalanmalı müvafiq anlaşma memorandumları və sazişlər var. Elə indicə Siz mənə İslamabadın gözəlləşdirilməsi ilə bağlı tövsiyənizi verdiniz. Bu, Sizin Pakistana olan maraq və sadiqliyinizi nümayiş etdirir. Təşəkkür edirəm. Biz əlimizdən gələni edəcəyik. Sizin mütəxəssisləriniz əllərindən gələni edəcəklər. Lakin hesab etmirəm ki, biz şəhərimizi Sizin müdrik rəhbərliyinizlə olduğu kimi Bakı qədər gözəl edə bilərik.

Zati-aliləri, düşünürəm ki, mümkün və mənfəətli olan sahələrdə əməkdaşlıq və birgə investisiyalar istiqamətində irəliləməyin vaxtı çatıb. Mənim komandam hazırdır. Neft naziri doktor Musadik Malik haradadır? Mən təfərrüatı ilə hazırlaşmaq, həmkarlarına ən mənfəətli və hər iki ölkəyə, xalqa dividendlər gətirən təkliflər irəli sürməsi üçün onunla iki görüş keçirdim. Bu kontekstdə mən bir qədər əvvəl Azərbaycandan bu sahələrə müəyyən investisiyalar yatırılmasını təklif etdim. Bir şərtlə ki, Siz və komandanız onları ilkin olaraq 2 milyard dollardan başlayaraq təsdiqləyəsiniz və sonra biz həqiqətən də irəli gedə bilək.

Bundan əlavə, əlbəttə ki, Pakistanın xeyrinə böyük lütfünüzə - düyü ixracına görə mən necə təşəkkür etməyə bilərəm. Heç bir gömrük rüsumu yoxdur, düyü ixracı rüsumdan tamamilə azad olunub. Azərbaycandan başqa heç bir ölkə bunu etməyib. Məhz buna görə biz bu unikal əlaqələrdən bu qədər məmnunuq.

Zati-aliləri, mən daha bir neçə məqamı qeyd edərdim, lakin indi sözü Sizə verirəm.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

-Əziz qardaşım Baş nazir. İlk növbədə, dəvətə görə təşəkkür edirəm. Yenidən qardaş ölkə Pakistanda olmağa və Sizinlə fəal dialoqumuzu davam etdirməyə çox şadam. Biz beynəlxalq tədbirlər çərçivəsində, həmçinin ötən ilin iyununda Sizin Azərbaycana rəsmi səfəriniz zamanı dəfələrlə görüşmüşük. Sizin doğru olaraq qeyd etdiyiniz kimi, biz bir aydan az vaxt bundan əvvəl bir-birimizi Qurban bayramı münasibətilə təbrik edərkən bu səfərlə bağlı razılığa gəldik. Komandalarımız görüşə hazırlıq üçün gərgin və fəal şəkildə çalışdılar. O, yaxşı təşkil olunub. Biz əməkdaşlığımızın bir çox sahələrini əhatə edən 15 sənəd imzalayacağıq. Lakin Siz tamamilə haqlısınız, tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq. Biz əlbəttə, xatırlayırıq ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Bizim Cəmmu və Kəşmirlə bağlı mövqeyimiz yaxşı məlumdur. Biz İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəkləyirik və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq Sizin tərəfinizdədir, ədalət, beynəlxalq hüquq Sizin tərəfinizdədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ifadə edən və öz mövqeyini müdafiə edən ölkələrdən biridir. Biz ikitərəfli formatın geniş gündəliyini hazırladıq. Sahələrdən biri investisiya imkanlarıdır. Bu gün bir qədər əvvəl görüşümüz zamanı müzakirə etdiyimiz kimi, biz Pakistanda

11 iyul, 19:34

İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü keçirilib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Oxşar Xəbərlər

backend
İslamabadda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
12.07.24 22:06
gundem / siyaset
backend
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
17.06.24 21:37
gundem / siyaset
backend
Pakistanın baş naziri Prezident İlham Əliyevi təbrik edib
9.04.24 20:58
gundem / siyaset

XƏBƏR LENTİ

21:29 Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
21:13 Gürcüstanın yeni mədəniyyət naziri təyin edilib
21:10 Özbəkistanda dəyəri 4 milyard dollardan çox olan 120 layihə həyata keçiriləcək
21:07 Ankarada axtarışda olan FETÖ üzvü saxlanılıb
21:03 Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı başa çatıb
20:58 Atletika üzrə dünya çempionatı tarixdə ilk dəfə Afrikada keçiriləcək
20:55 Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var
20:51 İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilib
20:43 Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib
20:36 "AzərEnerji" Naxçıvanda 114 milyon manata yarımstansiya tikəcək
20:30 İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib
20:25 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
20:21 XİN: Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu
20:18 Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
20:14 Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib
20:11 İlham Əliyev: Şeyx Zayed adına olan mükafat mənim üçün çox böyük məna daşıyır
20:08 İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
20:02 Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib
19:57 İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - YENİLƏNİB
19:48 Yardımlı rayonunun İcra başçısı vəzifəsindən azad edilib
22:10 Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
22:00 Tokayev Cənubi Koreyada dövlət səfərindədir
21:47 Pakistanda partlayış nəticəsində 4 nəfər ölüb
21:39 Özbəkistan və Cənubi Koreya arasında 12 milyard dollarlıq yeni layihələr razılaşdırılıb
21:35 Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
15.09.26 21:29
Gürcüstanın yeni mədəniyyət naziri təyin edilib
15.09.26 21:13
Özbəkistanda dəyəri 4 milyard dollardan çox olan 120 layihə həyata keçiriləcək
15.09.26 21:10
Ankarada axtarışda olan FETÖ üzvü saxlanılıb
15.09.26 21:07
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı başa çatıb
15.09.26 21:03
Atletika üzrə dünya çempionatı tarixdə ilk dəfə Afrikada keçiriləcək
15.09.26 20:58
backend
Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
15.09.26 21:29
Gürcüstanın yeni mədəniyyət naziri təyin edilib
15.09.26 21:13
Özbəkistanda dəyəri 4 milyard dollardan çox olan 120 layihə həyata keçiriləcək
15.09.26 21:10
Ankarada axtarışda olan FETÖ üzvü saxlanılıb
15.09.26 21:07
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı başa çatıb
15.09.26 21:03
Atletika üzrə dünya çempionatı tarixdə ilk dəfə Afrikada keçiriləcək
15.09.26 20:58
backend
Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib
15.09.26 21:29
Gürcüstanın yeni mədəniyyət naziri təyin edilib
15.09.26 21:13
Özbəkistanda dəyəri 4 milyard dollardan çox olan 120 layihə həyata keçiriləcək
15.09.26 21:10
Ankarada axtarışda olan FETÖ üzvü saxlanılıb
15.09.26 21:07
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı başa çatıb
15.09.26 21:03
Atletika üzrə dünya çempionatı tarixdə ilk dəfə Afrikada keçiriləcək
15.09.26 20:58

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.