• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
6.07.24 23:09
gundem / tedbirler

Şuşada TDT XİN başçılarının iclası keçirilib


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanın Qarabağ torpağında baş tutan ilk yüksəksəviyyəli Zirvə toplantısı olduğunu bildirib. Deyib ki, Şuşada keçirilən ilk yüksəksəviyyəli toplantının doğma ailəmiz Türk Dövlətləri Təşkilatının tədbiri olması təbiidir:

"Məlum olduğu kimi, Zirvə görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən sayca üçüncü qeyri-rəsmi fövqəladə Zirvə görüşüdür. O, eyni zamanda, vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətinin ən əsas prioritetidir".

Sonra iclasın gündəliyi qəbul edilib.

Daha sonra iclasda gündəlikdəki məsələlərlə bağlı çıxışlar olub.

Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu çıxışında diqqətə çatdırıb ki, rəsmi Astana üzv ölkələrlə rəqəmsal texnologiyalar, mədəniyyət, infrastruktur, turizm, investisiyalar və bütün digər sahələrdə əlaqələri genişləndirməyi səbirsizliklə gözləyir.

"Ailəmiz böyük potensiala, resurslara malikdir və bizim ümumi məqsədlərimiz var. Qazaxıstan beynəlxalq nəqliyyat yolu, Şimal-Cənub Nəqliyyat Dəhlizi və "Bir kəmər, bir yol" Təşəbbüsü arasında sinerjinin qurulmasını yüksək qiymətləndirir və bütün üzv dövlətlərlə sıx əməkdaşlıq edir", - deyə o əlavə edib.

Murat Nurtleu, eyni zamanda, vurğulayıb ki, Qazaxıstan, Azərbaycan və Özbəkistan gələcəkdə yaşıl enerjinin Avropaya ixrac infrastrukturunun yaradılması istiqamətində mühüm layihələrin həyata keçirilməsində birgə addımlar atırlar.

"Ölkəmizin prioritetlərini və təşəbbüslərini dəstəklədiyiniz üçün Qazaxıstanın sədrliyi adından hamınıza minnətdarlığımı bildirirəm. Üzv dövlətlərin fəal iştirakı ilə biz yüksəksəviyyəli tədbirlər təşkil etmişik. Ölkələrimizin daimi nümayəndəliklərinin yaradılması və katibliyin ştatının artırılması birgə işimizin nəticəsidir. Bu yolda TÜRKPA, TÜRKSOY, Türk İnvestisiya Fondu, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası ilə sıx əməkdaşlığımız və koordinasiyamız xalqlarımızın çiçəklənməsinə töhfə verəcək", - deyə baş nazirin müavini vurğulayıb.

Yarandığı dövrdən səmərəli inkişaf yolu keçmiş Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə önəminin artmaqda olduğunu deyən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qeyd edib:

"Bu, eyni zamanda, təşkilata üzv və müşahidəçi dövlətlərin beynəlxalq arenada nüfuzunun, eləcə də iqtisadi potensialının genişlənməsinə xidmət edir. Zirvə görüşünün nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması mövzusu bugünkü reallığa uyğun seçilib. Məlum olduğu kimi, Azərbaycan bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək. Hesab edirəm ki, bu hadisəni türk dünyasının uğuru saymaq mümkündür. Belə ki, ilk dəfə olaraq bir türk dövləti belə mötəbər tədbirə ev sahibliyi edəcək. COP29-un təşkilində ilk olaraq qardaş ölkələrin dəstəyinə ümid edirik".

Nazir bildirib ki, bu gün dünyada baş verən hadisələr ətraf mühitə təsirsiz ötüşmür:

"Davamlı gələcək yalnız iqlim fəaliyyəti vasitəsilə sağlam planetimizi qorumaqla mümkün olacaq. Bu istiqamətdə də türk dövlətləri arasında əməkdaşlığa ehtiyac var. TDT-nin ekologiya və ətraf mühit sahəsinə məsul nazirlərinin platformasının yaranmasının zamanı artıq yetişib. Bununla yanaşı, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində təsirli birgə tədbirlərin görülməsi önəm kəsb edir. Bu mənada Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir".

C.Bayramov, həmçinin, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında ikitərəfli saziş layihəsinin imzalanması istiqamətində müzakirələr davam edir.

"Bu xüsusda 2024-cü il mayın 10-11-də iki ölkənin xarici işlər nazirləri arasında Almatıda keçirilmiş görüşə ev sahibliyi etdiyi üçün bir daha Qazaxıstana təşəkkürümüzü bildiririk. Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda Ermənistan və "Dağlıq Qarabağ"ın birləşməsinə çağıran Ermənistan Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasıdır. Azərbaycan dayanıqlı və davamlı sülhdə ən maraqlı tərəfdir", - deyə nazir vurğulayıb.

Oxşar Xəbərlər

backend
Şuşada TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü: İlham Əliyev tədbirdə çıxış edib
6.07.24 23:19
gundem / siyaset
backend
Prezident İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib
6.07.24 22:53
gundem / siyaset
backend
Türkiyə Prezidenti: “TDT-nin Zirvə toplantısının Şuşada keçiriləcəyindən xüsusi məmnunluq duyuram”
19.02.24 21:15
gundem / siyaset
backend
Gələn il Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi toplantısı keçiriləcək
3.11.23 19:59
gundem / siyaset
backend
Ankarada TDT-nin Fövqəladə Zirvə Toplantısı keçirilib - YENİLƏNİB
16.03.23 20:24
gundem / siyaset

XƏBƏR LENTİ

20:21 Ərdoğan İraqın Baş naziri ilə terrorizmə qarşı mübarizəni müzakirə edib
20:15 Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb
20:13 Azərbaycan və BMT mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə edib
20:10 Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib
20:07 Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib
20:04 Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
20:01 Keçən ay Azərbaycanda 3800 şəxsə əlillik təyin edilib
19:59 Şənbə günü 20 dərəcə isti olacaq - PROQNOZ
19:57 Səhiyyə Nazirliyi Ağdərədə uşaqlar üçün tibbi aksiya keçirib
19:54 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar artımla ödənilib
19:51 Ötən il Naxçıvanda 10 uşaq əməyi istismarı və 6 erkən nikahın qarşısı alınıb
19:47 Ötən il Azərbaycan Türkiyəyə 12 milyard kubmetrə yaxın qaz nəql edib
19:43 Qırmızı Bazarda torpağın əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbuluna başlanılır
19:40 Sabah Ordubadın üç kəndində işıq olmayacaq
19:37 Prezident İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb
19:33 Dövlət Xidməti yaranma gününü qeyd edib
19:30 İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb
19:25 Prezident İlham Əliyev Almaniyada səfərdədir
20:36 Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalanıb
20:34 İsrail Qəzza üzrə Sülh Şurasına qoşulub
20:32 Türkiyə ilə Yunanıstan Egey və Şərqi Aralıq dənizlərində mövqelərini müzakirə ediblər
20:30 Ağ Evdə Netanyahu və Trampın görüşü başlayıb
20:27 Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir
20:24 Pakistan Özbəkistan, Tacikistan və İrana yeni səfirlər təyin edib
20:22 Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan İraqın Baş naziri ilə terrorizmə qarşı mübarizəni müzakirə edib
13.02.26 20:21
Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb
13.02.26 20:15
Azərbaycan və BMT mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə edib
13.02.26 20:13
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib
13.02.26 20:10
Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib
13.02.26 20:07
Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
13.02.26 20:04
backend
Ərdoğan İraqın Baş naziri ilə terrorizmə qarşı mübarizəni müzakirə edib
13.02.26 20:21
Zelenski Münxendə Rza Pəhləvi ilə görüşüb
13.02.26 20:15
Azərbaycan və BMT mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə edib
13.02.26 20:13
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun növbəti matçı keçirilib
13.02.26 20:10
Azərbaycan çempionatı: Oğlan boksçular arasında yarımfinalçılar, qızlarda finalçılar müəyyənləşib
13.02.26 20:07
Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
13.02.26 20:04

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.