• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
6.07.24 22:56
gundem / siyaset

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Şuşa şəhərinin sakinləri ilə söhbət etdi:

Sakinlər: Cənab Ali Baş Komandan, necəsiniz? Haqqınız olan, haqqımız olan şəhərə xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun. Sizə alqışlar.

Sakinlər: Yaşasın Azərbaycan xalqı!

Prezident İlham Əliyev: Necə yaşayırsınız burada?

Sakinlər: Əla.

Kişi sakin: Cənab Prezident, 1982-ci ildə rəhmətlik Heydər Əliyev Şuşaya qışda gələndə yazmışdım: "Oğlumu göylərdə tutan el gördüm Şuşada". 2003-cü ildə Siz prezident seçkisinə gedəndə mətbuatda ilk dəfə canlı yayımda mən Sizi təbrik edərək demişəm:

"Yolun qarasında sına bəxtini,

Yolun adı elə ağdı Səninçün,

Şuşaya yolları sən dolanmasan,

Bu dünya ömürlük dağdır Səninçün".

Şükür ki, bu yolu dolandıq.

Prezident İlham Əliyev: Sağ olun. Necə yaşayırsınız burada, hər şey yaxşıdır?

Sakinlər: Allaha şükür.

Prezident İlham Əliyev: Allaha şükür.

Uşaqlar: İlham baba, biz Sizi çox istəyirik.

Prezident İlham Əliyev: Sağ olun. İndi qardaş ölkələrin rəhbərləri də gəlib Şuşaya, gözəl tədbir keçiriləcək.

Aydın Kərimov: Bu, bizim rəssam Rövşən müəllimdir.

Prezident İlham Əliyev: Salam Rövşən müəllim, yeni əsərlər var?

Rəssam Rövşən Bayramov: Var, var.

Qadın sakin: Buyurun, baxın.

Aydın Kərimov: Sərgilənmək üçün yer ayırmışıq.

Prezident İlham Əliyev: Oradan görürəm, eyvanda. Bu, yeni əsərdir?

Rəssam Rövşən Bayramov: Bəli.

Prezident İlham Əliyev: Ay maşallah, ilham gəlib sizə doğma Vətənə qayıdandan sonra?

Sakin: Merdinli məhəlləsidir.

Prezident İlham Əliyev: Gəl, qızım, gəl.

Şuşalı qız: Necəsiniz?

Prezident İlham Əliyev: Sağ ol, sən necəsən?

Şuşalı qız: Çox sağ olun, yaxşıyam.

Prezident İlham Əliyev: Gəl şəkil çəkdirək. Neçə yaşın var sənin?

Şuşalı qız: Mənim 15 yaşım var. Birini də bizim telefonla çəkdirə bilərik?

Prezident İlham Əliyev: Olar, əlbəttə.

Aydın Kərimov: "Türk dünyasının gənclər paytaxtı"nın açarını bu qıza təqdim etmişdilər.

Prezident İlham Əliyev: Nə yaxşı. Yəqin sentyabrda məktəbə də gedəcəksən?

Şuşalı qız: Bəli. Sizin çox gözəl sözləriniz var: "Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan xalqı! Eşq olsun Azərbaycan xalqına, Azərbaycan Ordusuna!".

Prezident İlham Əliyev: Sağ ol, qızım.

Şuşalı qız: Çox sağ olun, minnətdaram.

Prezident İlham Əliyev: Sağ ol.

Dövlətimizin başçısı Qırğızıstan Prezidenti Sadır Japarovu qarşıladı.

Prezident İlham Əliyev: Salaməleyküm.

Prezident Sadır Japarov: İlham Heydər oğlu, Sizi görməyə şadam.

Prezident İlham Əliyev: Salam, şuşalılar Sizi salamlayırlar. Bizim qardaşımız, Qırğızıstan Respublikasının Prezidenti.

Kişi sakin: Yaşasın Turan! Yaşasın Türk dünyası!

Sonra Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşıladı.

Dövlət başçıları Şuşa şəhərini gəzdilər.

Qonaqlara yeni Şuşa məscidinin layihəsi barədə məlumat verildi.

Bildirildi ki, qədim Şuşada təməli qoyulan məscid həm də müasir memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəsi və mozaika ilə bəzədiləcək günbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italiyalı memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm etdirəcək. Yeni məscidin təməlini 2021-ci il mayın 12-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva qoyublar.

Sonra Prezident İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov Aşağı Gövhər Ağa məscidində oldular.

Məlumat verildi ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalan Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri artıq başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn bu məscid İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnib, məscid vandalizmin qurbanına çevrilib. 2021-ci ilin dekabrında Heydər Əliyev Fondu tərəfindən "PAŞA Holdinq"in dəstəyi ilə məsciddə bərpa işlərinə başlanılmışdı. Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscidin divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının da dağıntılarının bir qismi konservasiya olunub.

Avtobusla şəhərin ərazisini gəzən dövlət başçıları sonra Cıdır düzünə gəldilər.

Qeyd olundu ki, Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir.

19:00

Azərbaycan Prezidenti İlham Əliyev, ölkədə səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, Şuşa şəhərini gəziblər.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Oxşar Xəbərlər

backend
Şuşada TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü: İlham Əliyev tədbirdə çıxış edib
6.07.24 23:19
gundem / siyaset
backend
İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb - YENİLƏNİB + FOTO
12.05.24 20:49
gundem / siyaset
backend
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfər ediblər - YENİLƏNİB
7.11.23 19:10
gundem / siyaset

XƏBƏR LENTİ

23:09 Prezident: Bütün azərbaycanlılar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb
23:06 Azərbaycan Prezidenti: Bütün dünya bizim Zəfərimizi qəbul edir
23:03 İlham Əliyev: Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir
22:45 ARDNF Körfəz ölkələrinə təxminən 900 milyon dollarlıq investisiya qoyub
22:42 Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70 %-i ötüb
22:36 Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
22:30 İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
22:27 Ağdam və Füzuli şəhərlərində bayram tədbirləri keçirilib
22:23 XİN-dən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik
22:19 Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
22:14 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
22:09 Baş Dövlət Yol Polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə çağırış edib
20:03 Leyla Əliyevanın təşəbbüsü ilə Mingəçevirdə uşaqlar üçün Yeni il tədbiri keçirilib
20:01 Leyla Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "Cırtdan Meqa Şousu" təşkil olunub
19:59 Gürcüstan Azərbaycandan neft və neft yağlarının alışını noyabrda 84 dəfə artırıb
19:57 Azərbaycan polad boru istehsalını 2 dəfədən çox artırıb
19:55 Rusiya Patriarxı Azərbaycan Prezidentini təbrik edib
19:52 Bəhreyndə Azərbaycan səfirliyi gələn il açılacaq
19:22 Nazir: Bizim üçün əsas olan Ermənistan konstitusiyasında Müstəqillik Aktına istinadın dəyişməsidir - YENİLƏNİB-2
19:18 Astanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
19:15 DİN bayramda azad olunan ərazilərə gedəcək şəxslərə müraciət edib
19:11 Ankara Musiqi və İncəsənət Universitetinə Azərbaycanla bağlı kitablar hədiyyə olunub
19:07 Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB-2
19:02 Azərbaycan XİN: Yəmənin ərazi bütövlüyünə dəstəyimizi bir daha təsdiqləyirik
19:47 Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə qarşılıqlı yardım göstərəcək
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Prezident: Bütün azərbaycanlılar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb
31.12.25 23:09
Azərbaycan Prezidenti: Bütün dünya bizim Zəfərimizi qəbul edir
31.12.25 23:06
İlham Əliyev: Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir
31.12.25 23:03
ARDNF Körfəz ölkələrinə təxminən 900 milyon dollarlıq investisiya qoyub
31.12.25 22:45
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70 %-i ötüb
31.12.25 22:42
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
31.12.25 22:36
backend
Prezident: Bütün azərbaycanlılar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb
31.12.25 23:09
Azərbaycan Prezidenti: Bütün dünya bizim Zəfərimizi qəbul edir
31.12.25 23:06
İlham Əliyev: Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir
31.12.25 23:03
ARDNF Körfəz ölkələrinə təxminən 900 milyon dollarlıq investisiya qoyub
31.12.25 22:45
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70 %-i ötüb
31.12.25 22:42
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib
31.12.25 22:36

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.