• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
2.07.24 21:10
gundem / iqtisadiyyat

Azərbaycanda elektrik avtobuslar istehsal ediləcək - SAZİŞ İMZALANDI




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
BYD ilə əməkdaşlıq çərçivəsində 160 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldurma aparatının alışı, 2025-ci ildən yerli istehsalın qurulması və ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması nəzərdə tutulur. Enerji səmərəliliyinin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması dayanıqlı inkişafda əsas hədəflərdəndir.

Oxu.Az xəbər verir ki, bu məqsədlə İqtisadiyyat və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri tərəfindən ölkəmizin avtobus parkının yenilənməsi istiqamətində işlər görülür.

Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin "BYD Company Limited" (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb. İşbirliyinə dair imzalanmış sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin Kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien Çunlon və "Electrify Azerbaijan" MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşdırılmasını nəzərdə tutur. Sazişin məqsədi ölkəmizdə elektrik nəqliyyatı infrastrukturunun inkişafı, sərnişinlərin rahatlığının təmin edilməsi və ətraf mühitə zərərli təsirin azaldılması, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır.

Bu il Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ərəfəsində sözügedən müqavilənin imzalanması ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə üzrə qlobal səylərə sadiqliyini bir daha vurğulayır.

Saziş çərçivəsində BYD şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də investisiya qoymağı nəzərdə tutur. Belə ki, şirkətlə 2026-ci ildən aşağı tonnajlı yük elektrik avtomobillərinin, kommunal təsərrüfat üçün elektrik mühərrikli avtonəqliyyat vasitələrinin, elektrik mühərrikli minik avtomobilinin istehsalı və 2028-ci ildən isə elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahələrdə əməkdaşlıq planlaşdırılır. Bu layihələr üzrə yaradılacaq birgə müəssisə tərəfindən ümumilikdə təqribən 60 milyon ABŞ dolları məbləğində əlavə investisiyanın qoyulması planlaşdırılır.

Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə elektrik mühərrikli avtobusların ölkəmizdə bu sahədə istehsalı həyata keçirəcək şirkətdən alınmasına qərar verilib. Azərbaycanda elektrik mühərrikli avtobus istehsalı müəssisəsi fəaliyyətə başladıqdan sonra isə tələbat daxili istehsal hesabına ödəniləcək. Hazırkı mərhələdə "BakuBus" MMC tərəfindən BYD şirkətindən 160 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldurma aparatı alınacaq. Avtobusların 31 oktyabr 2024-cü il tarixinədək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.

BYD ilə əməkdaşlıq çərçivəsində 2025-ci ildə yerli istehsalın qurulması və ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması planlaşdırılır. Həmçinin, layihə dəstək mexanizmləri, birgə müəssisənin maliyyələşdirilməsi, əqli mülkiyyət hüquqlarının verilməsi və s. kimi məsələləri ehtiva edir. Lokallaşdırılmanın 2030-cu ilədək avtobusların ümumi maya dəyərinin 40%-ni təşkil etməsi nəzərdə tutulur. Layihə ilə bağlı müqavilənin bu ilin sentyabr ayında imzalanması planlaşdırılır.

Ölkəmizdə elektrik avtobuslarının istehsalı layihəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC payçı kimi iştirak edəcək. Layihə üzrə BYD şirkətinin Azərbaycandan olan tərəfdaşı "SARDA Group" şirkətlərinə məxsus "Electrify Azerbaijan" MMC-dir.

Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli avtobusların istehsalına yaradılacaq birgə müəssisə tərəfindən təqribən 34 milyon ABŞ dolları həcmində investisiyanın qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 500 ədəd olması nəzərdə tutulur. Layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır.

Qeyd edək ki, 1995-ci ildə yaranmış BYD şirkəti 2023-cü ildə 3 milyon yeni enerji avtomobilinin rekord satışını həyata keçirməklə dünya birincisi olub və şirkət avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bərpaolunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünyamiqyaslı aparıcı texnologiya şirkətlərindən biri hesab olunur.

Ölkəmizdə əlavə dəyər zəncirinin inkişafı məqsədilə yeni istehsal sahələrinə #investisiya qoyuluşu xüsusi önəm kəsb edir. #Çin-in BYD (@BYDCompany) şirkəti ilə imzalanan çərçivə sazişinə əsasən yaradılacaq birgə müəssisə tərəfindən Sumqayıt Kimya #SənayeParkı-nda 2025-ci ildə… pic.twitter.com/eNxj7e614s

— Mikayil Jabbarov (@MikayilJabbarov) July 2, 2024

Oxşar Xəbərlər

backend
Azərbaycanda bəzi maşınlar ucuzlaşacaq
10.03.24 18:30
gundem / siyaset
backend
Gəncə şəhərinin ictimai nəqliyyatına yeni avtobuslar cəlb edilib
1.02.24 21:28
gundem / cemiyyet
backend
Naxçıvanda tramvay nəqliyyatı təşkil ediləcək
20.09.23 19:22
gundem / siyaset

XƏBƏR LENTİ

20:10 Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
20:07 Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
20:04 Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
20:01 Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
19:58 Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
19:56 Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
19:53 Azərbaycanın boccia üzrə paralimpiyaçıları Qazaxıstandakı turniri birinci sırada başa vurublar
19:48 Vüqar Qurbanov: Xəstəxanalardakı növbə problemlərinin həlli üçün müntəzəm iş aparılır
19:44 Bu il qanunsuz kömür istehsalı ilə bağlı 218 fakt qeydə alınıb
19:40 Naxçıvanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib - YENİLƏNİB
19:37 Beyləqanda iki avtomobil toqquşub, xəsarət alanlar var
19:25 Azərbaycan və Dünya Bankı dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqini müzakirə edib - YENİLƏNİB
19:21 Azərbaycan maliyyə sektorunda informasiya təhlükəsizliyini gücləndirir
19:14 Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq
19:09 Prezident Balakənin icra başçısını vəzifəsindən azad etdi
19:05 Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
20:41 Bakıda yaşayış binasında yanğın - 1 nəfər yanaraq öldü
20:35 Ərdoğan Omanda səfərdədir
20:32 İsveç Müdafiə Nazirliyi: Ukrayna üçün "Gripen E" qırıcılarının maliyyələşdirmə variantlarını nəzərdən keçiririk - YENİLƏNİB-2
20:29 İrakli Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf edib
20:27 Türkiyə Nəqliyyat Nazirliyi: Orta Dəhliz etibarlı marşrutdur, geosiyasi risklər minimumdur
20:24 Sənət sərhəd tanımır: İranlı rəssam Barış Mançonu qumda canlandırdı
20:21 "Fərhadın heykəli" gələn il ucaldılacaq
20:17 Çempionlar Liqası: "Qarabağ" "Atletik" səfərində hesabı açıb - YENİLƏNİR
20:09 Şəkidə UEFA-nın dəstəyi ilə D kateqoriyalı məşqçi kurslarına start verilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.