• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
13.05.24 20:34
gundem / siyaset

İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİB + FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendi qəbul edib.

AZƏRTAC xəbər verir ki, ölkəmizə səfərindən məmnunluğunu bildirən Patrisia Skotlend səfərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə təsadüf etməsini xüsusi vurğulayaraq, ulu öndərin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdiyini bildirib, dahi şəxsiyyətin və onun ömür-gün yoldaşının Azərbaycanın inkişafına verdiyi töhfələri xatırladıb.

Patrisia Skotlend ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyini məmnunluqla qeyd edib, bunun özünü xüsusilə COVID-19 pandemiyası zamanı göstərdiyini vurğulayıb. O, Uqandada Hərəkatın Zirvə toplantısında iştirak etdiyini deyərək orada bütün dövlətlər tərəfindən Azərbaycanın sədrliyinin çox yüksək qiymətləndirildiyini və bunun praktiki nəticələrinin olduğunu qeyd edib. Qonaq Azərbaycanın Hərəkata uğurlu sədrliyi ilə bağlı bir daha təbriklərini çatdırıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Patrisia Skotlendin ölkəmizdən yaxşı təəssüratlarla ayrılacağına ümidvar olduğunu deyib.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində səmərəli fəaliyyət göstərdiyini, Hərəkatın təsisatlanması istiqamətində mühüm addımlar atdığını vurğulayıb. Pandemiya dövründə COVID-19 ilə bağlı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması təşəbbüsünün ölkəmizə məxsus olduğunu xatırladan Prezident İlham Əliyev Azərbaycanın 80-dən çox ölkəyə, xüsusilə Qoşulmama Hərəkatına üzv dövlətlərə yardım göstərdiyini, vaksin millətçiliyinə qarşı BMT təsisatlarında müvafiq qətnamələrin qəbul olunmasını təmin etdiyini, bununla mübarizə istiqamətində beynəlxalq aləmdə səyləri birləşdirmək üçün fəaliyyətini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına üçillik sədrliyi üzv dövlətlərin dəstəyi ilə daha bir il müddətinə uzadılmışdır.

Azərbaycan Prezidenti ölkəmizin Hərəkata sədrliyi dövründə qazandığı beynəlxalq təcrübədən iqlim dəyişikliyi ilə bağlı istifadə edəcəyini, bu məsələdə də səylərini davam etdirəcəyini deyib, iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrə ədalətli yanaşmanı nümayiş etdirəcəyini bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, dünya ictimaiyyətinin yekdil dəstəyi ilə ölkəmizin COP29-a sədrlik etməsi və bu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Azərbaycanın Qoşulmama Hərəkatının “sədrlik üçlüyündə” yer aldığını deyən Prezident İlham Əliyev COP çərçivəsində də “üçlük” mexanizminin yaradıldığını qeyd edərək, bu istiqamətdə Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın birlikdə fəaliyyət göstərdiklərini, müxtəlif regionlarda yerləşmələrinə baxmayaraq, COP gündəliyinin birgə irəli aparılması üçün çalışdıqlarını vurğulayıb.

Azərbaycan Prezidenti ölkəmizin Millətlər Birliyi təşkilatı ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Qonaq Millətlər Birliyi təşkilatının üzvlərinin 33-nün məhz kiçik ada dövlətləri olduğunu deyərək, həmin ölkələrin iqlim dəyişikliklərinin mənfi fəsadlarına ən çox məruz qalan, hətta iqlim dəyişikliklərinə görə mövcudluqları sual altında olan dövlətlər olduğunu vurğulayıb.

Azərbaycanın kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin problemlərinə COP29 sədrliyi çərçivəsində xüsusi diqqət yetirəcəyini deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz onların problemlərinin həllinə öz töhfəsini verməyə hazırdır. Bu xüsusda Azərbaycan ilə Millətlər Birliyi təşkilatı arasında birgə əməkdaşlıq layihələri və COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclasın keçirilməsi məsələləri müzakirə olunub.

10:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyinin (Commonwealth) baş katibi Patrisiya Skotlendi qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Oxşar Xəbərlər

backend
İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib - YENİLƏNİB
6.07.23 21:48
gundem / siyaset
backend
İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB + FOTO
18.05.23 20:59
gundem / siyaset
backend
İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədrini qəbul edib - YENİLƏNİB
15.05.23 20:47
gundem / siyaset

XƏBƏR LENTİ

20:36 Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalanıb
20:34 İsrail Qəzza üzrə Sülh Şurasına qoşulub
20:32 Türkiyə ilə Yunanıstan Egey və Şərqi Aralıq dənizlərində mövqelərini müzakirə ediblər
20:30 Ağ Evdə Netanyahu və Trampın görüşü başlayıb
20:27 Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir
20:24 Pakistan Özbəkistan, Tacikistan və İrana yeni səfirlər təyin edib
20:22 Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib
20:19 Mədəniyyət Nazirliyinin genişləndirilmiş kollegiya iclası keçirilib
20:16 Azərbaycan Basketbol Liqasında XVII tura start verilib
20:14 Boks üzrə Azərbaycan çempionatının üçüncü günündə 47 döyüş keçirilib
20:11 Gələcəkdə əlilliyin qiymətləndirilməsində süni intellektdən istifadə olunacaq
20:08 İmişlidə avtomobil qəzası olub, üç qadın xəsarət alıb
20:06 Pensiyaların yeni artımla birgə ödənişinin tarixi açıqlanıb
20:04 Ümumdünya Xəstələr Günü ilə əlaqədar tədbir keçirilib
20:01 Novxanıda sürət qatarının qarşısına çıxan piyada ölüb - YENİLƏNİB
20:00 Pediatr uşaqların peyvəndlənməsi ilə bağlı valideynlərə çağırış edib
19:56 Azərbaycan BƏƏ ilə qarşılıqlı investisiyaların artırılmasını müzakirə edib
19:54 "OPEC+" yanvarda neft hasilatını gündəlik 264 min barel azaldıb
19:52 Ceyhun Bayramov Ərəb Parlamentinin prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
19:49 Azərbaycan XİN Kanadaya başsağlığı verib
19:47 Özbəkistan Prezidenti İlham Əliyevi təbrik edib
19:43 Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
19:40 Ərəb Parlamentinin prezidenti: Dünyanın İlham Əliyev kimi liderlərə ehtiyacı var
19:37 Bakı və Əbu-Dabinin qardaşlaşması ilə bağlı Memorandum imzalanıb
19:34 İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalanıb
11.02.26 20:36
İsrail Qəzza üzrə Sülh Şurasına qoşulub
11.02.26 20:34
Türkiyə ilə Yunanıstan Egey və Şərqi Aralıq dənizlərində mövqelərini müzakirə ediblər
11.02.26 20:32
Ağ Evdə Netanyahu və Trampın görüşü başlayıb
11.02.26 20:30
Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir
11.02.26 20:27
Pakistan Özbəkistan, Tacikistan və İrana yeni səfirlər təyin edib
11.02.26 20:24
backend
Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalanıb
11.02.26 20:36
İsrail Qəzza üzrə Sülh Şurasına qoşulub
11.02.26 20:34
Türkiyə ilə Yunanıstan Egey və Şərqi Aralıq dənizlərində mövqelərini müzakirə ediblər
11.02.26 20:32
Ağ Evdə Netanyahu və Trampın görüşü başlayıb
11.02.26 20:30
Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir
11.02.26 20:27
Pakistan Özbəkistan, Tacikistan və İrana yeni səfirlər təyin edib
11.02.26 20:24

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.