• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
12.05.24 20:27
gundem / tedbirler

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib - FOTO





MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası Xankəndi şəhərində keçirilib.

AZƏRTAC xəbər verir ki, iclas iştirakçıları ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Qərargah rəhbəri açılış nitqində bildirib ki, ulu öndər Xankəndi şəhərinin inkişafına xüsusi diqqət yetirib. Qeyd edilib ki, Xankəndidəki binaların əksəriyyəti, o cümlədən bugünkü iclasın keçirildiyi Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin yerləşdiyi bina da məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə inşa edilib.

Qərargahın rəhbəri ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasətin nəticəsində Azərbaycanın tarixi Qələbə qazandığını və ərazi bütövlüyünün və suverenliyinin hərbi-siyasi yolla tam bərpa edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Qərargahın rəhbəri bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə azad edilmiş bütün ərazilərdə, o cümlədən lokal antiterror tədbirlərindən sonra suverenliyin bərpa edildiyi ərazilərdə sürətli bərpa-quruculuq işləri davam etdirilir və ilin sonunadək köç qrafikinə uyğun müvafiq yaşayış məntəqələrinə əhalinin geri qayıdışı nəzərdə tutulur.

Dövlətimizin başçısının verdiyi tapşırıqlara uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması, o cümlədən ərazilərin milli iqtisadiyyata sürətli reinteqrasiyası və dayanıqlı inkişafının təmin olunması istiqamətində çoxşaxəli layihələrin həyata keçirildiyi bildirilib. Bununla yanaşı, Qərargah rəhbəri qeyd edib ki, görülən kompleks tədbirlər geri qayıdan əhalinin layiqli yaşayış şəraitinin yaradılmasına və rifah halının yüksəldilməsinə xidmət edir.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məşğulluğun və məskunlaşmanın təmin edilməsi, iqtisadi aktivliyin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, kənd təsərrüfatı sahəsində, yaşayış məntəqələrinin yenidən qurulması və bərpası üzrə görülən işlər barədə məruzələr dinlənilib. Bundan əlavə, həmin ərazilərdə sosial infrastrukturun, o cümlədən səhiyyə və təhsil müəssisələrinin tikintisi və işinin təşkilinə dair məlumatlar təqdim edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin fəaliyyəti çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr barədə Prezidentin xüsusi nümayəndəsi çıxış edib.

Qərargahın rəhbəri işğaldan azad olunmuş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu rəqəmin getdikcə artacağını diqqətə çatdıraraq, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulayıb.

İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin icrasından irəli gələrək müvafiq tapşırıqlar verilib.

İclasdan sonra Xankəndi və Xocalı şəhərlərində, həmçinin Əsgəran qəsəbəsində müvafiq ərazilərə və bir sıra obyektlərə baxış keçirilib.

Oxşar Xəbərlər

backend
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - FOTO
13.03.24 21:24
gundem / siyaset
backend
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib – FOTO
27.07.22 20:47
gundem / siyaset

XƏBƏR LENTİ

21:23 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
21:19 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
21:14 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
21:08 ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
21:02 Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
20:53 Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
20:49 Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
20:45 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
20:41 Azərbaycan XİN Türkmənistanı Milli Günü münasibətilə təbrik edib
20:35 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
20:33 DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər
20:29 Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
20:26 Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib
20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
20:34 Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
20:31 Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
20:28 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
20:16 Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
20:11 Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
20:06 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
20:00 Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.