• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
8.04.24 20:51
gundem / medeniyyet

Kayseri şəhərindəki Xocalı parkında “Şuşa” Azərbaycan Evinin açılışı olub - YENİLƏNİB + FOTO









MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Türkiyənin Kayseri şəhərindəki Xocalı parkında “Şuşa” Azərbaycan Evinin açılışı keçirilib.

“Report”un məlumatına görə, tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Kayseri bələdiyyə sədri Memduh Büyükkılıç, Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın, AKP-nin Kayseridən seçilən millət vəkilləri - Bayar Özsoy və Murad Cahid Cingi, Ərciyəz Universitetinin professoru, “Şuşa” Azərbaycan Evinin təsisçi idarə heyətinin üzvü Havva Selçuk Kurt, “Şuşa” Azərbaycan Evinin rəhbəri Elşən Qəmbərov, Ərciyəz Universitetinin azərbaycanlı müəllimləri və digər soydaşlarımız, eləcə də yerli sakinlər iştirak ediblər.

Havva Selçuk Kurt “Report”un Türkiyə bürosuna deyib ki, mərkəz Azərbaycan və Türkiyə arasında əlaqələrin daha yaxşı səviyyələrə çatmasına və iki dövlətin qardaşlığının möhkəmlənməsinə töhfə verəcək:

“Bir millət, iki dövlət” prinsipi ilə qardaşlığın möhkəmlənməsi üçün belə fəaliyyətlər bundan sonra da olacaq”.

Havva Selçuk Kurt “Şuşa” Azərbaycan Evinə bitişik ərazidə Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində 1992-ci ildə Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilmiş 613 dinc sakinin adlarının qeyd edildiyi Xocalı Şəhidləri abidəsinin olduğunu da vurğulayaraq deyib ki, kayserililər Azərbaycan bayrağının Şuşa ilə qardaş şəhər Kayseridə dalğalandırılmasından böyük qürur duyur.

Kayseri bələdiyyəsinin sədri Memduh Büyükkılıç açıqlamasında Azərbaycanın timsalında Kayserini bütün türk dünyasının görüş yeri hesab etdiyini bildirib. Bələdiyyə sədri bu cür fəaliyyətlərdə türk gəncliyinə böyük önəm verilməsinin vacibliyini qeyd edib:

“Biz də yaxın gələcəkdə qardaş Şuşaya böyük heyətlə səfər edəcəyik”.

“Şuşa” Azərbaycan Evinin yerləşdiyi Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın isə qeyd edib ki, ərazi 20 min kvadrat metrlik bir sahəni əhatə edir və orada Xocalı parkı da salınıb.

“Şuşa” Azərbaycan Evinin rəhbəri Elşən Qəmbərov bildirib ki, bu mərkəz həm də DİDK-in və Talas bələdiyyəsinin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib.
Kayseri Böyük Şəhər Bələdiyyəsinin türk cəngavərliyini əks etdirən “Mehtər” qrupunun təntənəli ifaları ilə başlayan tədbir iştirakçıların əksəriyyətinin “Qarabağ” mahnısını şövqlə səsləndirməsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün Kayseri Mədəniyyət Mərkəzində tədbirin bədi hissəsi Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun iştirakı ilə davam edəcək.

17:48

Türkiyənin Kayseri şəhərindəki Xocalı parkında “Şuşa” Azərbaycan Evinin açılışı keçirilir.

“Report”un Ankara bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Kayserinin Talas rayon bələdiyyəsinin sədri Mustafa Yalçın, Kayseri Universitetinin tarix üzrə professoru Havva Selçuk Kurt, musiqi nəzəriyyəsi üzrə professor Nigar Əsgərova iştirak edirlər.

Qeyd edək ki, “Şuşa” Azərbaycan Evinin fəaliyyəti üçün Xocalı parkının ərazisində xüsusi bina inşa edilib. Tədbirdən əvvəl parkda ucaldılan Xocalı abidəsi ziyarət edilib.

Oxşar Xəbərlər

backend
Şuşa və Kayseri şəhərləri qardaşlaşıb - FOTO
14.10.22 20:47
gundem / iqtisadiyyat
backend
Türkiyə səfiri: “Şuşa Bəyannaməsi hər kəs üçün bir tapşırıqdır”
7.07.22 21:18
gundem / siyaset

XƏBƏR LENTİ

21:24 İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
21:21 Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
21:19 Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
21:16 Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
21:12 İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
21:10 Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
21:07 İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
21:04 Şuşa və Trabzon şəhərləri qardaşlaşıb
21:00 WUF13-də Pəncab pavilyonunun açılışı olub
20:58 Ceyhun Bayramov: Cənubi Qafqaz sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir
20:52 İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib
20:49 Rəşad Əzizov: Azərbaycan UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsindən dayanıqlı inkişaf aləti kimi istifadə etməlidir
20:43 Hikmət Hacıyev: Minatəmizləmə prosesində QHT-lərin də fəaliyyətindən istifadə olunur
20:35 Bu ilin birinci rübündə 8 203 nikah və 4 614 boşanma qeydə alınıb
22:11 Uraloğlu: Türkiyə-Azərbaycan əməkdaşlığı sülhə töhfə verən güclü modelə çevrilib
22:05 İsrail ordusu Qəzzada HƏMAS-ın hərbi qanadının rəhbərini zərərsizləşdirib
22:00 Zelenski Makronla HHM sahəsində əməkdaşlığı müzakirə edib
21:56 Londonda iki etiraz aksiyasında 31 nəfər saxlanılıb
21:51 Daşkənd Oriental Universitetində Xaqani Şirvani auditoriyası açılıb
21:44 Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
21:38 Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirini 16 medalla başa vurublar
21:26 Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin imtahan tarixi açıqlanıb
21:17 19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb
21:10 Azərbaycanda növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
20:57 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
19.05.26 21:24
Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
19.05.26 21:21
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
19.05.26 21:19
Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
19.05.26 21:16
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
19.05.26 21:12
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
19.05.26 21:10
backend
İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
19.05.26 21:24
Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
19.05.26 21:21
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
19.05.26 21:19
Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
19.05.26 21:16
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
19.05.26 21:12
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
19.05.26 21:10

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.