• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
2.04.24 21:13
gundem / iqtisadiyyat

Mikayıl Cabbarov Sankt-Peterburqun qubernatoru ilə görüşüb: Əməkdaşlıq genişləndirilir - YENİLƏNİB + FOTO




MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

İqtisadiyyat naziri Mikayıl Cabbarovun ölkəmizdə səfərdə olan Sankt-Peterburq nümayəndə heyəti ilə görüşündə, Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında Hökumətlərarası Komissiyanın 4-cü iclasında tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunub, bir sıra sənədlər imzalanıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovla görüşüb. Görüşdə Azərbaycan və Rusiya dövlət başçılarının davamlı inkişafa və iqtisadi potensialdan səmərəli istifadəyə böyük əhəmiyyət verməsi nəticəsində regional əməkdaşlığın, o cümlədən ikitərəfli iqtisadi fəaliyyətin gücləndiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycanın Rusiyanın regionları, o cümlədən Sankt-Peterburqla tərəfdaşlığı genişlənir. Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti qarşılıqlı münasibətlərin inkişafına əlavə stimul verir.

Tərəflər iqtisadi əlaqələrin perspektivləri, sənaye, innovasiya, turizm, gəmiqayırma və digər sahələrdə birgə fəaliyyət imkanlarını müzakirə edib, ticarət və biznes işbirliyinin dəstəklənməsi üçün mövcud potensialı dəyərləndiriblər.14:24

İqtisadiyyat naziri Mikayıl Cabbarov Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovla görüşüb.

Nazir bu barədə özünün “X” hesabında paylaşım edib.

Paylaşımda bildirilib:

“Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovun ölkəmizə səfəri çərçivəsində keçirdiyimiz görüşdə ikitərəfli iqtisadi münasibətlərin perspektivlərini, sənaye, investisiya, innovasiya, turizm, gəmiqayırma kimi sahələrdə birgə fəaliyyətin gücləndirilməsi istiqamətində imkanları nəzərdən keçirdik. Ticarət və biznes tərəfdaşlığının dəstəklənməsi üçün mövcud potensialı dəyərləndirdik”.

Sankt-Peterburq nümayəndə heyətinin Azərbaycana mədəniyyət və işgüzar missiyası çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. İclasda iqtisadi münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə edilib. Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsində davamlı artım müşahidə edilir. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 17% artaraq 4,5 milyard dollara yaxın olub. Həmçinin, Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə iqtisadi-ticarət sahəsində mühüm əlaqələr qurub, təxminən 20 subyektlə qarşılıqlı fəaliyyətə dair sənədlər imzalanıb.

Tədbirdə ölkəmizin biznes imkanları barədə məlumat verilib, sənaye, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə əməkdaşlıq perspektivlərinin böyük olduğu qeyd edilib. Sənaye zonaları və Ələt Azad İqtisadi Zonasında təqdim olunan güzəşt və stimullar, işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində iştirak imkanları barədə məlumat verilib.

Komissiya üzvləri qarşılıqlı fəaliyyətin səmərəsinin yüksəldilməsi, nəqliyyat, innovasiya və digər sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi, biznes nümayəndələri arasında işbirliyinin möhkəmləndirilməsi barədə fikirlərini bölüşüblər. İclas çərçivəsində prioritet sahələr, o cümlədən əczaçılıq, turizm, səhiyyə, əmək və əhalinin məşğulluğu, təhsil və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsi barədə müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan və Sankt-Peterburq arasında iqtisadi, ticarət, humanitar, turizm və digər sahələrdə əməkdaşlığa həsr edilmiş video-çarx nümayiş olunub.

İclasda “2024-2028-ci illərdə Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair Tədbirlər Planı” təsdiq edilib. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov imzalayıblar. Tədbirlər Planı ticarət, ekoloji təhlükəsizlik, səhiyyə, məşğulluq və sosial müdafiə, humanitar, şəhərsalma və arxitektura sahələri üzrə tərəfdaşlığın dəstəklənməsini təmin edəcək.

Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycan Turizm və Menecment Universiteti ilə Sankt-Peterburqun Turizm və Qonaqpərvərlik sahəsində Beynəlxalq Kompetensiyalar Mərkəzi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ilə Sankt-Peterburq Tibbi Turizm Agentliyi arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında sənədlər imzalanıb.

Oxşar Xəbərlər

backend
Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsi ucaldılacaq
2.04.24 21:22
gundem / medeniyyet
backend
Sahibə Qafarova Aleksandr Beqlov ilə görüşüb - FOTO
2.04.24 20:50
gundem / siyaset
backend
Prezident İlham Əliyevin Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfəri başa çatıb - YENİLƏNİB + FOTO
27.12.22 20:28
gundem / siyaset

XƏBƏR LENTİ

20:52 Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
20:47 Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
20:45 Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
20:42 Tramp NATO və müttəfiqləri hədəf alıb
20:37 İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
20:34 İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
20:30 Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb
20:27 İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
20:23 Sahibə Qafarova Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin dostluq qruplarının 3-cü görüşünün iştirakçıları ilə görüşüb
20:17 Azərbaycan və Pakistan XİN başçıları İslamabad danışıqlarının müsbət nəticələnəcəyinə ümid edirlər
21:44 Əraqçi Türkiyənin regionda vəziyyətin sabitləşdirilməsi səylərini alqışlayıb - YENİLƏNİB
21:41 Ərdoğan və Şərif ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasını müzakirə edib
21:39 Tramp: Livan ikihəftəlik atəşkəs razılaşmasına daxil edilməyib - YENİLƏNİB
21:36 Ərdoğan və Tramp İranla əldə olunan atəşkəs razılaşmasını müzakirə edib
21:33 Livanda bugünkü hücumlar səbəbindən ölənlərin sayı 112 nəfərə çatıb - YENİLƏNİB
21:30 Pezeşkian: Atəşkəs müharibənin başa çatmasına dair danışıqlar üçün təməl ola bilər
21:26 Türkiyədə güclü yağış səbəbindən 2 nəfər ölüb, avtomobilləri sel aparıb, infrastruktura ciddi ziyan dəyib
21:21 Güclü yağışların fəsadlarını aradan qaldıran Dağıstan təbii fəlakətin üçüncü dalğasına hazırlaşır
21:17 İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
21:10 Litvanın Baş naziri Azərbaycana səfərə gəlib
21:06 Əraqçi və Bayramov regiondakı cari vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
21:03 Ukrayna və Azərbaycan XİN başçıları əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
21:00 İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib
21:10 Fidanla Əraqçi müharibənin gedişatını müzakirə edib
21:08 Ərdoğan: 38 gündür davam edən müharibə bütün bölgəyə təsir göstərir
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
9.04.26 20:52
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
9.04.26 20:47
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
9.04.26 20:45
Tramp NATO və müttəfiqləri hədəf alıb
9.04.26 20:42
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
9.04.26 20:37
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
9.04.26 20:34
backend
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
9.04.26 20:52
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
9.04.26 20:47
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
9.04.26 20:45
Tramp NATO və müttəfiqləri hədəf alıb
9.04.26 20:42
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
9.04.26 20:37
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
9.04.26 20:34
backend
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
9.04.26 20:52
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
9.04.26 20:47
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
9.04.26 20:45
Tramp NATO və müttəfiqləri hədəf alıb
9.04.26 20:42
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
9.04.26 20:37
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
9.04.26 20:34

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.