• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
30.03.24 20:43
gundem / idman

Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləşçilərlə görüş keçirilib - FOTO


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil naziri Emin Əmrullayev Rumıniyada keçirilmiş Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləşçilər və məşqçi heyəti ilə görüşüblər.

AGF-dən verilən xəbərə görə, Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada keçirilən görüşdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmanın inkişafına verdiyi önəm, müxtəlif idman növlərinin tərəqqisi və beynəlxalq arenada uğurlara imza atan milli idmançılarımızın yetişdirilməsi Azərbaycanın idman ölkəsi kimi şöhrətini artırır.

Bu sahədə qədim ənənələrə, formalaşmış məktəbə malik güləş xüsusi yer tutur. Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin dəstəyi ilə Azərbaycan Güləş Federasiyasının fəaliyyəti bu idman növünün inkişafını daha da stimullaşdırır, populyarlığını və kütləviliyini artırır.

Qeyd edilib ki, güləşçilərimiz bu il də ənənəyə sadiq qalaraq, qitə birinciliyində böyük uğurlar qazanıblar. Yunan-Roma güləşi və sərbəst güləş üzrə millilərimiz komanda hesabında ilk üçlükdə yer alıb. Qadın güləşçilərimiz də son 8 ilin ən yaxşı nəticəsinə imza atıblar. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə Avropa çempionatında 3 qızıl medal qazanıb. Rumıniyada keçirilən bu yarışda ümumilikdə 16 (5 qızıl, 3 gümüş, 8 bürünc) medal əldə edilib. Bu nəticə ilə Azərbaycan Avropada 2-ci yeri tutub.

Tədbir iştirakçıları gimnaziyada yaradılmış şəraitlə tanış olublar. 1960-cı ildən fəaliyyət göstərən gimnaziyanın ərazisindəki məktəb və yataqxana binaları istismara yararsız vəziyyətdə olduğundan sökülüb, yerində 2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni bina inşa edilib.

Hazırda Elm və Təhsil Nazirliyi və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə ölkənin müxtəlif bölgələrindən 50-yə yaxın yeniyetmə güləşçi gimnaziyada təhsil alır. Qida və yataqxana ilə təmin edilən məktəblilər tədrislə yanaşı, bütün zəruri avadanlıqlarla təchiz olunan kompleksin idman zalında sərbəst və yunan-Roma güləşi üzrə təlim-məşq prosesində iştirak edirlər. 5-11-ci siniflərdə oxuyan güləşçilər bu mühitdə daha yüksək bilik və bacarıqlara yiyələnmək imkanı qazanırlar. Növbəti tədris ilindən gimnaziyaya daha çox güləşçi-şagirdin cəlb edilməsi planlaşdırılır. Bu layihə Azərbaycan güləşinin inkişafında, yeni sağlam nəslin formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Həmçinin tədbirdə bildirilib ki, Avropa çempionatı kimi mötəbər yarışda uğurlu nəticələr sərgiləmiş idmançılarla görüşün gimnaziyada keçirilməsi təsadüfi deyil. Burada təhsil alan yeniyetmə güləşçilərin peşəkar güləşçilərlə yaxından tanış olması, uğurlarına şahidlik etməsi onlara bu sahədə inkişaf etmək üçün əlavə stimul olacaq.

Xarici dillər təmayüllü gimnaziya 1 029 yerlikdir. Yeni binada sinif, laboratoriya, informatika və hərbi hazırlıq otaqları, kitabxana və yeməkxana yaradılıb. Kompleksin həyətində yerləşən 3 mərtəbəli yataqxana korpusu 185 yerlikdir. Burada sinif və yataq otaqları, yeməkxana, akt və qapalı idman zalları fəaliyyət göstərir. Eyni zamanda, açıq havada futbol və idman meydançası mövcuddur.

Tədbirin sonunda bu il aprelin 5-dən 7-dək Bakıda ilk dəfə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin yüksək səviyyədə təşkili istiqamətində görülən işlər barədə məlumat verilib və yarışın Azərbaycanı nüfuzlu tədbirlərin mahir təşkilatçısı kimi növbəti dəfə dünyaya tanıtmaq fürsəti olduğu diqqətə çatdırılıb, turnirdə iştirak edəcək güləşçilərə uğurlar arzulanıb.

Oxşar Xəbərlər

backend
Azərbaycanın idman şöhrəti getdikcə artır...
11.04.22 20:46
gundem
backend
Azərbaycanın idman şöhrəti getdikcə artır
11.04.22 14:30
gundem / siyaset

XƏBƏR LENTİ

20:52 Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
20:47 Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
20:45 Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
20:42 Tramp NATO və müttəfiqləri hədəf alıb
20:37 İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
20:34 İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
20:30 Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb
20:27 İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
20:23 Sahibə Qafarova Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin dostluq qruplarının 3-cü görüşünün iştirakçıları ilə görüşüb
20:17 Azərbaycan və Pakistan XİN başçıları İslamabad danışıqlarının müsbət nəticələnəcəyinə ümid edirlər
21:44 Əraqçi Türkiyənin regionda vəziyyətin sabitləşdirilməsi səylərini alqışlayıb - YENİLƏNİB
21:41 Ərdoğan və Şərif ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasını müzakirə edib
21:39 Tramp: Livan ikihəftəlik atəşkəs razılaşmasına daxil edilməyib - YENİLƏNİB
21:36 Ərdoğan və Tramp İranla əldə olunan atəşkəs razılaşmasını müzakirə edib
21:33 Livanda bugünkü hücumlar səbəbindən ölənlərin sayı 112 nəfərə çatıb - YENİLƏNİB
21:30 Pezeşkian: Atəşkəs müharibənin başa çatmasına dair danışıqlar üçün təməl ola bilər
21:26 Türkiyədə güclü yağış səbəbindən 2 nəfər ölüb, avtomobilləri sel aparıb, infrastruktura ciddi ziyan dəyib
21:21 Güclü yağışların fəsadlarını aradan qaldıran Dağıstan təbii fəlakətin üçüncü dalğasına hazırlaşır
21:17 İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
21:10 Litvanın Baş naziri Azərbaycana səfərə gəlib
21:06 Əraqçi və Bayramov regiondakı cari vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
21:03 Ukrayna və Azərbaycan XİN başçıları əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
21:00 İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib
21:10 Fidanla Əraqçi müharibənin gedişatını müzakirə edib
21:08 Ərdoğan: 38 gündür davam edən müharibə bütün bölgəyə təsir göstərir
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
9.04.26 20:52
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
9.04.26 20:47
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
9.04.26 20:45
Tramp NATO və müttəfiqləri hədəf alıb
9.04.26 20:42
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
9.04.26 20:37
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
9.04.26 20:34
backend
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
9.04.26 20:52
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
9.04.26 20:47
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
9.04.26 20:45
Tramp NATO və müttəfiqləri hədəf alıb
9.04.26 20:42
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
9.04.26 20:37
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
9.04.26 20:34
backend
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
9.04.26 20:52
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
9.04.26 20:47
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
9.04.26 20:45
Tramp NATO və müttəfiqləri hədəf alıb
9.04.26 20:42
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
9.04.26 20:37
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
9.04.26 20:34

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.