• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
28.03.24 20:42
gundem / iqtisadiyyat

COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Azərbaycan kimi ölkələr BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə qlobal iqlim siyasətini karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı daha praqmatik istiqamətə yönəldirlər.

“Report” xəbər verir ki, bu barədə dövlət enerji siyasəti üzrə kanadalı mütəxəssis Co Makkinnun “The Hub”da dərc olunan məqaləsində deyilir.

Məqalədə bildirilib ki, Misirdə COP27 və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) COP28-dən sonra COP29 neft və qaz hasil edən dövlətdə keçiriləcək ardıcıl üçüncü iqlim dəyişikliyi konfransını təmsil edir:

“Bunu qlobal iqlim isteblişmentinin açıq-aşkar ikiüzlülüyü kimi görmək olar, lakin bu, səthi yanaşmadır. Daha maraqlısı odur ki, bu (neft və qaz hasil edən) ölkələr niyə belə konfranslar keçirmək istəyirlər”.

Müəllifin fikrincə, Misir, BƏƏ və Azərbaycan kimi ölkələr iqlim dəyişikliyinə tamam başqa cür yanaşırlar:

“Onlar başa düşürlər ki, iqlim dəyişikliyi ilə bağlı qlobal fəaliyyət real iqtisadi dəyişikliyə təsir göstərir. Bu tendensiyalar indi, məsələn, qlobal əmtəə bazarlarında və gələcək investisiya strategiyalarında özünü göstərir”.

Müəllif qeyd edib ki, COP-a ev sahibliyi edən ölkələr sürətlə dəyişən qlobal iqtisadiyyatın əsas iştirakçıları olaraq qalmaq üçün siyasi kapitaldan və mövqeləşdirmədən istifadə edə, o cümlədən enerji keçidinin maliyyəçiləri kimi mövqelərini göstərə bilərlər.

Məqalədə vurğulanıb ki, siyasətin inkişafının yenidən iqlim dəyişikliyi iqtisadiyyatına yönəldilməsi, çox güman ki, belə ölkələrdə baş verən yeni iqlim dialoqları ilə daha çox rezonans doğuracaq.

“Bu tendensiya bizə göstərdi ki, ölkələr masa arxasına gəlib bizim enerji və iqlim gələcəyimizi müzakirə etməyə hazırdır. Bu danışıqlar əsaslı iqtisadi məsələlər çərçivəsində aparılmalıdır. Ən aşağı xərclə iqlim tərəqqisinə nail olmağın, növbəti illərdə etməli olacağımız dəyişikliklərə ictimai dəstəyi qorumağın ən yaxşı yolu budur”, - deyə kanadalı ekspert bildirib.

Oxşar Xəbərlər

backend
COP29 prezidenti Kopenhagendə iqlim məsələləri üzrə dünya liderləri ilə görüşüb - FOTO
24.03.24 20:46
gundem / iqtisadiyyat
backend
Prezident İlham Əliyev Münhendə Con Kerri ilə görüşüb - YENİLƏNİB + FOTO
17.02.24 20:20
gundem / siyaset
backend
Ceyhun Bayramov BMT rəsmisi ilə COP29-a hazırlıq işlərini müzakirə edib
1.02.24 20:46
gundem / siyaset
backend
COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar görüş keçirilib - FOTO
29.12.23 19:43
gundem / iqtisadiyyat
backend
Umayra Tağıyeva: “İqtisadiyyatı sürətlə inkişaf edən ölkələr emissiyaların əhəmiyyətli hissəsini təşkil edir”
2.12.23 20:08
gundem / iqtisadiyyat

XƏBƏR LENTİ

21:56 Hakan Fidan HƏMAS-ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
21:49 Ərdoğan: Türkiyə təhlükəsizlik sahəsində 5G ilə yeni nailiyyətlər əldə edəcək
21:45 Əraqçi: ABŞ-nin 15 bəndlik təklifinə cavab verməmişik - YENİLƏNİB
21:38 Pezeşkian: Müharibəyə müdaxilə təhlükəli nəticələrə səbəb olacaq - YENİLƏNİB
21:32 Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar başlayıb
21:19 Türkiyənin U-21 millisinin baş məşqçisi Egemen Korkmaz oyun zamanı xəstəxanaya aparılıb
21:12 Mariya Stadnik Azərbaycan millisinin təlim-məşq toplanışında 250 güləşçiyə ustad dərsi keçib
21:06 Bakıda I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
20:59 Saray körpüsü yaxınlığında avtomobil avtobusla toqquşub
20:55 AQTA: Azərbaycanda quş qripi xəstəliyinin törədicisinə rast gəlinməyib
20:51 Azərbaycan iki ayda Türk dövlətləri ilə 1,3 milyard dollarlıq ticarət aparıb
20:47 Azərbaycan və Türkiyə biznes tərəfdaşlığının təşviqini müzakirə edib
20:43 Naxçıvanda su ehtiyatları 165 milyon kubmetri ötüb
20:38 İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
20:31 Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək
20:26 Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
20:22 XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
21:29 Bayraktaroğlu ilə NATO-nun admiralı təhlükəsizlik məsələlərini müzakirə ediblər
21:25 Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
21:22 Zelenski: Ukrayna Yaxın Şərq ölkələri ilə tarixi razılaşmalar əldə edib
21:18 İran "Dəmir Qübbə" hazırlanan mərkəzlərə PUA hücumu edib
21:14 Jan-Noel Barro və Abbas Əraqçi ABŞ ilə İsrailin İrana hücumlarını müzakirə ediblər
21:12 İrandan Türkiyə ərazisinə atılan ballistik raket zərərsizləşdirilib
21:09 İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 1 247-yə çatıb
21:06 Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB-3
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan HƏMAS-ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
31.03.26 21:56
Ərdoğan: Türkiyə təhlükəsizlik sahəsində 5G ilə yeni nailiyyətlər əldə edəcək
31.03.26 21:49
Əraqçi: ABŞ-nin 15 bəndlik təklifinə cavab verməmişik - YENİLƏNİB
31.03.26 21:45
Pezeşkian: Müharibəyə müdaxilə təhlükəli nəticələrə səbəb olacaq - YENİLƏNİB
31.03.26 21:38
Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar başlayıb
31.03.26 21:32
Türkiyənin U-21 millisinin baş məşqçisi Egemen Korkmaz oyun zamanı xəstəxanaya aparılıb
31.03.26 21:19
backend
Hakan Fidan HƏMAS-ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
31.03.26 21:56
Ərdoğan: Türkiyə təhlükəsizlik sahəsində 5G ilə yeni nailiyyətlər əldə edəcək
31.03.26 21:49
Əraqçi: ABŞ-nin 15 bəndlik təklifinə cavab verməmişik - YENİLƏNİB
31.03.26 21:45
Pezeşkian: Müharibəyə müdaxilə təhlükəli nəticələrə səbəb olacaq - YENİLƏNİB
31.03.26 21:38
Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar başlayıb
31.03.26 21:32
Türkiyənin U-21 millisinin baş məşqçisi Egemen Korkmaz oyun zamanı xəstəxanaya aparılıb
31.03.26 21:19

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.