• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
11.03.24 21:35
gundem / siyaset

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az


Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Sizi fevralın 7-də keçirilmiş seçkidə qələbəniz münasibətilə təbrik edirəm.

Seçkidən əvvəlki dövrdə Sizin və bütün xalqınızın xidmətləri bu qələbəni şərtləndirib. Bu, Qara Bağdan indi inamla Böyük Bağa çevrilən Qarabağda qazanılan Qələbənin əks-sədasıdır.

Qoy Sizin bütün təşəbbüsləriniz həmişə “böyük” kəlməsi ilə müşayiət olunsun!

Sizə cansağlığı və uzun ömür arzulayıram”.

14:03

Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Asiya İnkişaf Bankı adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizin Azərbaycanın inkişafı ilə bağlı baxışlarınız gələcəyə hesablanmışdır. Bu il Asiya İnkişaf Bankı ölkənizlə tərəfdaşlığın 25-ci ildönümünü qeyd edir və biz Sizin rəhbərliyinizlə bu strateji tərəfdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik.

Ötən ilin dekabrında Sizə ünvanladığım məktubumda mən Azərbaycanı COP29-un ev sahibi və sədri seçilməsi münasibətilə təbrik etmişdim. O vaxtdan bəri COP29-un uğurlu və yaddaqalan şəkildə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Hökumətinin gördüyü təqdirəlayiq tədbirlər, o cümlədən bu yaxınlarda ölkənin “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulması barədə məlumat almışam. Noyabr ayında Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.

Sizə yeni prezidentlik dönəminizdə uğurlar arzulayıram. Asiya İnkişaf Bankının Azərbaycanın tərəqqisini və ölkədə “yaşıl inkişaf”ı dəstəkləməsinə sadiqliyini bir daha təsdiq edirəm.

Sizə ən yüksək ehtiramımı bildirirəm”.

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Prezident seçkilərində yenidən qələbə qazanmağınız münasibətilə “ACWA Power” şirkəti adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

Parlaq qələbəniz Azərbaycan xalqının Sizin rəhbərliyinizə və uzaqgörənliyinizə inamının, etimadının təsdiqidir.
Sizin Azərbaycan Respublikasına və xalqına xidmətlə bağlı göstərdiyiniz fədakarlıq çox həsəd aparılan rifahı və təhlükəsizliyi bərqərar etdi. Mən əminəm ki, davamlı rəhbərliyiniz Azərbaycanın qlobal arenada mühüm və etibarlı tərəfdaş kimi yerini daha da möhkəmləndirəcəkdir.

“ACWA Power” şirkəti olaraq, xidmət etdiyimiz icmalara sosial rifah və iqtisadi artım gətirən yaşıl, davamlı enerji və su layihələrini inkişaf etdirməyə sadiqliyimizi bir daha təsdiqləyirik. Sizin rəhbərliyiniz və “yaşıl transformasiya”ya baxışınızla Azərbaycan ilə əlaqələrimizi inkişaf etdirəcəyimizə inanırıq”.

13:19

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Partiyamız, hökumətimiz və Laos xalqı adından, eləcə də öz adımdan Azərbaycan xalqının Sizə, həmçinin hakim Yeni Azərbaycan Partiyasına inam və etimadının nəticəsi olaraq yenidən Prezident seçilməyiniz münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası bütün sahələrdə inkişaf etmiş dövlətlər sırasına daxil olaraq daha da qüdrətli ölkəyə çevriləcəkdir.

Ümidvaram ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası, eləcə də Laos Xalq İnqilab Partiyası və Yeni Azərbaycan Partiyası arasında dostluq və yaxşı əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Bu fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli işlərinizdə daha böyük uğurlar arzulayıram. Qoy iki partiyamız və Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası hökumətləri arasında dostluq əlaqələri daha da güclənsin və tərəqqiyə xidmət etsin!

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

12:59

Zambiya Respublikasının Prezidenti Hakainde Hiçilema Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zambiya Respublikasının Hökuməti və xalqı adından Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizin yenidən dövlət başçısı seçilməyiniz Azərbaycan xalqının müdrik rəhbərliyinizə və ölkəni daha böyük tərəqqiyə doğru aparmaq üçün uzaqgörənliyinizə bəslədiyi inamın və etibarın əyani təsdiqidir. Yeni səlahiyyət müddətinizə başlayarkən mən Zambiya Hökumətinin ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirmək üçün Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq etmək istəyini bir daha təsdiq edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə firavanlıq arzulayıram”.

Oxşar Xəbərlər

backend
İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
27.02.24 20:19
gundem / siyaset
backend
İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
19.02.24 21:08
gundem / siyaset
backend
İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
16.02.24 20:59
gundem / siyaset
backend
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
14.02.24 20:29
gundem / siyaset

XƏBƏR LENTİ

21:16 Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
21:14 Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
21:11 Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
21:08 Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
21:05 "Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub - YENİLƏNİB
21:02 Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub
21:00 Azərbaycan İdman Akademiyası və Azərbaycan Güləş Federasiyası arasında memorandum imzalanıb
20:56 Müşfiqabadda ağacəkmə aksiyası keçirilib
20:51 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb
20:48 Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
20:45 Rəşad Nəbiyev "Xsolla" şirkətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəsmi açılışında iştirak edib
20:43 İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
20:40 Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib
20:36 Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib
20:33 Ceyhun Bayramov Şimali Kiprin XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
20:30 Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM
20:27 İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
20:22 İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
20:18 Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq müzakirə olunub
20:15 Azərbaycan-Türkmənistan parlamentlərarası əməkdaşlığı müzakirə olunub
20:12 İlham Əliyev "Brookfield Asset Management" şirkətinin baş icraçı direktorunu qəbul edib
20:09 İlham Əliyev ad günü münasibətilə İrakli Kobaxidzeyə zəng edib
20:06 İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib
20:00 Tacikistanın Baş naziri Fəxri xiyabanı ziyarət edib - YENİLƏNİB
19:55 Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
25.09.26 21:16
Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
25.09.26 21:14
Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
25.09.26 21:11
Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
25.09.26 21:08
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub - YENİLƏNİB
25.09.26 21:05
Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub
25.09.26 21:02
backend
Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
25.09.26 21:16
Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
25.09.26 21:14
Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
25.09.26 21:11
Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
25.09.26 21:08
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub - YENİLƏNİB
25.09.26 21:05
Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub
25.09.26 21:02
backend
Nyu-Yorkda Məkkə sazişi çərçivəsində XİN rəhbərlərinin görüşü keçirilib
25.09.26 21:16
Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
25.09.26 21:14
Çin Si Cinpin və Trampın müzakirə mövzularını açıqlayıb
25.09.26 21:11
Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib
25.09.26 21:08
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi bəlli olub - YENİLƏNİB
25.09.26 21:05
Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub
25.09.26 21:02

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.