• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
2.03.24 21:15
gundem / siyaset

Tahir Budaqov: “Türk dünyasında həmrəyliyin güclənməsi bəzi dairələri ciddi narahat edir” - FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
“Türk dünyasında həmrəyliyin güclənməsi bəzi dairələri ciddi narahat edir”.

“Report”un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov III Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakaya ilə görüşdə deyib.

Forumun önəmindən bəhs edən Z.Sırakaya YAP nümayəndə heyətinin səfərinin və Forumda yüksək səviyyədə iştirakının Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsi olduğunu söyləyib.

2024-cü il fevralın 7-də keçirilən prezident seçkisində YAP sədri İlham Əliyevin möhtəşəm qələbə qazanması münasibətilə təbriklərini çatdıran Z.Sırakaya bu qalibiyyətin Azərbaycan dövlətinin və regionun, eləcə də türk dünyasının gələcək taleyi baxımından böyük önəmə malik olduğunu qeyd edib.

İki ölkə arasında əlaqələrin ən yüksək zirvədə olduğunu diqqətə çatdıran Z.Sırakaya: “Hər zaman iftixarla qeyd edirik ki, Azərbaycan ilə Türkiyə daim bir-birinin yanındadır. Bu birlik xalqlarımızın qürur mənbəyi, dövlətlərimizin isə milli gücüdür”, - deyə vurğulayıb.

Öz ərazi bütovlüyünü və suverenliyini bərpa edən Azərbaycanın regionda və müasir beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirdiyini qeyd edən Zafer Sırakaya ölkəmizə qarşı bəzi qərəzli dairələrin, o cümlədən AŞPA-nın qeyri-obyektiv mövqeyinin qəbuledilməz olduğunu söyləyib.

O, Azərbaycan-Türkiyə birliyinin türk dünyasında rifah və tərəqqiyə xidmət etdiyini, sinxron fəaliyyətin Türk Dövlətləri Təşkilatının güc mərkəzinə çevrilməsinə hədəfləndiyini qeyd edib.

İki hakim partiya arasındakı əlaqələrin Azərbaycan-Türkiyə münasibətlərinin çox önəmli tərkib hissəsi olduğunu nəzərə çatdıran Zafer Sırakaya: “Partiyamız YAP ilə iş birliyinə böyük əhəmiyyət verir. Qarşılıqlı səfərlərimiz isə ikitərəfli münasibətlərimizin inkişafı baxımından olduqca vacibdir”, - deyə bildirib.
Z.Sırakaya 2023-cü ilin dekabr ayında təmsil etdiyi partiyanın nümayəndə heyətinin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini vurğulayıb. O bildirib ki, hər iki partiya ortaq hədəflərin reallaşdırılması üçün ardıcıl fəaliyyət göstərirlər və qarşıda duran bütün məqsədləri gerçəkləşdirmək əzmindədirlər.

Səmimi təbrikə və yüksək diqqətə görə təşəkkürünü bildirən Tahir Budaqov “bir millət, iki dövlət” prinsipinə və dostluğa, qardaşlığa, strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin əsrlərin sınağından şərəflə çıxdığını və dünyada nümunəvi xarakter daşıdığını vurğulayıb. O, dövlət başçısı İlham Əliyevin Zəfər seçkisindən sonra ilk rəsmi səfərini məhz Türkiyə Respublikasına gerçəkləşdirməsinin bu reallığın daha bir bariz nümunəsi olduğunu bildirib.

YAP sədrinin müavini Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin, Azərbaycan ilə Türkiyənin birgə təşəbbüsləri nəticəsində türk dünyasında həmrəyliyin güclənməsinin bəzi dairələri ciddi narahat etdiyini, ölkələrimizə qarşı ədalətsiz və qərəzli mövqe sərgiləndiyini bildirib. O belə cəhdlərin istər Azərbaycanın, istərsə də Türkiyənin müstəqil və prinsipial siyasətinə təsir göstərə bilməyəcəyini vurğulayaraq iki qardaş ölkənin öz inkişaf yolunda inamla irəlilədiklərini qeyd edib.

T.Budaqov söyləyib ki, Azərbaycan-Türkiyə birliyinin güclənməsində iqtidar partiyaları arasında münasibətlərin mühüm rolu var. 2021-ci il iyunun 2-də iki partiya arasında imzalanmış Əməkdaşlıq Protokolundan irəli gələn vəzifələrin uğurla icra olunduğunu diqqətə çatdıran YAP sədrinin müavini qarşılıqlı səfərlərin həyata keçirilməsinin bu prosesə töhfə verdiyini söyləyib.

T.Budaqov Antalya Diplomatiya Forumunun mötəbər beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olduğunu vurğulayaraq Forumun bütün iştirakçı tərəflər üçün faydalı olacağına və səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Oxşar Xəbərlər

backend
Türkiyənin vitse-prezidenti YAP nümayəndə heyətini qəbul edib
2.03.24 21:26
gundem / siyaset
backend
Antalya Diplomatiya Forumunun ikinci günü keçirilir
2.03.24 21:21
gundem / siyaset
backend
Ərdoğanın müavini Azərbaycanda səfərdədir
4.12.23 19:01
gundem / siyaset
backend
Azərbaycan Prezidenti Binəli Yıldırımı qəbul edib - YENİLƏNİB
14.06.23 20:57
gundem / siyaset

XƏBƏR LENTİ

21:23 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
21:19 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
21:14 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
21:08 ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
21:02 Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
20:53 Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
20:49 Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
20:45 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
20:41 Azərbaycan XİN Türkmənistanı Milli Günü münasibətilə təbrik edib
20:35 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
20:33 DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər
20:29 Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
20:26 Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib
20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
20:34 Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
20:31 Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
20:28 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
20:16 Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
20:11 Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
20:06 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
20:00 Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.