• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
11.01.24 18:34
gundem / idman

Məşhur şahmatçı Vüqar Həşimovun anım günüdür

Məşhur şahmatçı Vüqar Həşimovun anım günüdür

MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu gün Azərbaycanın məşhur şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun anım günüdür.

Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub.

O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası adından çıxış edib, həmçinin 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada yığmamızın tərkibində olub. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb.

2010-cu ildəki Şahmat Olimpiadasına yerli federasiya ilə münaqişə yaşadığı üçün milliyə dəvət almayıb.

Həşimov 2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub (son turda komandamıza həlledici xalı Vüqar qazandırıb), 2011-ci ildə isə Avropa çempionatının gümüş medalını əldə edib. O, 2010-2011-ci illərdə İtaliyada müntəzəm olaraq keçirilən “Reccio Emilia” turnirinin qalibi adını qazanıb.

Vüqar Həşimov 2011-ci ildə Rusiyanın Xantı-Mansi şəhərində təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsində mübarizəni dayandırıb.

Vüqar həmin ilin noyabrında Yunanıstanın Porto Karras şəhərində keçirilmiş komandalar arasında Avropa Çempionatında Azərbaycan yığmasının heyətində yer alıb və 2009-cu ildə qazandıqları çempionluq titulunu qoruya bilməyərək, yarışı gümüş medalla başa vurublar.

Vüqar Həşimov beyində bədxassəli şiş (xərçəng) diaqnozu ilə müalicə aldığı Almaniyanın Haydelberq şəhərindəki klinikada 2014-cü il yanvarın 11-də dünyasını dəyişib.

O, həmin il yanvarın 14-də III Fəxri Xiyabanda dəfn edilib.

2014-cü ilin aprel ayında Şəmkirdə mərhum qrosmeysterin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil edilib. Turnir hər il eyni məkanda keçirilir.

2016-cı ildə Bakıda Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlayıb.

Ölümündən sonra - 2014-cü ilin iyulun 24-də onun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib. Ona bürüncdən abidə ucaldılıb.

Prezident İlham Əliyev də mərhum qrosmeysterin Azərbaycan idmanı üçün xidmətlərinin çox olduğunu çıxışında bildirib.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:44 Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur
21:39 Si Cinpin ABŞ-yə səfərə gəlib, Tramp onu hərbi bazada qarşılayıb
21:35 İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
21:32 Əraqçi ilə Sibiqa Xəzər dənizində İran gəmisinə hücumu müzakirə ediblər
21:29 Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib
21:27 Zelenski: "Patriot" sistemləri üçün raketlər barədə razılaşdıq
21:24 Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
21:21 Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edib
21:19 Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
21:16 "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB
21:13 Xüsusi icra məmuru olmaq istəyən namizədlər ilkin icbari hazırlığa cəlb olunacaq
21:10 Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
21:08 Cəbrayılda 2147 nəfər məşğulluq tədbirlərinə cəlb olunub
21:05 Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
21:02 Sabirabadda avtoqəza olub, ölən var
20:56 IV Bakı Təhlükəsizlik Forumu keçirilib
20:51 Filizçay polimetal yatağında ilk istehsalın başlayacağı vaxt açıqlanıb
20:47 Sabah Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayır
20:41 İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
20:32 Azərbaycan – Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub
20:29 Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
20:24 Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
20:19 Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib
20:12 Azərbaycan və Baham adaları arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
20:24 İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur
24.09.26 21:44
Si Cinpin ABŞ-yə səfərə gəlib, Tramp onu hərbi bazada qarşılayıb
24.09.26 21:39
İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
24.09.26 21:35
Əraqçi ilə Sibiqa Xəzər dənizində İran gəmisinə hücumu müzakirə ediblər
24.09.26 21:32
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib
24.09.26 21:29
Zelenski: "Patriot" sistemləri üçün raketlər barədə razılaşdıq
24.09.26 21:27
backend
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur
24.09.26 21:44
Si Cinpin ABŞ-yə səfərə gəlib, Tramp onu hərbi bazada qarşılayıb
24.09.26 21:39
İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
24.09.26 21:35
Əraqçi ilə Sibiqa Xəzər dənizində İran gəmisinə hücumu müzakirə ediblər
24.09.26 21:32
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib
24.09.26 21:29
Zelenski: "Patriot" sistemləri üçün raketlər barədə razılaşdıq
24.09.26 21:27
backend
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur
24.09.26 21:44
Si Cinpin ABŞ-yə səfərə gəlib, Tramp onu hərbi bazada qarşılayıb
24.09.26 21:39
İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
24.09.26 21:35
Əraqçi ilə Sibiqa Xəzər dənizində İran gəmisinə hücumu müzakirə ediblər
24.09.26 21:32
Qazaxıstanda hərbçilərin həlak olması ilə əlaqədar sentyabrın 25-i matəm elan edilib
24.09.26 21:29
Zelenski: "Patriot" sistemləri üçün raketlər barədə razılaşdıq
24.09.26 21:27

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.