• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
11.12.23 21:21
gundem / medeniyyet

Əbdürrəhim bəy Haqverdiyevin anım günüdür - FOTO


Əbdürrəhim bəy Haqverdiyevin anım günüdür - FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bu gün Azərbaycan yazıçısı və dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin anım günüdür.

Oxu.Az xatırladır ki, Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 17 may 1870-ci ildə Yelizavetpol quberniyasının Ağbulaq kəndində (Şuşa) anadan olub. Azərbaycan ədəbiyyatının klassiki hesab olunan Əbdürrəhim bəy Haqverdiyev Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı, “Leyli və Məcnun” operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, “Molla Nəsrəddin” jurnalının yazarlarından biri olub.



Ə.Haqverdiyev ibtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa real məktəbində alıb. Tiflis real məktəbini bitirəndən sonra Sankt-Peterburq Yol Mühəndisləri Universitetində təhsilini davam etdirib. Tələbəlik dövrü azad müdavim kimi universitetin şərq fakültəsinin dinləyicisi olub. Həmin dövrdə onda ədəbiyyata güclü meyil oyanıb və “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan ittifaq” (1896) əsərlərini yazıb. “Dağılan ittifaq” əsəri 1899-cu ildə Peterburqda nəşr edilib.

Ə.Haqverdiyev ali təhsil alıb Şuşaya qayıtdıqdan sonra burada tamaşalar təşkil edib. 1902-1903-cü illərdə Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilib. Burada ilk hekayələri olan “Ata və oğul”, “Ayın şahidliyi” əsərlərini yazıb, “İki hekayət” adı ilə çap etdirib.



Yazıçı 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilib və buna görə, Peterburqa gedib. O, Azərbaycanın birinci diplomatlarından hesab olunur. Çalışdığı şəhərdə dövlət kitabxanasında yeni əsəri olan “Ağa Məhəmməd şah Qacar” üçün materiallar toplayıb, İrana - Mazandaran vilayətinə səyahət edib. “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə edib. “Nicat” cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət edərək, “Ceyranəli”, “Xortdan”, “Həkimi-nuni-səqir”, “Lağlağı”, “Mozalan”, “Süpürgəsaqqal” və s. imzalarla “Molla Nəsrəddin” jurnalında hekayə, felyeton çap etdirib.

O, Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışıb. Sonra Ağdama köçüb və orada yaşayıb. Tiflisdə “Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri” adlı aylıq məcmuənin müdiri olub (1916–1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilib (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunub (1918).



Soldan sağa: Əbdürrəhim bəy Haqverdiyev, Rzaqulu Nəcəfov, Salman Mümtaz, Zeynal Məmmədov, Əliqulu Qəmküsar. Tiflis, 1913


Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunub. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibətilə keçirilən yubileyə başçılıq edib. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub və elmi kadrların hazırlanmasında iştirak edib. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923–1925) olub. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışıb (1924).

Bunlardan başqa ədib Şekspirin “Hamlet”, Şillerin “Qaçaqlar”, Volterin “Soltan Osman”, Zolyanın “Qazmaçılar”, Andersenin “Bülbül”, “Şahın təzə libası”, Lanskoyun “Qəzəvat”, Çirikovun “Yəhudilər”, Korolenkonun “Qoca zəng çalan” əsərlərini də tərcümə edib.

Ə.Haqverdiyev 1931-1932-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi seçilib. Azərbaycan Xalq Komissarlar Şurasının 6 fevral 1929-cu il tarixli qərarı ilə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına, 1933-cü ildə isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülüb. Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.



Bakı, 1930-cu il. Ayaq üstə olanlar (soldan sağa): Asəf Zeynallı, Süleyman Rüstəm, Rəsul Rza, Cəfər Cabbarlı, Əfrasiyab Bədəlbəyli. Aşağıdakılar (soldan sağa): Anton Mailyan, Əbdürrəhim bəy Haqverdiyev, Gibo Kornelli, Rzaqulu Nəcəfov



Klassik 1933-cü il dekabrın 12-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil olunub.

Oxşar Xəbərlər

backend
Zivər bəy Əhmədbəyovun anım günüdür
16.02.23 19:58
gundem / medeniyyet

XƏBƏR LENTİ

20:52 Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
20:47 Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
20:45 Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
20:42 Tramp NATO və müttəfiqləri hədəf alıb
20:37 İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
20:34 İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
20:30 Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb
20:27 İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
20:23 Sahibə Qafarova Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərinin dostluq qruplarının 3-cü görüşünün iştirakçıları ilə görüşüb
20:17 Azərbaycan və Pakistan XİN başçıları İslamabad danışıqlarının müsbət nəticələnəcəyinə ümid edirlər
21:44 Əraqçi Türkiyənin regionda vəziyyətin sabitləşdirilməsi səylərini alqışlayıb - YENİLƏNİB
21:41 Ərdoğan və Şərif ABŞ ilə İran arasında atəşkəsin əldə olunmasını müzakirə edib
21:39 Tramp: Livan ikihəftəlik atəşkəs razılaşmasına daxil edilməyib - YENİLƏNİB
21:36 Ərdoğan və Tramp İranla əldə olunan atəşkəs razılaşmasını müzakirə edib
21:33 Livanda bugünkü hücumlar səbəbindən ölənlərin sayı 112 nəfərə çatıb - YENİLƏNİB
21:30 Pezeşkian: Atəşkəs müharibənin başa çatmasına dair danışıqlar üçün təməl ola bilər
21:26 Türkiyədə güclü yağış səbəbindən 2 nəfər ölüb, avtomobilləri sel aparıb, infrastruktura ciddi ziyan dəyib
21:21 Güclü yağışların fəsadlarını aradan qaldıran Dağıstan təbii fəlakətin üçüncü dalğasına hazırlaşır
21:17 İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
21:10 Litvanın Baş naziri Azərbaycana səfərə gəlib
21:06 Əraqçi və Bayramov regiondakı cari vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
21:03 Ukrayna və Azərbaycan XİN başçıları əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
21:00 İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib
21:10 Fidanla Əraqçi müharibənin gedişatını müzakirə edib
21:08 Ərdoğan: 38 gündür davam edən müharibə bütün bölgəyə təsir göstərir
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
9.04.26 20:52
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
9.04.26 20:47
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
9.04.26 20:45
Tramp NATO və müttəfiqləri hədəf alıb
9.04.26 20:42
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
9.04.26 20:37
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
9.04.26 20:34
backend
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
9.04.26 20:52
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
9.04.26 20:47
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
9.04.26 20:45
Tramp NATO və müttəfiqləri hədəf alıb
9.04.26 20:42
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
9.04.26 20:37
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
9.04.26 20:34
backend
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər
9.04.26 20:52
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
9.04.26 20:47
Şərif İsrailin Livana davam edən zərbələrini pisləyib
9.04.26 20:45
Tramp NATO və müttəfiqləri hədəf alıb
9.04.26 20:42
İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
9.04.26 20:37
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
9.04.26 20:34

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.