• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
23.11.23 19:44
gundem / tedbirler

Bakıda SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyası keçirilib - YENİLƏNİB + FOTO








MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Bakıda SPECA həftəsi çərçivəsində Rəhbər Şuranın 18-ci iclası keçirilib.

İclasın açılışında iqtisadiyyat naziri Mikayıl Cabbarov 32 il öncə müstəqilliyini bərpa edən Azərbaycanın həmin dövrdən başlayaraq beynəlxalq birliyin, o cümlədən BMT-nin fəal və dinamik üzvünə çevrildiyini vurğulayıb. Bu il Azərbaycanın sədrlik etdiyi SPECA-nın önəminə toxunan nazir proqramın regionun inkişafına hərtərəfli yanaşdığını qeyd edib. Bildirilib ki, SPECA ölkələrinin okeana çıxışının olmaması onların nəqliyyat infrastrukturunun və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaradıb. Bu baxımdan, Orta Dəhlizin önəmi, Azərbaycanın dəhlizin səmərəliliyini və davamlılığını təmin edən əsas katalizator kimi rolu dəyərləndirilib. SPECA ölkələrinin ortaq dəyərləri, zəngin resursları, nəqliyyat, logistika və alternativ enerji potensialı qarşılıqlı faydalı iqtisadi-ticarət əməkdaşlığına münbit zəmin yaradır. Bu kontekstdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi də önəmlidir. Azərbaycanla SPECA ölkələri arasında ticarət artan dinamika ilə inkişaf edir, investisiya əməkdaşlığı genişlənir. Artıq Azərbaycan Özbəkistan və Qırğızıstanla birgə investisiya qurumları yaradıb. Digər üzv ölkələrlə birgə investisiya fondlarının yaradılması ikitərəfli əməkdaşlığın şaxələndirilməsinə töhfə verə bilər.

Nazir Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlar barədə məlumat verib. Qeyd edilib ki, son 20 ildə ümumi daxili məhsulumuz dörd dəfə, büdcə gəlirlərimiz 30 dəfədən çox, xarici ticarət dövriyyəmiz isə 10 dəfədən çox artıb. Hazırda xarici borcumuz ÜDM-in 10%-i civarındadır. Azərbaycanın valyuta ehtiyatları xarici borcunu 10 dəfə üstələyir. Ölkədə təkcə enerji deyil, digər sektorlar üçün də əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub, bunun 190 milyard dolları qeyri-enerji sektoruna qoyulub. Bununla yanaşı, yeni mərhələdə ölkənin sosial-iqtisadi prioritetləri barədə məlumat verilib, davamlı və innovativ iqtisadi quruculuq planları və atılan addımlar qeyd edilib. Bildirilib ki, azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. İndiyədək bu məqsədlər üçün dövlət büdcəsindən yeddi milyard ABŞ dolları xərclənib. 2024-cü il üçün bu məqsədlə 2,4 milyard ABŞ dollarının ayrılması nəzərdə tutulur.

Qeyd olunub ki, SPECA-nın 25 illik yubileyi münasibətilə Dövlət Başçılarının SPECA Sammiti keçiriləcək və Rəhbər Şuranın 18-ci iclasında müzakirə olunan məsələlər bu kontekstdə xüsusilə vacibdir.

İqtisadiyyat naziri iclasda aparılan müzakirələr və qəbul edilən qərarların SPECA-nın gələcək dövr üçün kursunu istiqamətləndirəcəyini vurğulayıb.

İclasda Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Daniar Amangeldiyev, Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Begmırat Allakbayev, Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan və müavini Dmitri Mariyasin, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibinin müavini Hirohito Toda, həmçinin tədbirdə müşahidəçi qismində iştirak edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto proqram ölkələri arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdiyini, ticarət dövriyyəsinin artdığını, region ölkələri arasında inteqrasiya prosesinin sürətləndiyini vurğulayıblar. Bununla belə, nəqliyyat-tranzit, rəqəmsal transformasiya, “yaşıl” enerji, iqlim dəyişikliyi nəticələrinin aradan qaldırılması, gender məsələləri, dayanıqlı inkişaf və s. istiqamətlər üzrə birgə təşəbbüslərin gücləndirilməsinin vacibliyi qeyd edilib.

Tədbirdə 2023-cü il SPECA İqtisadi Forumunun nəticələri, SPECA Sammitinin keçirilməsi, SPECA üzrə BMT Baş Assambleyasının qətnaməsi, SPECA Nizamnaməsi və gündəlikdə duran digər məsələlər müzakirə edilib.

İclasda 2023-cü il SPECA Rəhbər Şurasının qərarları, İqtisadi Forumunun yekun sənədi, Nizamnaməsinə dəyişikliklər qəbul edilib, Proqramın işçi qruplarının 2024-2025-ci illər üzrə iş planı təsdiq olunub. SPECA-nın növbəti sədr ölkəsi Tacikistan seçilib.

Oxşar Xəbərlər

backend
Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb - FOTO
23.11.23 19:56
gundem / iqtisadiyyat
backend
İlham Əliyev UNESCAP-ın icraçı katibini qəbul edib - YENİLƏNİB
23.11.23 19:47
gundem / siyaset
backend
Azərbaycan və Macarıstan XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər - FOTO
23.11.23 19:23
gundem / siyaset
backend
Prezident İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
22.11.23 20:25
gundem / siyaset

XƏBƏR LENTİ

21:23 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
21:19 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
21:14 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
21:08 ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
21:02 Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
20:53 Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
20:49 Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
20:45 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
20:41 Azərbaycan XİN Türkmənistanı Milli Günü münasibətilə təbrik edib
20:35 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
20:33 DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər
20:29 Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
20:26 Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib
20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
20:34 Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
20:31 Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
20:28 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
20:16 Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
20:11 Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
20:06 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
20:00 Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.