• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
18.10.23 20:12
gundem / siyaset

Ceyhun Bayramov İsrail-Fələstin münaqişəsi ilə bağlı çıxış edib - YENİLƏNİB + FOTO


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

“Bölgədəki təhlükəsizlik vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə nəticələnən son hadisələr narahatlıq doğurur”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə işgüzar səfəri çərçivəsində İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələrlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında çıxışı zamanı deyib.

Nazir Ceyhun Bayramov, ölkəmizin hərbi əməliyyatların və eskalasiyanın dayandırılmasına çağırış etdiyini diqqətə çatdırıb.

Xüsusilə, qadın və uşaqların da daxil olduğu mülki əhali arasında artan itkilərlə bağlı qurbanların ailələrinə başsağlığı ifadə olunub, yaralananlara şəfa arzulanıb. Dinc insanların həyatına qarşı təhlükənin, habelə mövcud vəziyyətin gərginləşdirilməsinin qarşısının alınması istiqamətində mülki və infrastruktur obyektlərinin, habelə müqəddəs yerlərin qorunmasının vacibliyi vurğulanıb.

Münaqişə coğrafiyasının mümkün genişlənməsi ilə bağlı xəbərlərin narahatlıq doğurduğu, bu xüsusda mövcud vəziyyətin aradan qaldırılması məqsədilə sülh danışıqlarına təhdid törədən addımlara qarşı beynəlxalq ictimaiyyətin birgə səylərinin əhəmiyyəti qeyd olunub.

İslam həmrəyliyinə hər zaman sadiq qalan ölkəmizin Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəklədiyini qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdar olduğunu qeyd edib.

Münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycanın səylərindən bəhs edən nazir Ceyhun Bayramov, ölkəmizin fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə töhfəsi verdiyini diqqətə çatdırıb.

Xüsusilə, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə ölkəmizin Fələstin probleminə xüsusi diqqət yetirdiyi, bu xüsusda Hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin işinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərdiyi bildirilib.

Nazir Ceyhun Bayramov bundan sonra da Fələstin probleminin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün səylərimizi davam etdirəcəyimizi bildirib.

Oxşar Xəbərlər

backend
Ceyhun Bayramov Hakan Fidanla regionda baş verən son prosesləri müzakirə edib
18.10.23 20:50
gundem / siyaset
backend
Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki mövcud vəziyyətdən danışıb - FOTO
18.10.23 20:40
gundem / siyaset

XƏBƏR LENTİ

22:24 Hakan Fidan sabah Misirə səfər edəcək
22:20 Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
22:18 Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
22:16 Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
22:13 Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
21:55 U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
21:53 Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - YENİLƏNİB
21:49 Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb
21:47 "DOST Müfəttiş" layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb
21:45 Ələt-Astara yolunda qəza olub, üç nəfər xəsarət alıb
21:40 Yevlaxda avtomobillərin toqquşması iki nəfərin ölümünə səbəb olub
21:37 Orxan Zeynalov: Böyük Britaniyanın Azərbaycana investisiya həcmi 40 milyard dollara yaxındır
21:32 Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
21:28 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
21:25 Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
21:21 Zəngəzur dəhlizi açılandan sonra Azərbaycandan İrana ikinci dəmir yolu xətti çəkiləcək
21:18 İlham Əliyev: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
21:11 XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
21:06 Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb
20:58 Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxana kompleksi tikiləcək
20:53 Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib
21:47 Fələstin Prezidenti Türkiyəyə səfərə gəlib
21:44 Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
21:42 İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərilib
21:36 Naxçıvandakı "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan sabah Misirə səfər edəcək
12.08.26 22:24
Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
12.08.26 22:20
Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
12.08.26 22:18
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
12.08.26 22:16
Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
12.08.26 22:13
U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
12.08.26 21:55
backend
Hakan Fidan sabah Misirə səfər edəcək
12.08.26 22:24
Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
12.08.26 22:20
Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
12.08.26 22:18
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
12.08.26 22:16
Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
12.08.26 22:13
U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
12.08.26 21:55
backend
Hakan Fidan sabah Misirə səfər edəcək
12.08.26 22:24
Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
12.08.26 22:20
Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
12.08.26 22:18
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
12.08.26 22:16
Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
12.08.26 22:13
U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
12.08.26 21:55

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.