• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
6.10.23 20:03
gundem / siyaset

Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaşı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında keçirilmiş avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin önəmini qeyd edərək, bunun dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı fəaliyyətini davam etdirdiyini bildirərək, bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlinin qoyulmasının bu yolların şaxələndirilməsi baxımından da önəmini qeyd etdi.

Prezident İlham Əliyev vurğuladı ki, ölkələrimizi birləşdirən və region üçün böyük əhəmiyyətə malik olan avtomobil və dəmir yollarının çəkilişi bütün bölgə üçün sabitliyə və əməkdaşlığa xidmət edəcək.

Dövlətimizin başçısı, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi istiqamətində aparılan işlərin önəmini qeyd etdi.

İkitərəfli münasibətlərimizin gündəliyinin yalnız nəqliyyat sektorunu deyil, eyni zamanda, daha geniş sahələri əhatə etdiyini deyən Azərbaycan Prezidenti Hökumətlərarası Komissiyanın fəaliyyətini yüksək qiymətləndirdi, bütün sahələr üzrə yaxşı nəticələrin əldə edildiyini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan-İran dostluğunun və əməkdaşlığının bütün bölgə üçün önəmli amil olduğunu vurğuladı.
Prezident İlham Əliyev regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini bildirirək, bu xüsusda 3+3 əməkdaşlıq formatının da təşəbbüskarının məhz Azərbaycan olduğunu qeyd etdi, tezliklə bu formatda görüşlərin keçiriləcəyini müsbət bir addım kimi qiymətləndirdi.

Mehrdad Bəzrpaş ilk növbədə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi.

Qonaq Azərbaycanın Qarabağ bölgəsinin reinteqrasiyası ilə bağlı təbriklərini çatdırdı və bunu çox mühüm hadisə kimi dəyərləndirdi. O, qeyd etdi ki, Azərbaycanın pozulmuş haqlı və ədalətli mövqeyi 30 ildən sonra xoşbəxtlikdən öz yerini tutdu və ölkə suverenliyini bərpa etdi.

Mehrdad Bəzrpaş region ölkələri və xalqlarının bir-biri ilə dərin tarixi və mədəni əlaqələrə malik olduğunu deyərək, Cənubi Qafqazda sülhün region üçün böyük perspektivlər yaradacağını bildirdi.

Oxşar Xəbərlər

backend
Zəngilanda Azərbaycanla İran arasında avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib - FOTO
6.10.23 19:58
gundem / siyaset

XƏBƏR LENTİ

20:21 Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA
20:15 Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib - YENİLƏNİB-3
20:12 Xaçmazda aramsız yağan leysan nəticəsində 537 evi su basıb
20:09 Kəlbəcərdə yol qəzasında ölənlərin kimliyi məlum olub - YENİLƏNİB
20:06 BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirib, tapşırıqlar verib
20:01 Ərdoğan: İrana qarşı müharibənin bədəlini tərəflərlə yanaşı, bütün bəşəriyyət ödəyir
19:58 Hakan Fidan: Yaxın Şərqdəki gərginlik daha böyük müharibəyə çevrilir
19:53 Husilər İsrailə ballsitik raket zərbəsi endiriblər
19:49 Şərif və Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
19:47 ABŞ və İsrailin zərbələri nəticəsində İranda 93 mindən çox mülki obyekt zədələnib
19:44 Yaşar Gülər İranın müdafiə nazirinin müavini ilə regiondakı son hadisələri müzakirə edib
19:41 Omanın Salalah limanı PUA hücumundan sonra fəaliyyətini dayandırıb - YENİLƏNİB
19:37 Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:33 DYP: Aramsız yağan yağışların yaratdığı çətinliklər aradan qaldırılır
19:29 DİN: Vətəndaşlara yerində köməklik göstərilir
20:18 Türkiyədə bara edilən silahlı hücumda iki nəfər ölüb, üç nəfər yaralanıb
20:15 Nyu-Yorkda Maduronun işi üzrə dinləmələr başa çatıb - YENİLƏNİB
20:12 Əraqçi BMT Baş katibi ilə Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
20:07 "JPost": İsrail ordusunda şəxsi heyətin kəskin çatışmazlığı müşahidə olunur
20:03 İran Təl-Əvivdə İsrail Ordusunun nəqliyyat mərkəzinə PUA ilə zərbə endirib - YENİLƏNİB
20:00 Putin: Bakı və Dərbənddəki teatrlar mədəniyyətlər arasında körpüdür
19:57 DÇ-2026: Rumıniyanı məğlub edən Türkiyə millisi pley-off finalına vəsiqə qazanıb
19:53 Azərbaycan – Sent Lüsiya matçının başlama vaxtı dəyişib
19:49 İcraçı direktor: Azərbaycan-Türkiyə Birgə Media Platforması daha geniş şəkildə inkişaf etdiriləcək
19:45 Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA
28.03.26 20:21
Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib - YENİLƏNİB-3
28.03.26 20:15
Xaçmazda aramsız yağan leysan nəticəsində 537 evi su basıb
28.03.26 20:12
Kəlbəcərdə yol qəzasında ölənlərin kimliyi məlum olub - YENİLƏNİB
28.03.26 20:09
BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirib, tapşırıqlar verib
28.03.26 20:06
Ərdoğan: İrana qarşı müharibənin bədəlini tərəflərlə yanaşı, bütün bəşəriyyət ödəyir
28.03.26 20:01
backend
Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA
28.03.26 20:21
Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib - YENİLƏNİB-3
28.03.26 20:15
Xaçmazda aramsız yağan leysan nəticəsində 537 evi su basıb
28.03.26 20:12
Kəlbəcərdə yol qəzasında ölənlərin kimliyi məlum olub - YENİLƏNİB
28.03.26 20:09
BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirib, tapşırıqlar verib
28.03.26 20:06
Ərdoğan: İrana qarşı müharibənin bədəlini tərəflərlə yanaşı, bütün bəşəriyyət ödəyir
28.03.26 20:01

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.