• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
2.10.23 20:10
gundem / cemiyyet

Aİ və BMT-nin dəstəyi ilə Xırdalanda əmək yarmarkası keçirilir - FOTO


MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) dəstəyilə Xırdalan bələdiyyəsi Xırdalan şəhərində ictimaiyyətə açıq “1001 İş” adlı əmək yarmarkası təşkil edib.

“İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri" (M4EG) proqramı çərçivəsində keçirilən yarmarkanın məqsədi Xırdalan şəhərində məşğulluq və dövlət-özəl tərəfdaşlığı imkanlarının artırılmasına dəstək göstərməkdir.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Xırdalan bələdiyyəsi, Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və BMT-nin İnkişaf Proqramı rəsmiləri iştirak ediblər. Əmək yarmarkasında qonaqpərvərlik, turizm, təhsil, nəşriyyat, qida, alternativ enerji və tikinti sektorunda fəaliyyət göstərən 30 şirkət iştirak edib. Şirkətlər ziyarətçilərə cari vakansiyalar, təcrübə imkanları haqqında məlumat verib və potensial işçilərin seçilməsi üçün bir sıra sessiyalar təşkil ediblər.

“1001 İş” tədbiri dinamik stendləri, interaktiv oyunları və müsabiqələri ilə 1 000-dən çox ziyarətçini cəlb edib. İctimai tədbirin hədəf qrupu - karyera qərarı verməyə hazırlaşan, iş axtaran yaxud bilik və bacarıqlarını təkmilləşdirmək üçün yeni təhsil imkanları ilə maraqlanan 14-29 yaşlı yerli gənclər olub.

Mövzu istiqamətinə uyğun olaraq, tədbir Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən həyata keçirilən digər layihə “Gələcək üçün peşə təhsili və təlimi” tərəfindən dəstəklənib. Belə ki, tədbirdə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (DPTM), Turizm və Sosial Xidmətlər üzrə Bakı DPTM, İnformasiya Texnologiyaları və Kommunikasiyalar üzrə Bakı DPTM, Emal Sənayesi üzrə BDPTM, həmçinin Sənaye və İnnovasiyalar BDPTM bir sıra maraqlı master-klaslarla yarmarkaya qoşulub və ziyarətçilərə praktiki olaraq müxtəlif bacarıqları sınaqdan keçirməyə imkan verən fəaliyyətlər təqdim edib. Əlavə olaraq, tədbirdə karyera mütəxəssisləri gənclərə ödənişsiz konsultasiya sessiyaları keçirib, onlara tərcümeyi-hal yazılması, iş müsahibələri və şəbəkələşmə ilə bağlı tövsiyələr verib.
Xırdalan bələdiyyəsi “İqtisadi inkişafı dəstəkləyən bələdiyyə sədrləri" (M4EG) proqramının “Portfolio səyahəti” istiqamətinin iştirakçısı kimi Azərbaycandan seçilmiş iki yerli özünüidarəetmə orqanlarından biridir. Son bir il ərzində bələdiyyə komandası “Sahibkarlıq və gənc istedad” adlı Şəhər Transformasiyası Portfelini hazırlayıb. Bu portfelin əsas məqsədi əlverişli innovativ biznes mühiti yaratmaq; mövcud yerli istedadların potensialını artırmaq və işlərə cəlb etmək, eləcə də, tədricən digər ərazilərdən istedadlar cəlb etmək; yeni və fərqli məkan kimliyi yaratmaq, həmçinin, Xırdalan bələdiyyəsi ilə onun sakinləri arasında qarşılıqlı əlaqəni şaxələndirmək və gücləndirməkdir.

M4EG şəbəkəsi üzrə qabaqcıl şəhərlərdən biri olan Xırdalan bələdiyyəsi özəl sektoru və digər əlaqədar tərəfləri cəlb edərək gəncləri dəstəkləyəcək və ərazinin daha dayanıqlı inkişafı üçün səylərini davam etdirəcək.

“1001 iş” əmək yarmarkası 2024-cü ilin sonuna qədər Xırdalan şəhərində keçiriləcək silsilə tədbirlərdən birincisidir.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:23 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
21:19 Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
21:14 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
21:08 ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
21:02 Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
20:53 Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
20:49 Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
20:45 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
20:41 Azərbaycan XİN Türkmənistanı Milli Günü münasibətilə təbrik edib
20:35 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
20:33 DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər
20:29 Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
20:26 Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə silsilə tədbirlər keçirilib
20:56 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
20:47 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
20:41 Pakistanda baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-2
20:39 İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
20:37 Lavrovla Vadeful Ukraynadakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
20:34 Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
20:31 Azərbaycanın stolüstü tennisçiləri "WTT Youth Contender Tbilisi 2026" turnirində iştirak edəcəklər
20:28 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB
20:16 Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
20:11 Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
20:06 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
20:00 Azərbaycan və GIP arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53
backend
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
27.09.26 21:23
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
27.09.26 21:19
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar
27.09.26 21:14
ADY rəhbərliyi Zəfər parkını ziyarət edib
27.09.26 21:08
Media və Yayım Şurasının rəhbərliyi, kollektivi şəhidləri anıb
27.09.26 21:02
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
27.09.26 20:53

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.