• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
20.09.23 19:31
gundem / siyaset

Prezident İlham Əliyev bp şirkətinin İdarə Heyətinin sədrini qəbul edib - YENİLƏNİB + FOTO





MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də bp şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər.

Söhbət zamanı 20 sentyabr – “Əsrin müqaviləsi”nin imzalandığı günün önəmi qeyd edilib, bunun ölkəmizin inkişaf tarixində çox mühüm bir səhifə olduğu vurğulanıb. Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin imzalandığı və Azərbaycanda neft işçilərinin peşə bayramı kimi qeyd edilən Neftçilər Günündə bu görüşdə bp şirkətinin rəhbərliyinin, həmçinin tarixi müqavilənin birbaşa iştirakçısı və uzun illər bp şirkətinin rəhbəri olan Lord Con Filip Braunun iştirakını yüksək qiymətləndirərək, Azərbaycan ilə şirkət arasında həyata keçirilən uzunmüddətli sıx, səmərəli və strateji əməkdaşlığın tarixinə toxunub. Dövlətimizin başçısı bunu investorlar və investisiya qoyulan ölkə arasında olan əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirib və bu əməkdaşlığın qarşılıqlı inam, etimad və faydaya əsaslandığını məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın keçdiyi çətin və tarixi sınaq dövründə ölkədə iqtisadi inkişaf yolunun əsasının qoyulmasında 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin xüsusi rolunu vurğulayıb.

Ölkəmizin sosial-iqtisadi nailiyyətlərində neft-qaz sektorunun xüsusi önəminə toxunan dövlətimizin başçısı Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilmiş və nəzərdə tutulan regional və qlobal miqyaslı layihələrdən danışıb.

bp şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun “Əsrin müqaviləsi”nin imzalandığı həmin çətin dövrdə məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi sayəsində investisiya qoyuluşu üçün mövcud risklərin dəf edildiyini və beləliklə bunun nəticəsində bu mühüm müqavilənin imzalandığını böyük məmnunluqla xatırlayıb. Şirkətin nümayəndələri ölkəmizin mürəkkəb dövründə “Əsrin müqaviləsi”nin ümummilli liderin qətiyyətli və məharətli siyasəti nəticəsində ərsəyə gəldiyini vurğulayıblar, Azərbaycanın enerji ehtiyatlarının inkişafında bu müqavilənin rolundan bəhs ediblər.

Onlar qeyd ediblər ki, müasir dövrdə Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə yaradılan infrastruktur böyük töhfə verib və irimiqyaslı layihələrin qısa müddətdə həyata keçirilməsini şərtləndirib. Vurğulanıb ki, ölkəmizdə icra olunan layihələrdə tətbiq edilən mühəndislik, ətraf mühitin qorunması və digər standartlar bp-nin fəaliyyət göstərdiyi dünyanın digər bölgələrindəki standartlar səviyyəsindədir və ya onlardan da üstündür. Bu da ölkəmizin neft-qaz sahəsində zəngin insan kapitalının mövcudluğu hesabına mümkün olub.

Azərbaycanın dünyanın ən qədim neft-qaz sənayesinə malik olduğunu deyən qonaqlar bu sənayenin ən müasir səviyyəyə çatdırılmasında ölkəmizin beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığına və strateji baxışına toxunublar.
Söhbət zamanı bp şirkətinin Azərbaycanda neft-qaz və enerji sahələrində gələcək layihələrdə də maraqlı olduğu vurğulanıb, yeni sərmayə qoyuluşu imkanları müzakirə edilib. Qlobal enerji keçidi nəzərə alınaraq, bp-nin Azərbaycanda olan tərəfdaşlarla, o cümlədən SOCAR ilə əməkdaşlıqda, yeni bərpa olunan enerji layihələrinin həyata keçirilməsində maraqlı və qətiyyətli olduğu bir daha diqqətə çatdırılıb.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda Lord Con Filip Braun ulu öndərlə olan xatirə fotosunu dövlətimizin başçısına təqdim edib.


15:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də bp şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər.

Oxşar Xəbərlər

backend
bp və Azərbaycan İnvestisiya Şirkəti arasında Qoşulma Sazişi imzalanıb - FOTO
20.09.23 19:39
gundem / iqtisadiyyat

XƏBƏR LENTİ

21:00 Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər
20:58 Rusiyanın Dnepropetrovsk vilayətinə zərbələri nəticəsində 4 nəfər ölüb
20:55 İran sərhədçiləri 382 min litr dizel daşıyan gəmini ələ keçirib
20:52 ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək
20:48 Almatıda Xalq rəssamı Lətif Kərimovun 120 illiyi münasibətilə sərgi açılacaq
20:46 Adil Kərimli Naxçıvanda vətəndaş qəbulu keçirəcək
20:44 Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
20:41 Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
20:38 Bakıda ustanı elektrik cərəyanı vurub
20:36 BŞTİ: XI sinif məzunlarından 42-si qızıl, 29-u gümüş nişana layiq görülüb
20:33 İcra Hakimiyyəti: Goranboyda sursat anbarında yanğından sonra sakinlərin evlərinə ziyan dəyməyib
20:30 Goranboy RİH: Yanğının genişlənməsinin qarşısının alınması üçün tədbirlər həyata keçirilib
20:27 Yasamalda 57 yaşlı kişi skuterdən yıxılaraq ölüb
20:25 Tibb işçilərinin əməyinə yüksək qiymət: Yeni islahat
20:20 Azərbaycan İspaniya bankı ilə investisiya layihələrinin maliyyələşdirilməsini müzakirə edib
20:14 Azərbaycanda daha 28 nəqliyyat vasitəsi özəlləşdirilib
20:11 İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
20:08 Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
20:05 İlham Əliyev Çinin Baş prokurorunu qəbul edib
20:00 Azərbaycan və Türkmənistan viza rejiminin sadələşdirilməsini müzakirə edib
19:55 Azərbaycan-Latviya münasibətləri müzakirə olunub
22:14 Ərdoğan Bişkekdə Putinlə görüşüb
22:12 Şahbaz Şərif dünya ölkələri üçün 3 əsas təhlükəni açıqlayıb
22:10 Putin və Pezeşkian Tehran ilə Vaşinqton arasındakı problemləri müzakirə ediblər
22:07 Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər
2.09.26 21:00
Rusiyanın Dnepropetrovsk vilayətinə zərbələri nəticəsində 4 nəfər ölüb
2.09.26 20:58
İran sərhədçiləri 382 min litr dizel daşıyan gəmini ələ keçirib
2.09.26 20:55
ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək
2.09.26 20:52
Almatıda Xalq rəssamı Lətif Kərimovun 120 illiyi münasibətilə sərgi açılacaq
2.09.26 20:48
Adil Kərimli Naxçıvanda vətəndaş qəbulu keçirəcək
2.09.26 20:46
backend
Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər
2.09.26 21:00
Rusiyanın Dnepropetrovsk vilayətinə zərbələri nəticəsində 4 nəfər ölüb
2.09.26 20:58
İran sərhədçiləri 382 min litr dizel daşıyan gəmini ələ keçirib
2.09.26 20:55
ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək
2.09.26 20:52
Almatıda Xalq rəssamı Lətif Kərimovun 120 illiyi münasibətilə sərgi açılacaq
2.09.26 20:48
Adil Kərimli Naxçıvanda vətəndaş qəbulu keçirəcək
2.09.26 20:46
backend
Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər
2.09.26 21:00
Rusiyanın Dnepropetrovsk vilayətinə zərbələri nəticəsində 4 nəfər ölüb
2.09.26 20:58
İran sərhədçiləri 382 min litr dizel daşıyan gəmini ələ keçirib
2.09.26 20:55
ABŞ İrana kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcək
2.09.26 20:52
Almatıda Xalq rəssamı Lətif Kərimovun 120 illiyi münasibətilə sərgi açılacaq
2.09.26 20:48
Adil Kərimli Naxçıvanda vətəndaş qəbulu keçirəcək
2.09.26 20:46

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.