• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
17.09.23 20:51
gundem / siyaset

Sahibə Qafarova Kubanın Xalq Hakimiyyəti Milli Assambleyasının sədri ilə görüşüb - FOTO



MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az
Sentyabrın 16-da Milli Məclisin sədri Sahibə Qafarova Kuba Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandeslə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayan Milli Assambleyanın sədri Kuba Respublikasında keçirilən G77 və Çin Sammitində iştirakına görə Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Azərbaycanla Kuba arasında dostluq münasibətlərinə toxunan Milli Assambleyanın sədri qeyd edib ki, bu il Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın Azərbaycana səfəri zamanı ona göstərilən yüksək qonaqpərvərlik bunun əyani sübutudur. Son illər Kubadan Azərbaycana rəsmi səfərlərin sayının artdığı məmnuniyyətlə qeyd olunub. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü olduğu xüsusi vurğulanıb. Coğrafi məsafəyə baxmayaraq Azərbaycan və Kubanı ənənəvi dostluq münasibətləri birləşdirdiyi, iki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olmasından məmnunluq ifadə olunub. Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandes Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində Kubaya dəstəyinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

Görüş zamanı bu il Azərbaycanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu qeyd olunub, onun Kuba Respublikasının keçmiş rəhbəri Fidel Kastro ilə dostluq münasibətləri xatırlanıb. Həmçinin, 1970-80-ci illərdə Azərbaycanda kubalı tələbələrin təhsil aldığı qeyd olunub, bunun xalqlarımız arasında dostluq münasibətlərinin göstəricisi olduğu diqqətə çatdırılıb. Azərbaycanın Kubada səfriliyinin açılması bu ölkədə məmnunluqla qarşılanıb, bunun münasibətlərin inkişafına təkan verəcəyinə dair əminlik ifadə olunub.

Kuba hökumətinin Azərbaycanla əlaqələrin inkişafında yaxından maraqlı olduğu nəzərə çatdırılıb, ikitərəfli münasibətlərin dərinləşməsində səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların mövcudluğu qeyd olunub. Görüş zamanı Kuba parlamentinin də öz növbəsində bu məsələdə öz dəstəyini əsirgəməyəcəyinə dair mövqe ifadə edilib. Parlamentlərarası əlaqələri inkişaf etdirmək məqsədilə parlamentlərin dostluq qruplarının qarşılıqlı səfərlərinin təşkil olunması, əlaqələrin genişləndirilməsi, komitələr arasında münasibətlərin inkişafının mümkünlüyü vurğulanıb.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova Kubanın evsahibliyi etdiyi Sammitin əhəmiyyətini qeyd edib, G77-ni çoxtərəfli əməkdaşlıq və üzv dövlətlərin qarşılıqlı dəstəyi üçün mühüm platforma adlandırıb. Bu Sammitin ikitərəfli münasibətlərə dair məsələlərin müzakirəsi üçün yaxşı fürsət olduğunu vurğulayan Milli Məclisin sədri bu səfərinin ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə dair inamını ifadə edib.

Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan və Kuba beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında həmişə bir-birini dəstəkləyir. O, Kubanın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri həmişə dəstəklədiyini deyib, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində Azərbaycan-Kuba sıx əməkdaşlığını vurğulayıb, Şəbəkənin ötən il Bakıda keçirilən Birinci Konfransında Milli Assambleyanın vitse-prezidenti Ana Maria Moçadanın iştirakını qeyd edib.

Milli Məclisin sədri Kuba Respublikasının Prezidenti Migel Diaz Kanelin 2019-cu ildə, vitse-prezident Salvador Antonio Valdes Mesanın isə bu ilin mart ayında Azərbaycana səfərlərini xatırladaraq, belə yüksək səviyyəli səfərlərin münasibətlərin inkişafına töhfə verdiyini bildirib, özünün Salvador Antonio Valdes Mesa ilə görüşünü məmnunluqla xatırlayıb.
Sahibə Qafarova ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolundan danışarkən deyib ki, parlamentlərarsı dostluq qruplarımızın təmaslarının artırılması, qarşılıqlı səfərlərin və müntəzəm dialoqun qurulması parlamentlərimiz arasında körpü rolunu oynaya bilərlər.

Milli Məclisin sədri həmkarına regionda mövcud olan vəziyyət, Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri, Ermənistanın hərbi-siyasi təxribatları barədə də geniş məlumat verib.

Xuan Esteban Lazo Hernandes isə regiondakı vəziyyətdən xəbərdar olduqlarını, regionda sülh və sabitliyinin bərpasının önəmini vurğulayıb.

Görüşdə mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlığın xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təmasların təşviqi baxımından mühüm əhəmiyyəti qeyd olunub. Milli Məclisin sədri 2010-cu ildə Kubada Azərbaycan mədəniyyət günlərinin keçirilməsini xatırladıb, bu müsbət təcrübənin qarşılıqlı şəkildə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Təhsil sahəsində əməkdaşlığa toxunan parlamentin spikeri, Azərbaycan Prezidentinin bu ilin iyul ayında imzaladığı müvafiq sərəncamla yaradılmış “Heydər Əliyev Beynəlxalq Təhsil Qrant Proqramı” vasitəsilə təqaüdlərin İƏT, Qoşulmama Hərəkatı və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) coğrafiyasından olan ölkələrə də şamil ediləcəyini hədəflədiyini bildirib, gələcəkdə kubalı tələbələri də bu proqramda iştirak etməyə çağırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Oxşar Xəbərlər

backend
Kubanın Vitse-prezidenti: “Azərbaycanın torpaqlarını azad etməsi tam ədalətlidir” - FOTO
1.03.23 20:11
gundem / siyaset
backend
Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşüb - FOTO
8.12.22 19:07
gundem / siyaset

XƏBƏR LENTİ

20:50 Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
20:46 Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
20:41 Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
20:39 İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
20:36 Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
20:32 XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
20:28 Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub
20:25 Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
20:23 Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20:17 Biləsuvardakı avtoqəzada xəsarət alanlar Kliniki Tibbi Mərkəzə təxliyə olunublar - yenilənib-2
20:14 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
20:09 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb
19:57 Türkiyə səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
19:53 Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
19:50 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
19:44 Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
19:38 Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib
19:29 Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər
21:46 Ərdoğan Kambocanın Baş naziri ilə müzakirə aparıb
21:43 Bayraktar və Novak Türkiyə ilə Rusiyanın yeni enerji layihələrini müzakirə ediblər
21:41 Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:38 XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
21:36 Azərbaycan güləşçisi Günay Qurbanova dünya çempionatında gümüş medal qazanıb
21:33 Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
21:29 Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32
backend
Türkiyə və İranın XİN başçıları Bağdadda regional məsələləri müzakirə ediblər
17.10.26 20:50
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
17.10.26 20:46
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
17.10.26 20:41
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
17.10.26 20:39
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
17.10.26 20:36
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
17.10.26 20:32

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.