• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
29.08.23 20:49
gundem / iqtisadiyyat

Qida məhsullarının çatdırılması ilə bağlı mövcud vəziyyətə dair müzakirələr aparılıb - FOTO






MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Tədbir qida məhsullarının daşınması və çatdırılması sahəsindəki vəziyyətin, o cümlədən mövcud çatışmazlıqların bir daha nəzərdən keçirilməsi, aşkarlanan nöqsanların aradan qaldırılması, eyni zamanda, bu sahədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlığın daha da genişləndirilməsi, onların mövcud qanunvericilik və tələblər barədə məlumatlandırılması, işlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərilməsi, həmçinin təkliflərinin dinlənilməsi və müvafiq işlərin həyata keçirilməsinin təmin olunması məqsədilə keçirilib.

Görüşdə AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva qida təhlükəsizliyinin təmin olunması, o cümlədən qida məhsullarının daşınması və çatdırılması sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Z.Mustafayeva bildirib ki, son illər ölkəmizdə qida məhsullarının daşınması və çatdırılması xidmətləri sürətlə inkişaf edir və bu fəaliyyət getdikcə daha da genişlənir. Bu sahə ilə bağlı müvafiq məsələlər 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda da öz əksini tapıb. Belə ki, bu qanun qida zəncirinin bütün mərhələləri üzrə müvafiq tələbləri müəyyən edir və həyata keçirilməli olan işləri tənzimləyir. Həmçinin, qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarəti məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla, qida zəncirinin bütün mərhələlərində həyata keçirilir. Sədr müavini çıxışı zamanı qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan sahibkarların işlərini qanunvericiliyə uyğun olaraq, mövcud tələblər çərçivəsində qurmasının vacibliyini də önə çəkib.

Tədbirdə çıxış edən AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov qida məhsullarının daşınması və çatdırılmasına dair tələblər, eləcə də bu sahədə həyata keçirilən nəzarət tədbirləri və aşkarlanan nöqsanlar barədə geniş məlumat verib. E.Mikayılov vurğulayıb ki, qanunvericiliyə əsasən, qida məhsullarının daşınması və çatdırılması zamanı sanitariya norma və qaydalarına, mal qonşuluğu prinsipinə və temperatur rejiminə əməl olunmalı, qablaşdırmada istifadə edilən materiallar normalara uyğun olmalı, termoboksların sanitar vəziyyəti qənaətbəxş olmalı və digər tələblər yerinə yetirilməlidir.

Qida məhsullarının daşınması onların təhlükəsizliyini təmin edən və ilkin xüsusiyyətlərini qoruyan şəraitdə, qida təhlükəsizliyi sahəsində müəyyən olunmuş tələblərə uyğun həyata keçirilməlidir. Qida məhsulları xüsusi olaraq bu məqsəd üçün nəzərdə tutulmuş gigiyenik və temperatur tələblərini təmin edən nəqliyyat vasitələrində, konteynerlərdə və xüsusi çantalarda daşınmalıdır. Belə ki, tez xarab olan məhsulların soyuq qida zəncirinə, isti məhsulların isə isti rejimə uyğun çatdırılması təmin edilməlidir.
Həmçinin, eyni nəqliyyat vasitəsində daşınan tez xarab olan qidalar bir-biri ilə uyğun olmalı, yəni qoxusu və xüsusiyyətinə görə bir məhsul digərinə mənfi təsir göstərməməlidir. Eyni zamanda qida məhsullarının daşınması fəaliyyəti ilə məşğul olan qida subyektləri və ya onların əməkdaşlıq etdiyi daşınma xidmətləri qida təhlükəsizliyi qeydiyyatına alınmalıdır. Təəssüf ki, aparılan nəzarət tədbirləri zamanı bəzən bu sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən müvafiq tələblərin yerinə yetirilmədiyi aşkarlanır.

E.Mikayılov bəzi şirkətlər tərəfindən qida məhsullarının daşınması və çatdırılması zamanı yol verilən nöqsanların aradan qaldırılmasının zəruriliyini diqqətə çatdırıb. Eyni zamanda, aparat rəhbəri yaxın günlərdə çatdırılma xidməti göstərən əməkdaşlar üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən “qida təhlükəsizliyi tələbləri”nə dair təlimlərin təşkil ediləcəyini bildirib.

Görüşün sonunda “Bolt Food”, “Uber”, “İndi market”, “Ozio”, “Ibox”, “Bazarstore”, “Bravo”, “Rahat” və “Umico” şirkətlərini təmsil edən sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

21:24 İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
21:21 Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
21:19 Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
21:16 Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
21:12 İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
21:10 Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
21:07 İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
21:04 Şuşa və Trabzon şəhərləri qardaşlaşıb
21:00 WUF13-də Pəncab pavilyonunun açılışı olub
20:58 Ceyhun Bayramov: Cənubi Qafqaz sülh və əməkdaşlıq imkanlarına doğru irəliləyir
20:52 İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib
20:49 Rəşad Əzizov: Azərbaycan UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsindən dayanıqlı inkişaf aləti kimi istifadə etməlidir
20:43 Hikmət Hacıyev: Minatəmizləmə prosesində QHT-lərin də fəaliyyətindən istifadə olunur
20:35 Bu ilin birinci rübündə 8 203 nikah və 4 614 boşanma qeydə alınıb
22:11 Uraloğlu: Türkiyə-Azərbaycan əməkdaşlığı sülhə töhfə verən güclü modelə çevrilib
22:05 İsrail ordusu Qəzzada HƏMAS-ın hərbi qanadının rəhbərini zərərsizləşdirib
22:00 Zelenski Makronla HHM sahəsində əməkdaşlığı müzakirə edib
21:56 Londonda iki etiraz aksiyasında 31 nəfər saxlanılıb
21:51 Daşkənd Oriental Universitetində Xaqani Şirvani auditoriyası açılıb
21:44 Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
21:38 Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirini 16 medalla başa vurublar
21:26 Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin imtahan tarixi açıqlanıb
21:17 19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb
21:10 Azərbaycanda növbəti üç gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
20:57 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
19.05.26 21:24
Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
19.05.26 21:21
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
19.05.26 21:19
Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
19.05.26 21:16
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
19.05.26 21:12
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
19.05.26 21:10
backend
İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
19.05.26 21:24
Ərdoğan Ukrayna ilə Birgə Gömrük Şurası yaradılması barədə anlaşmanı təsdiqləyib
19.05.26 21:21
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur
19.05.26 21:19
Pezeşkian: Dialoq kapitulyasiya demək deyil
19.05.26 21:16
İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
19.05.26 21:12
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
19.05.26 21:10

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.