• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
9.08.23 21:05
gundem / iqtisadiyyat

Qazax rayonunda iki KOB dostu fəaliyyətə başlayıb - FOTO






MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycanın “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində və Qazax Gənclər Evində fəaliyyət göstərəcək KOB dostları sahibkarlara idxal-ixrac əməliyyatları və gömrük prosedurları ilə bağlı informasiya, məsləhət və hüquqi yardım, rayonda biznesin inkişafına, yeni KOB-ların yaranmasına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına, maraqlarının müdafiəsinə dəstək göstərəcək.

Bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, Qazax rayonunda sahibkarlıq fəaliyyətinin qurulmasına və inkişafına dəstək məqsədilə iki KOB dostu fəaliyyətə başlayıb. KOB dostları Azərbaycan Respublikasının “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində və Qazax Gənclər Evində fəaliyyət göstərəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən KOB dostunun xidmət pəncərəsi ilə tanış olublar.

Məlumat verilib ki, mikro, kiçik və orta sahibkarlar gömrük xidmətlərindən istifadə edən zaman “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən KOB dostuna müraciət etməklə idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi və prosedurları ilə bağlı informasiya, məsləhət, hüquqi yardım kimi xidmətlərdən istifadə edə biləcəklər. KOB dostunun “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində fəaliyyəti həmçinin, KOB-ların müvafiq sahə ilə bağlı müraciətlərinin KOBİA-nın və Dövlət Gömrük Komitəsinin iştirakı ilə dövlət-sahibkar əməkdaşlığı çərçivəsində operativ həll olunmasına imkan verəcək.

Qeyd edək ki, bu, Dövlət Gömrük Komitəsinin xidməti ərazisində Bakı şəhərindən sonra KOB dostunun sayca ikinci xidmət pəncərəsidir. Bundan əvvəl 2019-cu ildə Bakı Baş Gömrük İdarəsində KOB dostunun xidmət pəncərəsi fəaliyyətə başlayıb.

Sonra Qazax-Tovuz iqtisadi rayonunda KOBİA və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, bölgədə fəaliyyət göstərən dövlət qurumlarının iştirakı ilə sahibkarlarla görüş keçirilib. Görüş çərçivəsində Qazax rayonu üzrə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib.
KOBİA-nın İdarə Heyətinin sədri O.Məmmədov qeyd edib ki, Qazax Gənclər Evində fəaliyyət göstərəcək KOB dostu ofisi bölgədə sayca altıncı ofisdir. Qazaxla yanaşı, Ağstafa, Gədəbəy, Şəmkir və Tovuzda da KOB dostu ofisləri fəaliyyət göstərir. Ümumilikdə isə, Qazax rayonu da daxil olmaqla KOB dostu ofisləri ölkənin 45 şəhər və rayonunu əhatə edir. KOBİA sədri Agentliyin fəaliyyəti və KOB dostunun işi barədə sahibkarlara ətraflı məlumat verib. Bildirilib ki, KOB dostu Qazaxda biznesə başlamaq istəyən potensial sahibkarlara və mövcud bizneslərə dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. KOB dostu rayonda yeni biznes subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi və onların investisiya təşəbbüslərinin reallaşdırılması istiqamətində müvafiq tədbirlər görəcək. KOBİA sədri mikro, kiçik və orta biznes subyektlərini KOB dostu ilə fəal əməkdaşlığa dəvət edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı R.Babaşov çıxışında KOB dostlarının bölgədə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafında, eləcə də “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsindən istifadə edən sahibkarlara dəstək olacağını bildirib.

Tədbirdə KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Tədbir iştirakçıları Qazax Gənclər Evində yerləşən KOB dostu ofisində sahibkarlar üçün yaradılmış şəraitlə də tanış olublar.

Qazax rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri plastik yeşiklərin istehsalı, plastik tullantıların emalı və istixana təsərrüfatından ibarət müəssisənin, eləcə də elektronika və məişət avadanlıqlarının satışı mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Oxşar Xəbərlər

backend
Balakən rayonunda KOB dostu fəaliyyətə başlayıb - FOTO
7.06.23 21:28
gundem / iqtisadiyyat
backend
KOBİA Naxçıvanda ofis açıb - FOTO
19.04.23 21:46
gundem / iqtisadiyyat

XƏBƏR LENTİ

20:10 Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
20:07 Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
20:04 Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
20:01 Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
19:58 Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
19:56 Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
19:53 Azərbaycanın boccia üzrə paralimpiyaçıları Qazaxıstandakı turniri birinci sırada başa vurublar
19:48 Vüqar Qurbanov: Xəstəxanalardakı növbə problemlərinin həlli üçün müntəzəm iş aparılır
19:44 Bu il qanunsuz kömür istehsalı ilə bağlı 218 fakt qeydə alınıb
19:40 Naxçıvanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçirilib - YENİLƏNİB
19:37 Beyləqanda iki avtomobil toqquşub, xəsarət alanlar var
19:25 Azərbaycan və Dünya Bankı dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqini müzakirə edib - YENİLƏNİB
19:21 Azərbaycan maliyyə sektorunda informasiya təhlükəsizliyini gücləndirir
19:14 Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq
19:09 Prezident Balakənin icra başçısını vəzifəsindən azad etdi
19:05 Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
20:41 Bakıda yaşayış binasında yanğın - 1 nəfər yanaraq öldü
20:35 Ərdoğan Omanda səfərdədir
20:32 İsveç Müdafiə Nazirliyi: Ukrayna üçün "Gripen E" qırıcılarının maliyyələşdirmə variantlarını nəzərdən keçiririk - YENİLƏNİB-2
20:29 İrakli Qaribaşvili qanunsuz gəlir əldə etdiyini etiraf edib
20:27 Türkiyə Nəqliyyat Nazirliyi: Orta Dəhliz etibarlı marşrutdur, geosiyasi risklər minimumdur
20:24 Sənət sərhəd tanımır: İranlı rəssam Barış Mançonu qumda canlandırdı
20:21 "Fərhadın heykəli" gələn il ucaldılacaq
20:17 Çempionlar Liqası: "Qarabağ" "Atletik" səfərində hesabı açıb - YENİLƏNİR
20:09 Şəkidə UEFA-nın dəstəyi ilə D kateqoriyalı məşqçi kurslarına start verilib
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56
backend
Ərdoğan və Merts Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər - YENİLƏNİB
30.10.25 20:10
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
30.10.25 20:07
Makron Paşinyanı İrəvan və Bakı arasında sülhün qurulması ilə təbrik edib - YENİLƏNİB
30.10.25 20:04
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
30.10.25 20:01
Nazir VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri ilə bağlı tapşırıqlar verib
30.10.25 19:58
Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
30.10.25 19:56

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.