• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
8.08.23 21:36
gundem / siyaset

İran Baş prokurorunun müavini Kamran Əliyevlə səfirliyimizə edilən hücumün istintaqı barədə danışdı - FOTO









MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Avqustun 8-də İranın Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin rəhbərlik etdiyi, xarici işlər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri başlayıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

İlk növbədə nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar.

Nümayəndə heyətini qəbul edən Azərbaycanın Baş prokuroru Kamran Əliyev ötən il avqustun 30-da İrana səfəri çərçivəsində prokurorluq və ədliyyə orqanlarının rəhbər şəxslərilə qarşılıqlı görüşlərdə hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, sərhəd, gömrük, ekoloji, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, humanitar və digər məsələlər barədə aparılan müzakirələrin qurumlararası fəaliyyətə müsbət təsirini qeyd edib.

Kamran Əliyev İranın Baş prokuroru Məhəmməd Cəfər Müntəzirinin Ali Məhkəməsinin sədri, Məhəmməd Mohadinin isə ölkənin Baş prokuroru təyin edilməsi münasibətilə həmkarlarına təbriklərini çatdırıb.

Qəbul zamanı cari il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan və İranın aidiyyəti qurumlarında istintaq olunan cinayət işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, habelə, hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə vaxtı göstərdiyi fəaliyyətsizliyin, bu terror aktının törədilməsinin səbəb və hallarının yoxlanılmasının, cinayəti törətmiş və cinayətlə əlaqəsi olan bütün şəxslərə qanunla nəzərdə tutulmuş layiqli cəzanın verilməsinin zəruriliyini vurğulayıb.

Mehdi Əmiri İsfahani cari ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş hücumdan təəssüf hissi keçirdiyini bildirirək, Azərbaycan xalqına, hadisə nəticəsində şəhid olmuş və zərərçəkmiş şəxslərin ailə üzvlərinə başsağlığı verib. Bundan başqa, o, cinayət işinin istintaqının gedişatı barədə ətraflı məlumat verərək qısa müddət ərzində istintaqın tamamlanaraq iş üzrə qanuni qərarın qəbul olunmasının təmin ediləcəyini və təqsirli şəxslərin layiqli cəza alacağını bildirib.

Daha sonra nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası, həmçinin Zəfər muzeyi ilə tanış olub.

Nümayəndə heyətinin səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti prokurorluq və aidiyyəti istintaq qurumlarının istirakı ilə görüşlər keçirərək cinayət işinin istintaqı və digər aidiyyəti məsələlərlə bağlı müzakirələr aparacaq.

Oxşar Xəbərlər

XƏBƏR LENTİ

22:24 Hakan Fidan sabah Misirə səfər edəcək
22:20 Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
22:18 Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
22:16 Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
22:13 Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
21:55 U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
21:53 Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - YENİLƏNİB
21:49 Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb
21:47 "DOST Müfəttiş" layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb
21:45 Ələt-Astara yolunda qəza olub, üç nəfər xəsarət alıb
21:40 Yevlaxda avtomobillərin toqquşması iki nəfərin ölümünə səbəb olub
21:37 Orxan Zeynalov: Böyük Britaniyanın Azərbaycana investisiya həcmi 40 milyard dollara yaxındır
21:32 Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
21:28 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
21:25 Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
21:21 Zəngəzur dəhlizi açılandan sonra Azərbaycandan İrana ikinci dəmir yolu xətti çəkiləcək
21:18 İlham Əliyev: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
21:11 XİN: Yüksək bilik və bacarığa malik gənclər dövlətin rifahına mühüm töhfələr verəcək
21:06 Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb
20:58 Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxana kompleksi tikiləcək
20:53 Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib
21:47 Fələstin Prezidenti Türkiyəyə səfərə gəlib
21:44 Andraş Baka Macarıstanın yeni prezidenti seçilib
21:42 İranın Hörmüz boğazının açılması ilə bağlı şərtləri ABŞ-yə göndərilib
21:36 Naxçıvandakı "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Hakan Fidan sabah Misirə səfər edəcək
12.08.26 22:24
Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
12.08.26 22:20
Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
12.08.26 22:18
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
12.08.26 22:16
Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
12.08.26 22:13
U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
12.08.26 21:55
backend
Hakan Fidan sabah Misirə səfər edəcək
12.08.26 22:24
Ərdoğan Fələstin Prezidenti ilə çıxışı zamanı Qəzzadakı problemləri qabardıb
12.08.26 22:20
Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub
12.08.26 22:18
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
12.08.26 22:16
Çempionlar Liqası: UEFA "Sabah" və "Hapoel" arasında oyunların başlama vaxtını və yerini açıqlayıb
12.08.26 22:13
U-20 dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
12.08.26 21:55

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.