• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Dİgər
    • Mədənİyyət
    • Tədbirlər
    • Şou-biznes
    • Yazarlar
    • Maraqlı
    • Vİdeo
backend
22.07.23 22:02
gundem / siyaset

Dünya mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışına xüsusi maraq göstərir - FOTO







MƏHƏBBƏT ALLAHVERDİYEV azturktv.az

Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzindədir.AZƏRTAC xəbər verir ki, ABŞ-nin “The Associated Press” agentliyi və “New York Insider” xəbər portalı Şuşa Qlobal Media Forumunun keçirilməsinin əsas məqsədi, Prezident İlham Əliyevin tədbirdəki çıxışının əsas məqamları ilə bağlı yazılar dərc edib. Məqalələrdə bildirilib ki, Forum 4-cü Sənaye İnqilabının media sənayesinə transformativ təsirini araşdırmaq üçün dünyanın hər yerindən media mütəxəssislərini, hökumət rəsmilərini, vətəndaş cəmiyyəti nümayəndələrini və ekspertləri bir araya gətirib.



Xəbərlərdə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Forumdakı çıxışında əsas mövzuları, o cümlədən yeni media sahəsində irəliləyişləri və Azərbaycanın regionda strateji əhəmiyyətini vurğulayaraq deyib:

“Qabaqcıl texnologiyaların və rəqəmsallaşmanın geniş şəkildə tətbiqi ilə media mənzərəsi sürətlə inkişaf edir. Bu, həm yerli, həm də beynəlxalq media orqanları tərəfindən biznes modellərinin yenidən təsəvvür edilməsinə təkan verir. Azərbaycanda davam edən media islahatları medianın müasir standartlara uyğunlaşdırılmasına və qlobal tələblərə cavab verən kreativ ideyaların təşviqinə yol açıb”.



Birləşmiş Krallığın “Daily Trends” qəzetinin dərc etdiyi “Şuşa Qlobal Media Forumu: Dünyanın media liderləri arasında ilhamverici birlik” sərlövhəli xəbərdə bildirilib ki, tədbirin məqsədi qlobal media meyillərini təhlil etmək, milli imkanları gücləndirmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və media sektorunda dördüncü sənaye inqilabi dövründə təqdim olunan çağırışları və imkanları araşdırmaqdır. Xəbərdə Prezident İlham Əliyevin əsas mövzularla, o cümlədən yeni media sahəsində irəliləyişlər və Azərbaycanın regionda strateji əhəmiyyəti ilə bağlı fikirləri yer alıb.



Rumıniyanın nüfuzlu KİV-ləri, “AGERPRES” milli xəbər agentliyi, “Ziare Live”, “Agerpres”, “news24hours” xəbər portallarında, “Ultima ora” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin Forumda çıxışından əsas məqamlar dərc olunub. Məqalələrdə diqqətə çatdırılıb ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Forum çərçivəsində Prezident İlham Əliyev 49 ölkədən 120 media qurumunu təmsil edən qonaqlarla görüşüb. Azərbaycan Prezidenti Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinin, davamlı sülhə nail olunmasının və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

Xəbərdə nəzərə çatdırılıb ki, tədbir iştirakçıları ilə görüşdə çıxış edən Azərbaycan Prezidenti ölkədə kütləvi informasiya vasitələrinin müstəqilliyinin cəmiyyətin inkişafı üçün ən vacib şərtlərdən biri olduğunu söyləyib. Media orqanları dövlətimizin başçısının söylədiyi “Ölkə daxilində heç bir təhlükə yoxdur, ölkədə sabitlik hökm sürür, cəmiyyətdə həmrəylik səviyyəsi həmişəkindən yüksəkdir, ölkənin iqtisadi inkişafı heyranedici şəkildə gedir. Azərbaycan iqtisadiyyatı özünü təmin edir. Biz öz resurslarımız hesabına özümüzü təmin edirik və yaxşı idarəetmə həyata keçiririk” fikirlərini ön plana çıxarıblar.

Pakistanın “DND” xəbər portalı da Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi mühüm məqamlara diqqət çəkib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Şuşada xarici KİV nümayəndələri ilə üç saatdan çox davam edən səmimi söhbətində onun rəhbərliyi altında Azərbaycana müstəsna iqtisadi yüksəliş, diqqətəlayiq ictimai-siyasi sabitlik, nümunəvi müdafiə və strateji uğurlar gətirən siyasi, inzibati və xarici siyasət fəlsəfəsini bölüşüb.

Albaniyanın “Agjencia Telegrafike Shqiptare” nəşrinin yaydığı xəbərdə Prezident İlham Əliyevin Forumda İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlər yer alıb. Xəbərdə diqqətə çatdırılıb ki, Prezident İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycanın və Türkiyənin münasibətlərinin rəsmiləşməsi, məşhur Şuşa Bəyannaməsindən bəhs edib. Azərbaycan dövlətinin başçısının Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğu ilə bağlı fikirləri də diqqətə çatdırılıb: “Prezident Ərdoğanla şəxsi dostluğumuz, məncə, artıq təkcə regionda deyil, dünyada tanınır. Bu, həqiqətən də regional inkişafın və sabitliyin mühüm amilidir”.





Şuşa Qlobal Media Forumu ilə bağlı xəbərlər Rusiya mediasının da diqqət mərkəzindədir. Bu ölkənin rəsmi TASS agentliyi, habelə “Vestnik Kavkaza” xəbər portalı Prezident İlham Əliyevin Rusiya-Azərbaycan münasibətləri, Azərbaycanın Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpası üzrə danışıqlar məkanı ola biləcəyi barədə fikirləri yer alıb. Qeyd olunub ki, dövlət başçısı Moskva ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, həmçinin konkret nəticələrə əsaslandığını bildirib.


Gürcüstanın “1tv.ge” saytı da Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında Qara dənizdə strateji əhəmiyyətə malik sualtı elektrik kabelinin çəkilməsi haqqında imzalanmış sazişin uğurla həyata keçirilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, Cənubi Qafqazın regional inkişafı ilə bağlı fikirlərinə xüsusi yer verilib.

Hindistanın “BusinessLand” xəbər portalının yayımladığı materialda Prezident İlham Əliyev üç saatlıq iclasda sualları cavablandırarkən Qarabağ Zəfəri və postmüharibə dövrü ilə bağlı fikirlərinə xüsusi yer verilib. Sayt işğaldan azad olunmuş ərazilər və müharibə məsələlərinə toxunan Prezident İlham Əliyevin aşağıdakı fikirlərini oxucularının diqqətinə çatdırıb: “İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı. Təəssüf ki, uzun illər - 28 il ərzində Minsk qrupu çərçivəsində gedən danışıqlar heç bir nəticə vermədi. Ümumiyyətlə, həll üçün hər hansı düstur ortaya qoyulmadı”.



Şuşa Qlobal Media Forumu Moldova mətbuatının da gündəmində yer alıb. Belə ki, “Noi.md” və “Yam News” saytlarında yer alan yazılarda Prezident İlham Əliyevin regional inkişafın Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılı olması barədə fikrinə yer verilib: “Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, gələcək üçün təhlükəsizlik təmin edilməlidir. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir”.

Özbəkistanın “Daryo” xəbər portalında Azərbaycan Prezidentinin Cənubi Qafqazın inkişafı üçün mühüm əhəmiyyət kəsb edən amillərlə bağlı fikirləri dərc edilib. Bu baxımdan dövlət başçısının Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olması barədə fikri xüsusi vurğulanıb.

Misirin MENA xəbər agentliyinin saytında və nüfuzlu “Əl Əhram” qəzetində “Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin inkişafının prioritet məsələ olduğunu bildirib” sərlövhəli məqalə dərc edilib. Yazıda diqqətə çatdırılıb ki, Şuşa Qlobal Media Forumunda iştirak edən dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandıran Azərbaycanın dövlət başçısı uzun illər işğaldan əziyyət çəkən ölkəsinin sülhə və inkişafa nail olmaq istədiyini bildirib.

Məqalədə qeyd olunub ki, Misirin MENA agentliyinin müxbiri Məcid Şalkinin mina təhlükəsizliyi ilə bağlı sualını cavablandıran Prezident İlham Əliyev müharibə bitəndən sonra minaların azad olunmuş ərazilərdə üç yüzdən artıq insanın həyatına son qoyduğunu və ya onları ağır şəkildə yaraladığını deyib. O vurğulayıb ki, bu, müharibə cinayətidir və həmin minaların xəritəsini təqdim etməyən Ermənistan Azərbaycana qarşı terroru davam etdirir.

“Belbaladi” və “Əl Hərir” informasiya portallarında dərc olunan materiallarda qeyd edilib ki, Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev medianın insanların maarifləndirilməsi və onların problemlərinin həllində mühüm rol oynadığını söyləyib. Azərbaycanın dövlət başçısı, həmçinin ənənəvi media ilə yanaşı, sosial medianın da mühüm rolunu qeyd edib.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub. Prezident Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olması, rəsmi Bakının Moskva ilə münasibətləri, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, müharibədə qazanılmış Qələbədən sonra regionda yaranmış yeni reallıqlar, Ermənistanın mina terroru və sülh prosesi kimi məsələlərdən bəhs edib. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin bu ilin sonuna qədər imzalanması mümkündür. Lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq gələcəkdə də çətinliklər yaradacaq.







Kanadanın “Digital Journal”, Fransanın “France11”, İspaniyanın “Informe Espana”, Belarusiyanın “SB-BY” eləcə də digər xarici KİV-lərdə də yayımlanan materiallarda qeyd edilib ki, Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub. Xəbərlərdə 49 ölkədən 200-dək xarici qonağın qatıldığı Şuşa Qlobal Media Forumunun əhəmiyyəti qeyd olunub, bu mötəbər tədbirin açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı və dövlətimizin başçısının fikirləri diqqət mərkəzində saxlanılıb.

Oxşar Xəbərlər

backend
Prezident: “Sosial media və ənənəvi KİV-lər məsələlərdən xəbərdar olmaqda mənə kömək edir”
21.07.23 22:03
gundem / siyaset
backend
Prezident İlham Əliyev: “Şuşa unikal, misilsiz məkandır”
21.07.23 21:58
gundem / siyaset
backend
Prezident: “Azad edilmiş ərazilərdə şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq”
21.07.23 21:56
gundem / siyaset
backend
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB
21.07.23 21:54
gundem / siyaset

XƏBƏR LENTİ

22:15 ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
21:16 Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
21:12 Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
21:09 Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
21:04 Hakan Fidan Suriyaya səfər edib
20:58 Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
20:53 Fərid Qayıbov: "Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turniri Azərbaycanın növbəti uğurudur"
20:48 Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazanıblar
20:41 Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - YENİLƏNİB
20:33 Özbəkistanda türk dövlətləri vəkillər birliklərinin rəhbərlərinin iştirakı ilə tədbir keçirilib
21:07 Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
20:57 "Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib
20:55 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
20:51 Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub
20:45 "Turan" İtaliya, Yunanıstan və Türkiyədə toplanışda olacaq, "Fənərbağça" ilə yoxlama oyunu keçirəcək
20:38 Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
20:35 Almatıda Azərbaycan bazar günü məktəbi fəaliyyətə başlayıb
20:29 Azərbaycan neftinin qiyməti 120 dolları keçib
20:26 Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
20:22 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib
20:16 Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalını ziyarət ediblər
20:06 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
22:19 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
22:08 Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
22:04 Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
Bütün xəbərlər

Video

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
13.09.26 22:15
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58
backend
ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
13.09.26 22:15
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58
backend
ADI TƏBİYYƏTDƏN MÜALİCƏSİ YOVŞAN KLİNİKADAN.
13.09.26 22:15
Əhməd Əl Şaraa və Hakan Fidan regional məsələləri müzakirə ediblər
13.09.26 21:16
Dəməşq və Ankara ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdıracaq
13.09.26 21:12
Hakan Fidan: Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfəri planlaşdırılır
13.09.26 21:09
Hakan Fidan Suriyaya səfər edib
13.09.26 21:04
Pakistanın Baş naziri husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
13.09.26 20:58

Maraqlı

backend
15.10.24 21:11
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
backend
31.08.24 22:38
“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
backend
17.06.24 22:21
Qurbanlıq öküz qaçıb qəbiristanlığa girdi: 2 nəfər yaralanıb
backend
20.04.24 21:02
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
backend
26.03.24 22:07
Bu gün dünyanın ən uzunömürlü sakini Şirəli Müslümovun doğum günüdür
backend
21.04.22 21:39
Paraşütü açılmayan zabit təyyarədən asılı qaldı
backend
8.04.22 21:58
Maşın sürəndə həyəcanlanan xanımı üçün KREATİV ÇIXIŞ YOLU-FOTO
backend
3.04.22 21:14
İnternetdə yardım istəyən kişiyə böyrəyini verdi
backend
24.03.22 19:45
İNANILMAZ: Ərəb şeyxi üçün elə bir "Hummer" hazırlandı ki... - FOTO
backend
17.03.22 21:06
Kosmosda oksigen istehsal etmək üçün yeni üsul tapılıb

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi və Baş redaktor:Məhəbbət Allahverdiyev
  • Redaktor:Vəliyeva Bəsti
  • (+99455) 271 31 26

© 2018-2023, Azturktv.az – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.